48. Premet sahəsinin modelinə qoyulan tələblər-13
49. Predmet sahəsinin modeli əsasında AİS-in yaradılması-3
İS-in layihələndirilməsində predmet sahəsinin modelləş-dirilməsi mühüm əhəmiyyət kəsb edir. İS-in predmet sahəsinə adekvat layihəsini yaratmaq üçün gələcək İS-in fəaliyyətinin bütün sahələrini əks etdirən model olmalıdır. Predmet sahəsinin modeli dedikdə tədqiq edilən predmet sahəsinin strukturunu və ya fəaliyyətini imitasiya edən və bu sahəyə adekvat olan sistem başa düşülür.
Predmet sahəsinin əvvəlcədən modelləşdirilməsi layihə işlərinin aparılması vaxtını azaltmağa, daha səmərəli və keyfiyyət-li layihə yaratmağa imkan verir. Predmet sahəsinin modeli strateji məsələlərin həllində çoxlu səhvlərə yol verilməsi ehtimalını azaldır. Bu cür səhvlər sonradan layihələndirməni yenidən aparmağa tələb olunan artıq xərclərə və iqtisadi itgilərə gətirib çıxarır. Bu səbəbdən də,İS-in layihələndirilməsinin müasir texnologiyalarının hamısı predmet sahəsinin modelləşdirilməsi metodologiyasından istifadə etməyə əsaslanır.
Predmet sahəsinin modelinə aşağıdakı tələblər qoyulur:
-predmet sahəsinin strukturunun birmənalı təsvirini təmin edən formallaşdırma;
-modelin əks etdirilməsində qrafik vasitələrdən istifadə edilməsi sayəsində onun sifarişçilər və layihəçilər üçün anlaşıqlı olması;
-reallaşdırmanın mümkünlüyü: yaradılan İS-də predmet sahəsinin modelinin reallaşdırılması üçün vasitələrin olması;
-müəyyən metodlarla və hesablanan göstəricilərlə predmet sahəsinin modelinin reallaşdırılmasının səmərəliliyinin qiymətlən-dirilməsinin mümkünlüyü.
Sadalanan tələblərin reallaşdırılması üçün problem sahəsinin fəaliyyətinin struktur və qiymətləndirmə aspektləri əks etdirən modellər sistemi qurulur
Dostları ilə paylaş: |