1. İdarəetməyə kibernetik yanaşma


Müasir APS sistemlərində ən çox yayılmış optimallaşdırma alqoritmləri-7



Yüklə 355,95 Kb.
səhifə32/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   28   29   30   31   32   33   34   35   ...   60
esas

30. Müasir APS sistemlərində ən çox yayılmış optimallaşdırma alqoritmləri-7.

Müasir APS «inkişaf etmiş idarəetmə sistemləri» (Advanced Planning and Scheduling System sistemlərində optimallaşdırma alqoritmlərinin geniş spekrindən istifadə edilir. Bunların içərisində ən çox yayılanları aşağıdakılardır.

Xətti proqramlaşdırma. Optimallaşdırma məsələsi xətti məhdudluqlarla xətti məqsəd funksiyası üçün həll edilir. Dəyişənlərə də məhdudluq qoyulur.

Təsadüfi axtarış alqoritmləri. Planın generasiyası, analizi və yaxşı variantının seçilməsinə əsaslanan metodlar qrupu. Bu zaman yaxşı cari plan sonrakı iterasiya üçün baza ola bilər. Sonrakı seçim həmin plan ətrafında aparılır.

Məhdudluqlar nəzəriyyəsinə əsaslanan alqoritmlər. Məhdudluqlar nəzəriyyəsi təqvimi planlaşqdırma üsuludur. Bu zaman əvvəlcə sistemin «zəif yeri» üçün, sonra isə oradan başlayaraq qalan elementləri üçün plan qurulur.

Evristik alqoritmlər. Yüksək məhsuldarlı müasir kompüterlərdə reallaşdırılması mümkün olan səmərəli metodlar qrupudur. Onlar, bir qayda olaraq, qeyri-təsadüfi axtarış alqoritmləridir. Burada planı yaxşılaşdırmaq məqsədilə dəyişənlərə müsbət və mənfi istiqamətdə baxılır. Bu zaman məsələənin xüsusiyyəti nəzərə alınır. Evristik alqoritmlərin reallaşdırılmasının bir xüsusiyyəti də ondan ibarətdir ki, APS sisteminin istehsalçısı-firma- onların məzmununu açmadan «qara qutu» şəklində satır.

Yuxarı səviyyədə planlaşdırmaya yönələn APS sistemlərinin vacib imkanlarından biri də qərarların qəbulunun modelləşdirilməsi və dəsdəklənməsidir. Praktiki olaraq, APS-sistemlərin hamısı modelləşdirmə imkanlarına malikdir. İmkanlar diapazonu genişdir:addım-addım müqayisə üçün çoxlu sayda plan surətlərinin hazırlanmasından tutmuş, müxtəlif planlar üçün xərclərin analizinə qədər. Bir çox proqramlaşdırma sistemləri optimallaşdırma nəticələrini əks etdirən və onların imitasiya modelləşdirilməsi üçün ötürülməsini təşkil edən iç panellərə malikdirlər.


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin