1. İdarəetməyə kibernetik yanaşma


Missiyanın hazırlanması üçün şablon-9



Yüklə 355,95 Kb.
səhifə35/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   31   32   33   34   35   36   37   38   ...   60
esas

34. Missiyanın hazırlanması üçün şablon-9

Missiyanın hazırlanması üçün şablon

İstənilən müəssisə onun mikro-və makroəhatəsi ilə birlikdə bir-birinə daxil edilmiş açıq, subyekt-yönlü sistemlərin iyerarxiyasından ibarətdir. Müəssisə bir tərəfdən bazarın bir hissəsidir, digər tərəfdən isə rəqabət mübarizəsində öz maraqlarını qoruyur. Missiya bazarın digər iştirakçıları arasında müəssisənin mövqeləşdirilməsinin nəticəsi kimi qəbul edilə bilər. Odur ki, müəssisənin missiyasını onun daxili quruluşunun təhlili ilə təsvir etmək olmaz. Müəssisənin xarici mühitlə qarşılıqlı əlaqələrinin modelini qurmaq üçün, yəni müəssisənin bazarda missiyasını təyin etmək üçün, aşağıdakılar tələb olunur:

-bazarı müəyyənləşdirmək;

-bazarın xüsusiyyətlərini (tələblərini) təyin etmək;

-bazarda tutduğu mövqeyə görə müəssisənin təyinatını (missiyasını) müəyyənləşdirmək.

Müəssisənin missiyasının modelinin hasırlanmasında aşağıdakılar tövsiyyə edilir:

1.Müəssisənin rəqabətqabiliyyətliyinin bazisının- sosial-iqtisadi sistem kimi onun xarakteristikaları toplusunun- təsvir edilməsi. Məsələn: obyekt üçün –mənimsənilən texnologiyanın unikallığı və müəssisədə mövcud olan resursların (materialların, avadanlığın, informasiya resurslarının və s.) xüsusiliyi; subyekt üçün- heyətin bilik və bacarığı, menecerlərin iş təcrübəsi. Bütün bunlar müəssisənin potensial imkanlarını təyin edir və “edə bilirəm” mövqeyini formalaşdırır.

2.Bazarın konyunkturasının müəyyənləşdirilməsi, yəni təklif olunan mallara və xidmətlərə olan tələbatın təyin edilməsi.

3.Seçilən növ fəaliyyət üçün siyasət və iqtisadiyyat üzrə dövlət institutları tərəfindən müsbət və ya mənfi münasibətlərin müəyyənləşdirilməsi.

4.Seçilən fəaliyyət növü üzrə texnologiyanın inkişaf perspektivinin qiymətləndirilməsi.

5.İctimai təşkilatların müsbət və ya mənfi münasibətlərinin qiymətləndirilməsi.

6.Yuxarıda göstərilən münasibətləri,həmçinin,hüquqi, mənə-vi, etik və digər amilləri nəzərə almaqla və müqayisə etməklə ümumi mövqeyin qarşıya qoyulması.

7.Mümkün xərclərin və gəlirlərin səviyyəsinin qiymət-ləndirilməsi.

8.Bütün tərəflər üçün məqbul sayılan kompromis variantın qiymətləndirilməsi və müəssisənin missiyasının şəkil 15-də göstərilən şablona uyğun formalaşdırılması.


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin