1. İdarəetməyə kibernetik yanaşma


Avtomatlaşdırma məqsədilə istifadə edilən modellərin IDEF (Integrated Computer Automated Manufacturing DEF inition) standartlarının təsnifatı-2



Yüklə 355,95 Kb.
səhifə8/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   4   5   6   7   8   9   10   11   ...   60
esas

8. Avtomatlaşdırma məqsədilə istifadə edilən modellərin IDEF (Integrated Computer Automated Manufacturing DEF inition) standartlarının təsnifatı-2.

Avtomatlaşdırma məqsədilə istifadə edilən modellərin tam təsnifatı IDEF (Integrated Computer Automated Manufacturing DEF inition) standartlarında verilmişdir.

IDEF-in yaranma ideyası 70-ci illərin ortalarında ABŞ-da informasiya texnologiyalarının məhsuldarlığının və səmərəliliyinin artırılması probleminin həlli, o cümlədən, ICAM (Integrated Computer Aided Manufacturing) proqramının reallaşdırılması məqsədilə meydana gəlmişdir. IDEF-ə mürəkkəb sistemlərin modellərinin qurulması və kompüter sistemlərinin

layihələndirilməsi üçün metodlar və texnologiyalar ailəsi kimi baxılır. Cəmi 14 standartın yaradılması nəzərdə tutulurdu, o cümlədən:

-IDEF0-funksiyaların modelləşdirilməsi;

-IDEF1-informasiya modelləşdirilməsi;

-IDEF1X-verilənlərin modelləşdirilməsi;

-IDEF2-dinamiki modelləşdirmə;

-IDEF3-proseslərin təsviri;

-IDEF4-layihələndirmənin obyekt-yönlü metodları;

-IDEF8-istifadəçinin interfeysi;

-IDEF10-texniki layihələndirmə;

-IDEF14-hesablama şəbəkələrinin layihələndirməsi.

Baxılan standartlar ailəsinin başlanğıcını modelləşdirmə texnologiyasının əsasında yaradılmış və SADT (Structured Analysis & Design Technique) adı ilə tanınan IDEF0 standartı qoymuşdur.

1985-ci ildə IDEF1 genişləndirilmiş və adı dəyişdirilərək IDEF1X olmuşdur. IDEF standartlarından bəziləri, məsələn, IDEF2, de-fakto standartlarına, bəziləri isə, məsələn IDEF0 və IDEF1X, ABŞ-ın dövlət standartına çevrilmişdir (FIPS adı altında).IDEF standartlar ailəsi bütövlükdə proseslərin avtomatlaşdırılmasında tətbiq edilən modellərin qurulması zamanı hazırda real istifadə edilən yanaşmaları, struktur və obyekt-yönlü layihələndirmə metodlarını əhatə edir. Müəssisənin modellərinin hazırlanması sahəsində IDEF standartları, şəbəkələrin və tətbiqi proqramların hazırlaması sahəsində OSI protokollarının oynadığı rolu oynayır


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin