36. Müəssisənin funksiyalarının formalaşdırılması üçün şablon-9
Müəssisənin menecmentinin əsas funksiyalarını formalaş-dırmaq üçün əvvəlcə iki baza təsnifat siyahısı-“Menecmentin komponentləri” və “İdarəetmə siklinin mərhələləri”-hazırlanır. 1-ci təsnifat siyahısında müəssisədə istifadə olunan idarəetmə instrumentlərinin/konturlarının siyahısı, 2-ci təsnifat siyahısında isə idarəetmə konturlarında işlərin təşkili zamanı menecerlər tərəfindən ardıcıl reallaşdırılan əməliyyatların texnoloji zənciri əks olunur. Sonra, analoji olaraq, proyeksiyalar matrisinin köməyilə menecmentin əsas funksiyalarının siyahısı formalaşdırılır. Təqdim edilən matris proyeksiyaları (şəkil 16, 17), sətir və sütunları daha ətraflı təsvir etməklə, funksiyaları istənilən detallaşma ilə formalaşdırmağa imkan verirlər. Müəssisənin funksiyalarına görə məsuliyyət zonalarının formalaşdırılması təşkilati proyeksiyalar matrisinin köməyilə aparılır
Dostları ilə paylaş: |