1. İdarəetməyə kibernetik yanaşma


Biznes-modelin dinamik təsviri mərhələsini modellərinin qurulması üçün müəssisənin dinamik təsviri mərhələsində proses-axın modeli-11,12



Yüklə 355,95 Kb.
səhifə41/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   37   38   39   40   41   42   43   44   ...   60
esas

40. Biznes-modelin dinamik təsviri mərhələsini modellərinin qurulması üçün müəssisənin dinamik təsviri mərhələsində proses-axın modeli-11,12

Layihələndirilən KİS-ə qoyulan tələbatlar müəssisənin statik və dinamik təsviri əsasında hazırlanır. Müəssisənin statik təsviri biznes-potensialının, funksionalın təsvirini və uyğun məsuliyyət matrislərini özündə birləşdirən funksional modellər səviyyəsində (əvvəlki paraqraf) aparılır. Biznes-modelin sonrakı inkişafı (detallaşdırılması) müəssisənin dinamik təsviri mərhələsində proses-axın modellərinin qurulması səviyyəsində aparılır.

Proses-axın modeli- hər hansı biznes-funksiyanın reallaşdı-rılması zamanı müəssisənin material və informasiya axınlarının vaxt üzrə ardıcıl çevrilməsi prosesini təsvir edir. Yuxarı səviyyədə prosesin iştirakçıları arasında qarşılıqlı əlaqələrin məntiqi təsvir edilir. Aşağı səviyyədə isə ayrı-ayrı mütəxəssislərin öz iş yerlərində işləmə texnologiyası təsvir edilir. Proses-axın modelləri kim-nə-necə-kimə suallarına cavab verirlər.

İqtisadiyyatın müasir vəziyyəti müəssisəsinin fəaliyyətinin təsviri üçün əməyin bölünməsi, dar ixtisaslaşma prinsiplərinə və sərt iyerarxik strukturlara əsaslanan ənənəvi funksional modellərdən biznes-proseslər ətrafında işlərin inteqrasiyasına əsaslanan proses modellərinə keçidlə xarakterizə olunur. Funksional yanaşmaya xas olan əsas çatişmazlıqlara aşağıdakılar aiddir:

-işin yerinə yetirilmə texnologiyasının bəzən bir-birilə bağlı olmayan və əsasən müxtəlif struktur bölmələr tərəfindən icra olunan ayrı-ayrı fraqmentlərə bölünməsi;

-işin yerinə yetirilmə texnologiyasının bütöv təsvirinin olmaması;

-sadə məsələlərin real məhsul istehsal edən və ya xidmət təqdim edən texnologiya ilə uzlaşdırılmasının mürəkkəbliyi;

-son məhsula görə məsuliyyətin olmaması;

-razılaşdırma, tənzimləmə, qarşılıqlı əlaqə, nəzarət və s. üçün yüksək xərclər;

-müştəriyə yönümlülüyün olmaması.




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin