tövsiyələr Mülkiyyət formasından, təsərrüfatçılıq və ya təşkilati-hüquqi tabeçiliyindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələr işəgötürənlərə müəssisədə əməyin mühafizəsi xidmətinin təşkilinə kömək məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 223-cü maddəsinə müvafiq olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 223-cü maddəsinin birinci hissəsinə əsasən əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində əməyin mühafizəsi xidmətləri yaradılmalıdır.(mühəndis vəzifələri tətbiq edilir). İşçilərin sayı bundan az olan və əməyin mühafizəsi xidmətləri yaradılmayan müəssisələrdə bu vəzifələri həmin müəssisələrin rəhbərləri yerinə yetirirlər. İşçilərin sayı 500 nəfərdən artıq olduqda müəssisənin rəhbərlərinin (baş mühəndisinin) başqa vəzifələrdən azad edilmiş əlavə müavini-əməyin mühafizəsi üzrə müavini vəzifəsi tətbiq edilir. İşçilərin sayı 1000 nəfərdən artıq olan müəssisələrdə əməyin mühafizəsi xidmətinin tərkibinə əməyin gigiyenası üzrə həkim vəzifəsi tətbiq edilir və sənaye-sanitariya laboratoriyası təşkil olunur. Əməyin mühafizəsi xidməti işçilərinin əmək funksiyaları (vəzifə borcları) və hüquqları əmək şəraitinə və əməyin mühafizəsi vəziyyətinə cavabdehlik işəgötürənin üzərinə qoyulmaqla, işçilərin əməyin mühafizəsi üzrə normalara, qayda və təlimatlara riayət etmək, fərdi və kollektiv mühafizə vasitələrini düzgün tətbiq etmək kimi şərh edilir.
Bu tövsiyəyə əsasən müəssisənin mülkiyyət formasının və təsərrüfat fəaliyyətinin spesifik xüsusiyyətlərini nəzərə almaqla müəssisədə əməyin mühafizəsi xidməti haqqında əsasnamə hazırlana bilər.