31. Müəssisənin missiyası anlayışı.-8
Müəssisənin biznes-modelinin qurulmasına xarici mühitlə qarşılıqlı əlaqələrin “ziddiyyətlərin vəhdəti və mübarizəsi” qanununa görə təsvirindən, yəni müəssisənin missiyasının təyin edilməsindən başlanır. Müəssisənin missiyası anlayışı ISO-15704 standartında belə şərh olunur:
1.Müəssisənin təsis edilməsində nəzərdə tutulan funksiyanın yerinə yetirilməsi üçün fəaliyyət-sifarişçilərə məhsul və ya xidmət təqdim edilməsi.
2.Müəssisənin öz məqsədlərini və məsələlərini reallaş-dırması üçün mexanizm.
Müasir şəraitdə bazarın sosial əhəmiyyətli tələblərinin ödənilməsi üzrə müəssisənin missiyası bazarın və müəssisənin maraqlarının uzlaşması kimi təyin edilir. Bu zaman missiya açıq sistemin atributu kimi, bir tərəfdən, bazar konyukturasına və xarici mühit iştirakçılarına nəzərən müəssisənin mövqeləşməsini, digər tərəfdən isə, müəssisənin obyektiv imkanlarını və onun subyektiv dəyərlərini, prinsiplərini nəzərə almaqla formalaşdırılır. Missiya müəssisənin məqsədyönlü fəaliyyətinin ölçüsü olmaqla, rəqabət mübarizəsinin predmeti kimi də qəbul edilə bilər. Missiyanın təyini müəssisənin məqsədlər ağacını-missiyanın dəqiqləşdirilməsinin və detallaşdırılmasının iyerarxik siyahılarını-tərtib etməyə imkan yaradır
Dostları ilə paylaş: |