11. Müəssisənin idarəetmə funksiyaları arasındakı qarşılıqlı əlaqələr-3
İstehsalat menecmentinin göstəricilərinin qarşılıqlı əlaqəsi funksional altsistemlər, funksional məsələlərin blokları və kompleksləri vasitəsilə reallaşır. Emal olunan informasiyanın müxtəlifliyi və qərar qəbul etmək üçün onun vacibliyi ilə əlaqədar olaraq, funksional altsistemlər idarəetməni bütövlükdə nəzərə almaqla,bloklar- ayrı-ayrı idarəetmə funksiyalarına görə, məsə-lələr kompleksləri isə- istehsalat prosesinin elementlərinə (əmək vəsaitləri, əmək predmetləri, əmək məhsulları) görə forma-laşdırılır.
Korporativ informasiya sistemi fəaliyyət göstərən müəssisələrdə təşkilati idarəetmənin aşağıdakı altsistemlərinə baxılır: istehsalatın texniki hazırlığının idarəedilməsi, texniki-iqtisadi idarəetmə, əsas istehsalatın operativ idarə edilməsi, material resurslarının idarə edilməsi, satışın idarə edilməsi, heyətin idarə edilməsi, köməkçi istehsalatın idarə edilməsi və keyfiyyətin idarə edilməsi.
İstehsalatın texniki hazırlığı iki altsistemi-konstruktor hazırlığı və texnoloji hazırlıq-özündə birləşdirir və istehsalatın idarə edilməsində xüsusi yer tutur, çünki istehsalatın bütövlükdə idarə edilməsi üzrə funksional məsələlərin həlli üçün normativ baza hazırlayır. Texniki-iqtisadi idarəetmə altsistemi texniki-iqtisadi planlaşdırma, mühasibat və statistik uçot və hesabat, texniki-iqtisadi analiz və qərar qəbuletmə kimi funksional məsələlər bloklarını özündə birləşdirir. Əsas istehsalatın operativ idarə edilməsi altsistemi operativ-istehsalat planlaşdırma, operativ uçot və hesabat, operativ analiz və qərar qəbuletmə kimi funksional məsələlər bloklarından ibarətdir. Material resurslarının, satışın və heyətin idarə edilməsi altsistemləri müəssisəni material resursları ilə təmin etmək, hazır məhsulu reallaşdırmaq və lazımi işçi heyətlə təmin etmək üçün planlaşdırma, uçot, hesabat, analiz və qərar qəbuletmə funksional məsələlər bloklarından ibarət olurlar.
Dostları ilə paylaş: |