1. İdarəetməyə kibernetik yanaşma


ERP sisteminin köməyilə istehsalatın planlaşdırılması və məhsul buraxılışının qrafikinin hazırlanması-5,6



Yüklə 355,95 Kb.
səhifə25/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   21   22   23   24   25   26   27   28   ...   60
esas

22. ERP sisteminin köməyilə istehsalatın planlaşdırılması və məhsul buraxılışının qrafikinin hazırlanması-5,6

İstehsalatın planlaşdırılması və məhsul buraxılışının qrafikinin hazırlanması

Uzunmüddətli, ortamüddətli və qısamüddətli planlar müxtəlif təşkilati səviyyələrdə hazırlanır və müxtəlif vaxt dövrlərini əhatə edirlər. Yuxarı səviyyədə hazırlanan uzunmüddətli planlar müəssisənin strateji məqsədlərini ifadə edirlər. Onlar orta-və qısamüddətli planların əsasını təşkil edirlər. Ortamüddətli planlara məşğulluq planları, ehtiyatların yaradılması və ya istehsalının ümumiləşdirilmiş planları, istehsalat güclərinin modernləşdirilməsi planarı, tədarükçülərlə müqavilələr daxildir. Həmin ümumiləşdrilmiş planlar qısamüddətli planlar üçün əsas təşkil edirlər. Qısamüddətli planlar, adətən bir neçə həftədən bir neçə aya qədər dövrü əhatə edirlər və məhsul buraxılışı, komponentlərin istehsalı, material təchizatı, operativ istehsalat və güclərin istifadə edilməsi qrafiklərindən ibarət olurlar. İstehsalat qrafikləri-malların və ya son məhsulun istehsalının qısamüddətli planlarıdır.

İstehsalatın planlaşdırılması aşağıdakı addımlarla yerinə yetirilir:

1.Hər bir növ məhsul üçün satışın proqnozlaşdırılması və faktiki tələbatın təyin edilməsi.

2.Bütün növ məhsullar və xidmətlər üzrə proqnoz verilənlərin bir yerə yığılıb ümumiləşdirilməsi.

3.Hər bir plan dövrü üçün ümumi tələbatın işçilərin sayına, avadanlığın və digər istehsalat güclərinin miqdarına çevrilməsi.

4.Ümumi tələbatı ödəmək üçün istehsalat imkanlarını təmin etmək məqsədilə ehtiyatlardan istifadə edilməsi üzrə alternativ planların hazırlanması.

5.Alternativlər içərisindən tələbatı ödəyən və müəssisənin məqsədlərinə daha yaxşı cavab verən güclərdən istifadə edilməsinin daha məqbul planının seçilməsi.


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin