1. İdarəetməyə kibernetik yanaşma


Predmet sahəsinin obyekt strukturu, funksional strukturu, idarəetmə strukturu, təşkilati strukturu və texniki strukturu-13



Yüklə 355,95 Kb.
səhifə50/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   46   47   48   49   50   51   52   53   ...   60
esas

50. Predmet sahəsinin obyekt strukturu, funksional strukturu, idarəetmə strukturu, təşkilati strukturu və texniki strukturu-13

Obyekt strukturu

Obyekt- hər hansı funksiyanın və ya əməliyyatın (çevirmə, emal, formalaşdırma və s.) yerinə yetirilməsində istifadə olunan mahiyyətdir. Obyektlər dinamiki və statiki təbiətə malik ola bilərlər. Dinamik obyektlərdən istehsalatın bir siklində istifadə edilir, məsələn, məhsula sifarişlər, ödəniş üçün hesablar, ödənişlər və s. Statik obyektlər istehsalatın bir neçə siklində istifadə olunur, məsələn, avadanlıq, heyət, materialların ehtiyatları və s.Modelin detallaşdırılmasının xarici səviyyəsində material obyektlərinin əsas növləri (məsələn, xammal və materiallar, yarımfabrikatlar, hazır məhsullar, xidmətlər və s.) və informasiya obyektlərinin əsas növləri və ya sənədlər (məsələn, sifarişlər, hesablar, fakturalar və s.) ayrılır.Predmet sahəsinin modelinin qurulmasının konseptual səviyyəsində obyektlərin siniflərinin siyahısı dəqiqləşdirilir, onların atributları və qarşılıqlı əlaqələri təyin edilir.

Funksional struktur

Funksiya (əməliyyat)- giriş obyektlərini çıxış obyektlərinə çevrir. Girişlərə və çıxışlara görə qarşılıqlı əlaqəli funksiyalar ardıcıllığı biznes-prosesi təşkil edir. Biznes-prosesin funksiyası istənilən təbiətli obyektləri (material, maliyyə, informasiya və s.) yarada bilər. Biznes-proseslər və informasiya prosesləri ayrılmaz vəhdət təşkil edirlər, yəni material prosesinin funksiyaları informasiya dəstəyi olmadan yerinə yetirilə bilməzlər. Məsələn, hazır məhsulun göndərilməsi “Sifariş” sənədinin əsasında baş verir, həmin funksiya isə öz növbəsində göndərilən məhsulu müşayiət edən “Faktura” sənədini yaradır.

İdarəetmə strukturu

Biznes-proseslər toplusunda prosesin gedişinin müxtəlif şətrlərindən asılı olaraq alternativ və ya dövri ardıcıllıqlar ola bilər. Bu şərtlər xarici mühitdə baş verən hadisələrlə və ya prosesin özündə obyektlərin müəyyən vəziyyətlərinin yaranması ilə (məsələn, sifariş qəbul olunub, qəbul olunmayıb, təshih edilməyə göndərilib) bağlı olur.Hadisələr funksiyaları icraya çağırırlar, onlar isə öz növbəsində obyektlərin vəziyyətini dəyişirlər və yeni hadisələr formalaşdırırlar və s. Bu dövr baxılan biznes-proses başa çatana qədər davam edir. Bu halda hadisələr ardıcıllığı biznes-prosesin konkret realizasiyasını təmin edir.Hər bir hadisə informasiya və prosedur baxımından təsvir edilir. İnformasiya baxımından hadisə obyektin vəziyyətinin dəyişilməsinə və ya yeni vəziyyətin yaranmasına gətirən hər hansı funksiyanın icra edilməsi faktını qeyd edən məlumatdır. Prosedur baxımdan hadisə yeni funksiyanı icraya çağırır, odur ki, obyektin hər bir vəziyyəti üçün bu çağırışların təsviri verilməlidir.

Təşkilati struktur

Təşkilati struktur bir-birilə iyerarxik və proses əlaqələri ilə bağlı olan təşkilati vahidlər toplusudur. Təşkilati vahid ümumi funksiyaları və ya biznes-prosesləri yerinə yetirən insanlar toplusundan (heyətdən) ibarət olan bölmədir (şöbə, sex və s.). Funksional-yönlü təşkilati strukturda təşkilati vahid bir idarəetmə funksiyasına aid olan və müxtəlif proseslərə daxil olan funksiyalar dəstini yerinə yetirir.

Texniki struktur

Texniki strukturda əsas diqqət topologiyaya və kommunikasiyaya yönəldilir. Topologiya texniki vasitələrin müəssisənin struktur bölmələri üzrə ərazilərdə yerləşdirilməsini, kommunikasiya isə struktur bölmələrinin qarşılıqlı əlaqələrinin reallaşdırılmasının texniki üsulunu təyin edir.Modelin xarici səviyyəsində texniki vasitələrin tipləri və onların struktur bölmələrdə necə yerləşdirilməsi təyin edilir.


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin