Almaiyanın bölünməsi və birləşməsi



Yüklə 58,52 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü58,52 Kb.
#39398
  1   2
Almaiyanın bölünməsi və birləşməsi


Almaiyanın bölünməsi və birləşməsi

1939-cu ilin avqustunda Nasist Almaniyası ilə Sovet İttifaqı arasında Şərqi Avropanın bu ölkələrin maraq dairəsinə uyğun şəkildə bölüşdürülməsini və bir-birilərinə qarşı hücuma keçməməyi nəzərdə tutan Molotov-Ribbentrop paktı imzalandı. Bu razılaşmanın ardınca, 1 sentyabr 1939-cu ildə alman qoşunları Polşanı işğal etdi və Avropada İkinci dünya müharibəsi başladı. Hitlerin bu hərəkətlərinə cavab olaraq, iki gün sonra, 3 sentyabrda Almaniyanın Böyük Britaniya tərəfindən hərbi əməliyyatların dərhal dayandırılması barədə göndərilən ultimatuma məhəl qoymaması nəticəsində Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-cı ilin payızında alman qoşunları Danimarka, Norveç, Niderland, Belçika, Lüksemburqu işğal etdi, həmçinin Fransanın əksər hissəsini işğal edərək fransız hökumətini atəşkəs imzalamağa məcbur etdi. Elə həmin il ingilislər alman hava hücumunun qarşısını almağa nail oldu. 1941-ci ildə alman qoşunları Yuqoslaviya, Yunanıstan və Sovet İttifaqı ərazilərinə daxil oldu. 1942-ci ilə qədər Almaniya və müttəfiqləri Avropa qitəsinin böyük hissəsini və Şimali Afrikanı ələ keçirə bilsə də, Sovet qoşunlarının Stalinqrad döyüşündə qalib gəlməsinin ardınca, müttəfiq qoşunlar Şimali Afrikanı geri qaytardı və 1943-cü ildə İtaliya ərazisinə daxil oldu. Alman qoşunları ardıcıl hərbi məğlubiyyətlərə məruz qaldı. 1944-cü ilin iyununda Antihitler koalisiyası qoşunları Overlord əməliyyatı ilə birlikdə Fransa ərazisinə daxil oldu. Bununla eyni zamanda, Şərq cəbhəsində Sovet qoşunları Şərqi Avropanın içərilərinə doğru irəliləməyə başladı. Alman qoşunlarının Arden meşələri istiqamətində sonuncu əks-hücum cəhdinə baxmayaraq, 1944-cü ilin sonlarına qədər müttəfiqlər Almaniyaya daxil ola bildi. Hitlerin ölümünün ardınca, Berlin döyüşü ərzində, 8 may 1945-ci ildə alman silahlı qüvvələrinin təslim olması nəticəsində Avropada İkinci dünya müharibəsi başa çatdı. İkinci dünya müharibəsinin başa çatmasından sonra, nasist rejimin keçmiş üzvləri törətdikləri müharibə cinayətlərinə görə Nürnberq prosesinə cəlb olundu.



Almaiyanın bölünməsi haqqında qısa məlumat

Müharibə on milyona yaxın Alman vətəndaşının və əsgərinin ölümü ilə nəticələndi. Almaniya və Berlin müharibəni qazanan dörd böyük dövlət tərəfindən dörd işğal bölgəsinə ayrıldı. 23 may 1949-cu ildə İngiltərə, ABŞ və Fransa işğal olunmuş əraziləri birləşdirərək Almaniya Federativ Respublikasını yaratdılar.

7 oktyabr 1949-cu ildə Sovet İttifaqı işğal etdiyi ərazidə Almaniya Demokratik Respublikasını qurdu. Bu ölkələrin birincisi ümumiyyətlə Qərbi Almaniya, digəri Şərqi Almaniya kimi tanınır.

Qərbi Almaniyada liberal parlamentli respublika quruldu. Fransa, ABŞ və İngiltərə ilə əməkdaşlıq bazar iqtisadiyyatına yönəlmişdir. 1950-ci illərdən başlayaraq iqtisadiyyat sürətlə inkişaf etdi. 1955-ci ildə NATO-ya üzv oldu. 1958-ci ildə Avropa İqtisadi Birliyinin qurucularından biri idi. Şərqi Almaniya Sovet İttifaqı ilə münasibətlərini yaxşılaşdırdı. İqtisadiyyat Sovet sisteminə əsaslanırdı. Tezliklə Şərqi Almaniya iqtisadi cəhətdən möhkəmləndi. Ancaq bir çox vətəndaş Qərbi Almaniyanın siyasi azadlığına və güclü iqtisadiyyatına heyran qaldı. 1961-ci ildə qurulan Berlin Divarı ilə Şərqi Almaniyadan Qərbi Almaniyaya qaçışlar dayandırıldı. Berlin Divarı Soyuq Müharibənin simvolu oldu.



Almaniya bölünmədən birləşməyə doğru

1987- ci ilin iyunun 12 -də ABŞ prezidenti R.Reyqan qərbi Berlində, Bradenburq qapısı önündə çıxışı zamanı “Berlin divarını” göstərərək : “Cənab Qorbaçov bu divarları sökün” deyərək sovet rəhbərliyinə mesaj göndərir.

Hələ tarixən, “Almanməsələsi” (Deutsche Frage ) XIX – XX əsr avropa geopolitikasının əsas problemlərindən biri hesab olunurdu. 1806 ci ildə Müqəddəs Roma imperiyasının süqutundan sonra Almaniyanın siyasi statusu və sərhədləri məsləsi daim aktual mövzulardan biri olub.

Həmin məsləyə münasibətdə almanlar arasında tarixən ikili münasibət mövcud idi: Prussiyanın liderliyi ilə “Alman məsələsinə kiçik alman yolu” (Kleindeutsche Lösung der Deutschen Frage) və Avstriyanın rəhbərliyi ilə “Böyük alman yolu” (Grossedeutsche Lösung). Bu iki model arasında daim rəqabət olmuş və hətda, 1866 cı ildə Prussiya ilə Avstriya arasında müharibəyə gətirib çıxarmışdır.Tarixdən də məlum olduğu kimi, XIX əsr 70 -ci illərində (1871) Prussiya kansleri Otto fon Bismarkın (Otto von Bismarck 1815 – 1898)rəhbərliyi ilə Almaniya imperiyası yardılmışdı.

Sonralar, Üçüncü Reyxə (Dritte Reich 1933 – 1945) rəhbərlik etmiş avstriya köçənli A.Hitler məhz avstriyada hakim olan “Böyük alman yolu” modelini əsas götürmüş, bu isə II Dünya müharibəsinə səbəb olmuş və sonda Almaniyanın yenidən parçalanması ilə nəticələnmişdir.

1945- ci ildə qalib dövlətlər ABŞ, Britaniya və SSRİ Potsdam konfransında Almaniyanın yenidən parçalanması və nüfuz dairəsinə bölüşdürülməsi haqqında qərar qəbul edirlər. Hələ həmin ilin fevral ayında Yalta konfransı zamanı ələdə edilmiş razılaşmaya əsasən ABŞ və Britaniya öz işğal zonlarından Fransaya da bölüşdürmə prossesində iştirak etmək üçün müəyyən ərazilər vermələri barədə razılığa gəlmişlər. Beləliklə, dunya müharibəsindən sonra Almaniya dörd işğal zonasına bölünür. Paytaxt Berlin isə, xüsusi statusla dörd işgal zonasına bölünür.

Sovet işğalı altında olan şərqi Almaniyada sürətlə totalitarlaşdırma prossesi həyata keçirilirdi. Belə ki, siyasi azadlıqlar ləğv edilir, mətbuat üzərində senzura tətbiq olunmuş, insanlar zorla pulsuz işləməyə məcbur edilmiş, fabrik və zavodlardakı dəzgahlar və texniki avadanlıqlar sökülərək SSRİ yə göndərilirdi (əsasən Stalinqrad və Leninqrad şəhərlərinə). Sovet işğal zonasından fərqli olaraq, qərb işğal zonasında mərhələli şəkildə demokratikləşdirmə prossesi başlanmışdır.

1947- ci ildə ABŞ dövlət katibi C.Marşall (George Catlett Marshall 1880 – 1959) müharibədən zərər çəkmiş ölkələrə yardım edilməsi haqqında proqramla çıxış edir. Tarixə “Marşall planı” adı ilə daxil olan program rəsmən “Avropanın bərpası programı” (European Recovery Program) adlanırdı. Lakin, sovet rəhbərliyi həmin yardımdan imtina edir və eyni zamanda, nəzarətində olan şərqi avropa ölkələrini də məcbur edir ki, həmin proqrama qoşulmasınlar. Sovet işğalı altında olan şərqi avropa ölkələrindən fərqli olaraq, qərbi avropa ölkələri həmin proqramda iştirak etməyə qərar verdilər.

Sovet ittifaqı “Marşall planı” na ABŞ ekspansiyası kimi yanaşır və bunun qarşısını almaq üçün, Almaniya ərazisinə özünün qərb sərhədlərinin təhlükəsizliyini təmin edən “bufer zonası” kimi yanaşırdı. Eyni zamanda , Stalin Berlin şəhərini vahid administrativ mərkəzdə birləşdirmək niyyətində idi. Lakin, qərbi Berlində müttəfiq qoşunların mövcudluğu buna imkan vermirdi. Bununla yanaşı, qərb işğal zonasında yeni dövlətin yaranması rəsmi Moskvanın strateji niyyətləri ilə zidiyyət təşkil edirdi. Qərbi Almaniyanın “Marşall planı”da iştirakının qarşısını almaq üçün Stalin 1948- ci iyunun 23 -də qərbi Berlinə gedən bütün kommunikasiya xəttlərinin kəsilməsi haqqında göstəriş verir. Həmin ərazi sovet işğal zonasında “anklav” olduğundan sovet rəhbərliyi belə fikirləşirdi ki, blokada vassitəsilə sosial vəziyyəti gərginləşdirəcək və qərbi Berlin əhalisi kütləvi şəkildə şərqi Berlinə birləşmək tələbi ilə çıxış edəcək. Qərbi Berlin meri E.Royter çıxış edərək dunya ictimaiyyətini Qərbi Berlini müdafiə etməyə çağırır. Onun , “ Biz Berlini təslim etməyəcəyik !” şüarı müttəfiqlərin əsas şüarına çevrilir.Lakin, müttəfiqlər qərbi Berlinə “hava körpüsü” yaratmaqla vəziyyətdən çıxış yolunu tapa bildilər.

Orta hesabla hər bir dəqiqə ərzində müttəfiqlər qərbi Berlinə zəruri ərzaq məhsulları və yanacaqla dolu təyyarə uçuşları təşkil etdilər. Blokadada olan Berlinə uçuş edən təyyarəçilər eyni zamanda, uşaqlar üçün içində kişmiş, konfet və oyuncaq olan kiçik bağlamalar hazırlayaraq havadan yerə atırdılar. Bu, sanki balaca bombardmanı xatırlatdığı üçün xalq arasında bunu “Kişmiş bombardmanı” (Rosinenbomber) adlandırırdılar. Sonda, blokadanın effektsizliyini başa düşən sovet rəhbərliyi 1949 cu ilin mayında blokadanı aradan qaldırmağa məcbur olur.Berlin blokadası qərbi Almaniyada ayrıca alman dövlətinin yaranma prossesini daha da sürətləndirdi.Beləliklə, 1949 -cu ilin mayında qərbi Almaniyada yeni alman dövləti –paytaxtı Bonn şəhəri olmaqla Almaniya Federativ Respublukasının yarandığı elan edilir. Buna cavab olaraq isə, oktyabr ayında sovet işğal zonasında Almaniya Demokratik Respublikası yaradılır. Almaniya ərazisində iki müxtəlif dövlət yaransa da, hər iki tərəf yalnız özünü vahid alman xalqının iradəsini ifadə edən hakimiyyət kimi təqdim edirdi.

1953- cü il iyunun 16 – da ADR də iş saatının uzadılması, əmək haqlarının aşağı səviyyədə olması və müəyyən imtiyazların ləğv edilməsinə etiraz olaraq kütləvi etiraz mitinqləri və tətillər başlayır. Növbəti gün isə, etirazçılar hökumətin istefasını və vahid Almaniyanın yaradılması şüarları ilə mitinqlər təşkil edirlər. Həmin etiraz mitinqlərinə SSRİ Daxili işlər naziri L.Beriyanın rəhbərliyi ilə sovet qoşunlarının müdaxiləsi kütləvi iğtişaşlara və çoxlu sayda insan ölümünə səbəb olur.

Federativ Almaniyadan fərqli olaraq, Demokratik Almaniyada əhalinin sosial vəziyyətinin aşağı səviyyəsi və azadlıqların olmaması daim şərqi Almaniyadan insanların kütləvi şəkildə qərbi Berlinə və AFR qaçmaları ilə müşahidə olunurdu. Xüsusilə də, gənclərin kütləvi şəkildə qərbi Berlinə qaçmaları ciddi problemə çevrilmişdi. Həmin prossesin qarşısını almaq üçün 1961 ci il avqustun 12 – dən 13 keçən gecə 160 km uzunluğunda qərbi Berlinlə şərqi Berlin arasında divar tikirlir.




Yüklə 58,52 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin