Qərbi Kaspi Universitetinin
Kolleci
SƏRBƏST İŞ
Tələbə: Əsgərov İlkin
İxtisas: Aqrar (fermer) təsərrüfatının təşkili
Qrup: 1803
Fənn: Mühasibat uçotu və audit
Müəllim: Qorçuyeva Rahilə
Mövzu: Mühasibat uçotu hesablarının təsnifatı
BAKI 2021
Plan:
1. 1.Mühasibat uçotu hesablarının təsnifatı, onun əhəmiyyəti və əsas
prinsipləri.
2.Mühasibat uçotu hesablarının iqtisadi məzmununa görə təsnifatı.
3.Mühasibat uçotu hesablarının təyinatına və quruluşuna görə təsnifatı.
Mühasibat uçotu hesablarının təsnifatı
1.Mühasibat uçotu hesablarının təsnifatı, onun əhəmiyyəti və əsas
prinsipləri
Obyektlər çoxluğunun mühasibat müşahidəsi onların müxtəlifliyi, yəni bina, tikili,
qurğu, mebel, nəqliyyat vasitələri, hesablama texnikası, qeyri-maddi aktivlər, quraşdırılan və istismara verilən obyektlər, digər təşkilatlara maliyyə qoyuluşları, bütün pul vəsaitləri, sahibkar tərəfindən verilən kapital, ehtiyat və fondlar, müxtəlif passivlər, təsərrüfat prosesləri və onları əmələ gətirən təsərrüfat halları (əməliyyatları), maliyyə nəticələri və onların istifadəsi və i.a. ilə xarakterizə olunur. Mühasibat uçotunun sistemini təşkil edən elementlərin məcmuyu özünəməxsus xüsusiyyətə malik olduğundan onların nizama salınması, müəyyən nişanələr üzrə təsnifləşdirilməsini tələb edir.
Təsnifat, mühasibat hesablarının qeydə alınmış toplusunu nizama salmaqla deyil,
iqtisadi subyektlərin fəaliyyətini təşkil edən və bu fəaliyyətin informasiyalara olan
tələbatının təhlilini əhatə edən istehsal-təsərrüfat və maliyyə proseslərinin tədqiqinə
əsaslanan hesablar sisteminin təşkilini həyata keçirməyi yerinə yetirir.
Mühasibat hesablarının təsnifatı zəruri və mühasibat obyektlərinin müşahidəsinin
qeydə alınmasını, bu obyektlərin konkret hesablar üzrə bölüşdürülməsini, yaradılmış
sistemin müəyyən siniflərə bölünməsini və tələb olunan nəticələrin əldə olunmasını təmin etmək üçün minimum hesabların təyin edilməsinə yönəldilir.
Sintetik hesabların təsnifatının əsasını, onların hər birinin bir tərəfdən mühasibat
informasiyaları sisteminin elementi, digər tərəfdən sintetik hesabın ikinci (subhesabların) və üçüncü dərəcəli (analitik) hesablarının açıqlanmış informasiya altsisteminin konkretləşməsi və analitikliyin təmin olunması təşkil edir. Sintetik hesabların təsnifatının obyektivliyi nəinki baş vermiş təsərrüfat əməliyyatı nəticəsində obyektlərdə baş verən əlaqələrin uçotda düzgün əks etdirilməsindən həm də analitik uçotun təşkilindən asılıdır.
Hər hansı təsnifatın (o cümlədən mühasibat uçotunun sintetik hesablarının) əsasını
sintetik hesabların və onların qruplaşmasını müəyyən etməyə imkan yaradan
əsaslandırılmış nişanələrin seçilməsi təşkil edir. 1950-ci illərdə keçmiş SSRİ-nin
görkəmli alimləri mühasibat hesablarının: bir, yaxud bir neçə nişanələr üzrə təsnifatının aparılmasına dair çox maraqlı mübahisələr aparmışlar. Bu alimlərin birinci tərəfdarları hesabların ancaq iqtisadi məzmununa görə təsnifləşdirilməsini məqsədəuyğun hesab etmişlər. Tədris və elmi ədəbiyyatlarda indi də öz fikirləri üzərində dayanan ikinci tərəfdarlar iqtisadi məzmununa görə təsnifatla yanaşı həyatda təsərrüfat hadisələrinin hesablarda necə qeydə alınmasını geniş açıqlayan hesabların quruluş və təsnifatına görə təsnifləşdirilməsini əsas hesab etmişlər. Axırıncıların çox əsaslandırılmış fikirləri görkəmli iqtisadçılar, ixtisasımızın aparıcı professorları olan V.F.Paliy, Y.V.Sokolov, Ə.K.Fərəcov, V.İ.İsayev, S.M.Səbzəliyev, M.C.Hacıyeva, H.H.Əliyev və hal-hazırkı dərsliyin müəllifi Q.Ə.Abbasov tərəfindən də müdafiə edilmiş və ona görə də hal-hazırda hesabların həm quruluş və təyinatına görə həm də iqtisadi məzmununa görə təsnifləşdirilməsi aparılır.