7. Müəssisəsinin xarici mühitlə əlaqələrinin analizinə əsaslan istehsalat sistemlərinin təsnifatı-2
İstehsalat sistemlərinin təsnifatına daha bir yanaşma müəssisəsinin xarici mühitlə əlaqələrinin analizinə əsaslanır. Burada istehsalat sistemlərinin aşağıdakı tiplərini ayırırlar: anbara görə hazırlama, sifarişə görə yığma, sifarişə görə hazırlama, sifarişə görə quraşdırma.
Anbara görə hazırlama- o deməkdir ki, son məhsul bütövlükdə hazırlanır və sifarişi gözləyərək anbarda saxlanır. Planlaşdırmanın əsasını tələbatın proqnozlaşdırılması təşkil edir.
Sifarişə görə yığma-o deməkdir ki, yüksək səviyyədə yığılma vahidlərinə qədər məmulatın bütün komponentləri əvvəlcədən hazırlanır və anbara daxil edilir. İstehsalatın planlaşdırılması son məhsul və ya onun komponentləri üçün verilən sifariş və ya proqnozlaşdırılan tələbat əsasında aparılır. Müəyyən konfiqurasiyada məmulatın hazırlanmasına sifariş olduqda, son məhsul yığılır.
Sifarişə görə hazırlama- o deməkdir ki, istehsalatın texniki hazırlığı yerinə yetirilib və materialların lazımi ehtiyatı yaradılıb. Ba halda işlərin bir hissəsi proqnozlaşdırılan tələbat əsasında, digər hissəsi isə sifariş alınandan sonra yerinə yetirilir.
Sifarişə görə quraşdırma-o deməkdir ki, istehsalatın texniki hazırlığına yalnız sifariş daxil olandan sonra başlanılır.
Bir sıra hallarda mürəkkəb strukturlu məhsullar hazırlayan müəssisələr üçün göstərilən təsnifatı daha bir tiplə tamamlamaq olar-sifarişə görə layihələndirmə.
Dostları ilə paylaş: |