Ehtimal nəzəriyyəsi



Yüklə 57 Kb.
tarix02.01.2022
ölçüsü57 Kb.
#35792
ASEU TEACHERFILE WEB 5852245337373994755.doc 1608558294


Mövzu 2.

Statistika müşahidəsi
1. Verilənlərdən hansı faktların qeydə alınma vaxtına görə statistika müşahidəsinə aiddir:

a) fasiləsiz (cari), b) dövrüi, c) birdəfəlik, ç) bunların ha­mısı.

2. Məcmu vahidlərinin əhatə olunması dərəcəsinə görə sta­tistika müşahidəsinin hansı növləri vardır?

a) qeyri-ümumi, ümumi, b) dövrü, c)fasiləli, ç) birdəfəlik.

3. Qeyri-ümumi müşahidənin növlərinə aiddir:

a) seçmə, əsas kütlə, b)monoqrafik, c) a və b, ç) sənəd.

4. Verilənlərdən hasılar statistika müşahidəsinin proqram-meto­doloji məsələlərinə aiddir?

a) müşahidənin məqsədini müəyyən etmək,

b) müşahidə vahidini və obyektini müəyyən etmək,

c) müşahidənin növünü müəyyən etmək,

ç) bunların hamısı.

5. Qeydiyyata məruz qalan, əlamətlərin daşıyıcısı olan ün­sürə statistikada nə ad verirlər?

a) müşahidə proqramı, b) müşahidə obyekti, c) müşahidə nö­­vü, ç) müşahidə vahidi.

6. Verilən variantlardan düzgün olanını göstərin?

a) statistik müşahidənin proqramı cavab toplanılacaq sual­ların siyahısıdır,

b) statistika müşahidəsinin proqramı təlimatçıların seçilmə ardı­cıllı­gıdır,

c) müşahidənin proqramı verilən sualların nizamsız cavab­lan­dırılmasıdır,

ç) müşahidənin proqramı verilən sualların mürəkkəblik dərəcəsinə görə düzülü­şüdür.

7. Statistika müşahidəsinin üsullarına aiddir:

a) sorgu, sənəd, bilavasitə, b) cari, c) paralel sıraların mü­qayisəsi, ç) indeks.

8. Statistika müşahidəsinin üsulu kimi sorgu ola bilər:

a) şifahi və özüqeydəalma, b) fasiləli, c) cari, ç) fasiləsiz.

9. Bilavasitə müşahidədə qeydiyatçılar:

a) soruşulan müvafiq şəxslər, yaxud sənədlər əsasında uço­ta alınan faktları özləri müəyyənləşdirir və müşahidə formul­yar­larını öz­ləri doldururlar,

b) qiymətləndirmə və hesablama əsasında qeydiyyata mər­uz qalan faktları müəyyənləşdirir və bunun əsasında müşahidə formul­yarlarının qeydiyyatını aparır,

c) soruşulanlara müşahidə blanklarını paylayır, onları təli­mat­landırır, sonra soruşulanlar tərəfindən doldurulan müşahidə blank­larını toplayır.

10. Qeydiyyat zamanı yol verilən xətaları aşkar etmək və aradan qaldırmaq üçün verilənlərdən hansı toplanmış məlu­matların nəzarəti kimi tətbiq oluna bilər?

a) sistematik (müntəzəm), təsadüfi b) riyazi, məntiqi c) fa­siləli, fasiləsiz, ç) dövri.

11.Müşahidə planının proqram-metodoloji məsələlərinə aiddir:

a) müşahidənin yeri, vaxtı, növü və üsulu,

b) müşahidənin məqsədi, obyekti, vahidi və proqramı, mü­şahidə məlumatlarının nəzarət sistemi

c) bunların hamısı.

12. Kompleks iqtisadi-statistik tədqiqatda statistika müşa­hidəsinin rolu nədən ibarətdir?

13. Tədqiqata məruz qalan sosial-iqtisadi hadisə və proses­lərin məcmusu müşahidənin ....

a) məqsədidir, b) obyektidir, c) predmetidir, ç) vahididir.

14. Jurnalistlərin ictimai və dövlət xadimlərinin, həmçinin digər tanınmış insanların üzrənidəki müşahidə statistik müşa­hidə ola bilərmi?

a) bəli, b) xeyr.

15. Jurnalistlərin ictimai və dövlət xadimlərinin, həmçinin digər tanınmış insanların üzərinidəki müşahidələri statistik müşa­hidə ola bilməz ona görə ki,

a) statistikanın predmeti deyildir, b) az insanları əhatə edir, c) cəmiyyətin maraq dairəsinə daxil deyildir.

16. Verilənlərdən hansı statistika müşahidəsinin fərqlən­dirici xüsusiyyətlərinə aiddir?

a) məqsədəmüvafiqlik, təşkilatlılıq, kütləvilik, b) sistem­lilik, müqayisəlilik, sənədlilik, c) nəzarətlilik, praktikilik, ç) bun­ların hamısı.

17. ... statistika müşahidəsinin fərqləndirici xüsusiyyət­ləridir.

a) təşkilatlılıq, kütləvilik və asanlılıq, b) məqsədə­müva­fiq­lik, praktikilik, sistemlilik və müqayisəlilik, c) sənəd­lilik, nəza­rət­lilik və az əhatəlilik.

18. Büövlükdə satatistika müşahidəsi .... olmalıdır:

a) ictimai-faydalı və ümumi (dövlət) əhəmiyyətli, b) ümumi (dövlət) əhəmiyyətli, c) proqramsız.

19. Verilən variantlardan düzgün olanını seçin:

a) büövlükdə satatistika müşahidəsi ictimai-faydalı və ümumi (dövlət) əhəmiyyətli olmalıdır,

b) statistika müşahidəsi əvvəlcədən işlənib hazırlanmış proqram əsasında həyata keçirilməlidir,

c) müəyyənləşdirilmiş nümunəci uçot sənədlərində qeydiyyatın aparəlması,

d) bunların hamısı.

20. Oyanayan övladı üzərində ananın müşahidəsi ... olduğundan statistika müşahidəsi ola bilməz?

a) şəxsi məsələ, b) ailə məsələsi, c) ictimai məsələ.

21. Verilən variantlardan düzgün olanını seçin:

a) satatistika müşahidəsi xətanın olmamasını yaxud onların mümkün olduqca minimuma endirilməsini təmin etməlidir,

b) statistika müşahidəsi toplanmış məlumatların keyfiy­yətini, etibarlılığını, tamlığını və məzmunluğunu təmin etməli­dir,

c) statistika müşahidəsi statistik tədqiqatın bütün sonrakı mər­hələləri və statistik informasiyanın bütün istifadəçiləri üçün etibarlı informasiya bazası olmalıdır,

d) bunların hamısı.

22. Oyanayan övladı üzərində ananın müşahidəsi statistika müşahidəsi ola bilərmi?



a) bəli, b) xeyr.



Yüklə 57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin