Almaiyanın bölünməsi və birləşməsi



Yüklə 58,52 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü58,52 Kb.
#39398
1   2
Almaiyanın bölünməsi və birləşməsi

Almaniyanın birləşmə istiqamətində cəhdləri

Almaniya iki dövlətə parçalanmasına baxmayaraq, daim birləşmə istiqamətində müxtəlif cəhdlər edilib. Bu baxımdan, kansler V. Barndtın ( əsl adı: Herbert Ernest Karl Frahm1913 – 1992) fəaliyyəti diqqəti cəlb edir.

Məhz, kansler Brandtın “Yeni Şərq siyasəti” iki alman dövləti arasında münasibətlərin yaranmasına və qarşılıqlı dialoqların başlanmasına şərait yaratmışdır. 1971 -ci ilin dekabrında AFR ilə ADR arasında iki ölkə arasında əlaqələrin əsaslarına dair müqavilə imzalanır. Müqaviləyə əsasən, tərəflər vahid almaniya dövlətini təmsil etmələri haqqında iddialardan qarşılıqlı olaraq imtina edirlər. Lakin, ikitərəfli əlaqələr səfirliklər səviyyəsində deyil, daimi nümayəndəlik statusunda yaradılır.1973 -cü ildə isə, hər iki alman dövləti eyni gündə BMT üzv qəbul edilir.

Soyuq müharibə dövründə “Berlin divarı” (Berliner Mauer) və “Almaniya məsələsi” qarşı – qarşıya dayanmış iki sistem arasında əsas prinsipial məsələlərdən biri idi. Daha dəqiq desək-, bu məsələ soyuq müharibə dövrünün ön cəbhəsi hesab olunurdu.

1981- ci ildə ADR iqtisadi vəziyyət kəskin şəkildə pisləşir. Vəziyyətin normallaşdırılması üçün alman rəhbərliyi SSRİ yə yardım barədə müraciət edir. Lakin, həmin dövrdə Sovet İttifaqında da iqtisadi vəziyyətin pisləşməsi bu cür yardımın edilməsini mümkünsüz edir. Beləliklə, ADR bir dövlət kimi defolt təhlükəsi ilə üz – üzə qalır.

Yaranmış vəziyyətdən istifadə edən kansler H. Şmidt hökuməti (1974 – 1982) rəsmi Berlinlə əlaqəyə girir və İsveçrənin Zürix şəhərində ikitərəfli gizlin danışıqlar başlanır. “Zürix modeli”nə əsasən, birgə alman bankı yaradılması nəzərdə tutulurdu. AFR həmin bank vassitəsilə 20 il müddətinə ADR ə kredit verir və bunun müqabilində ADR rəhbərliyi vətəndaşlara xaricə getmək üçün icazə verməsinə dair yaş senzini aşağı endirməli idi. (Həmin dövrdə ADR də 65 yaşından aşağı vətəndaşlara xaricə getmək icazəsi verilmirdi). Lakin, 1982- ci ildə H.Şmidt hökuməti istefaya gedir.

Hakimiyyətə gəlmiş H. Kol hökuməti (1982 – 1998) Zürix danışıqlarını davam etdirir. Lakin, danışıqların uğurla nəticələnməsi üçün ciddi maneə mövcud idi. Belə ki, ADR rəhbərliyi vətəndaşların xaricə getməsinə icazə verilməsinə dair yaş senzinin aşağı endirilməsi haqqında yazılı öhdəlik götürmək istəmirdi. Yaranmış qeyri – müəyyən vəziyyət uzun müddət davam edir. Nəhayət,kansler H.Kolun siyasi rəqibi olan Bavariya torpağının baş naziri F. Ştrauss (Franz Josef Schtrauss 1915 – 1988) yaranmış vəziyyətdən istifadə etmək qərarına gəlir və 1988 ci ilin yazında ADR səfər edərək baş katib E. Honekker (Erich Honecker 1912 – 1994) ilə görüşür.Görüş zamanı, Ştrauss ADR hökumətinə 2 milyard mark kredit verilməsi müqavilində E.Honekkerdən yaş senzinin aşağı salınması haqqında şifahi razılıq alır. Doğurdanda Honekker verdiyi sözə əməl edərək yaş senzini aşağı endirir. Məhz, Ştraussun qələbəsi gələcəkdə alman məsələsinin müsbət həll edilməsində əvəzsiz rol oynayır. Siyasi rəqibin təşəbbüsü ələ keçirməsindən ehtiyat edən kansler Kol “Alman məsələsi” də xüsusi fəaliyyətə keçir. O, 1988 -ci ilin oktyabrında sovet lideri M.Qorbaçovla görüş zamanı ilk dəfə olaraq rəsmi şəkildə “Alman məsələsi” ni qaldırır. Beləliklə, qarşısı alınmaz prossesə rəsmi start verilir.

Həmin dövrdə SSRİ -də başlanmış “Yenidənqurma və aşkarlıq” prossesi Şərqi avropanın sosialist ölkələrinə də, ciddi təsir göstərməyə başlamışdır. Bu ölkələrdə kommunist partiyalarının cəmiyyət üzərində təsiri zəifləmiş və demokratikləşmə prosesi gedirdi.Xüsusilə də, 1989 -cu il sentyabrın 10 -unda Macarıstan hökumətinin Avstriya ilə olan sərhədlərinin açılması haqqında qərar qəbul etməsi ADR vətəndaşları üçün böyük imkan yartdı. Belə ki, Macarıstana gələn Şərqi almaniya vətəndaşları kütləvi şəkildə Avstriyaya gələrək oradan da AFR gedirdilər. Rəsmi Bonn şərqdən gələn almanlara tez bir zamanda passport verir, evlə və işlə təmin edirdi. Eyni zamanda, yeni gəlmiş almanlar rəsmi olaraq köçkün kimi deyil, yaşayış yerini dəyişmiş alman vətəndaşları kimi qeydə alınırdılar. Məlumatlara görə 1949 -cu ildən 1990- cı ilədək ADR 3 mil 800 min insan tərk etmişdir.

Təbii ki, ADR də demokratik islahatlar tələbi ilə kütləvi etiraz mitinqləri genişlənmişdir. Xüsusilə də, həftənin cümə günləri təşkil edilən mitinqlər daha populyar idi. Mitinqlərdə isə əsasən “demokratiya və vahid almaniya ” şüarları səsləndirilirdi. Artıq başda E.Honekker olmaqla, hakim sosialst partiyası da, cəmiyyətdə mövqelərini hiss olunacaq dərəcədə sürətlə itirməkdə idi.

Prosseslərin vahid almaniya dövlətinin yaradılmasına doğru getdiyini görən Fransa prossesləri ciddi narahatçılıqla izləyirdi. Hətda 1989- cu ilin iyulunda Parisdə Qorbaçovla görüşən prezident F.Mitterran (François Mauerice Adrien Marie Mitterrand 1916 – 1996) Honekkerə dəstək vermək üçün birgə Berlinə getməyi təklif edir. Cavabında isə Qorbaçov “Siz isteyirsiz gedin. Biz sizin əvəzinizə çirkli paltarları yumaq fikrində deyilik” deyərək təklifi rədd etmişdir. Lakin, iki aydan sonra 1989- cu il oktyabrın əvvələrində Qorbaçov ADR yaranmasının 40 illiyi münasibəti ilə təşkil edilmiş rəsmi tədbirlərdə iştirak etmək üçün Berlinə gəlir. Məhz, bu səfərdən bir neçə gün sonra, oktyabrın 13 -də E.Honekker vəzifəsindən istefa verir. Oktyabrın 18 -də E. Krenç (Egon Krenz) başda olmaqla Almaniya Vahid Sosialist Partiyasının (AVSP) yeni rəhbərliyi seçilir.

Yeni partiya rəhbərliyi ölkədə liberal islahatlara başlayır. 1989 -cu uk noyabrın 9 -da AVSPsiyasi bürosunun üzvü H. Şabovski ( Günter Schabowski ) axşam saat 18.00 -da mətbuat konfransı keçirir. Konfrans zamanı o, jurnalistlərin ADR vətəndaşlarının xaricə maneəsiz gediş – gəlişi haqqında hər hansı qərarın olub olmaması haqqında sualına qeyri – müəyyən cavab verir. Daha dəqiq desək o, keçirdiyi mətbuat konfransında bildirir ki yeni qanun layihəsində qərbi Berlinə və AFR getmə qaydalarının sadələşdirilməsi nəzərdə tutulub. Eyni zamanda, ADR vətəndaşları 30 gün müddətinə AFR də vizasiz qalmaq hüququna malik olacaqlar. Məhz, həmin mətbuat konfransından sonra minlərlə berlinli “Berlin divarı” yanına toplaşır və sərhəd keçid məntəqələrinin açılmasını tələb edirlər. Sərhədçilərlə əhali arasında gərginlik yaranır. Nəhayət, axşam saat 21.30- da ADR in sərhəd buraxılış məntəqəsinin rəisi buraxılış məntəqələrinin açılması haqqında telefonla əmr alır və sərhədlər açılır. (Hələ bu gündə həmin əmrin kim tərəfindən verildiyi sirr olaraq qalır).

Hər iki tərəfə sərbəst hərəkət etmək imkanı ələdə edən berlinlilər bu hadisəni böyük təntənə ilə qeyd edirlər. Sadə insanlar evlərindən gətirdikləri alətlərlə Berlin divarını sökməyə başlayırlar. Bu hadisə, dünyanın aparıçı tele kanalları tərəfindən birbaşa yayımlanır.

Həmin dövrdə ABŞ dövlət katibi olmuş J.Beyker (James Addison Baker) sonralar bu hadisəni belə xatırlayır: “Mən Berlindəki hadisələr barədə gecə telefonla məlumat aldım və prezident C.Buşun yanına getdim (George Herbert Walker Bush). Prezident gəldi və biz birlikdə CNN kanalından Berlin divarlarının necə sökülməsinə baxdıq”.

“Berlin divarı”nın söküləmsi və Sovet İttifaqının bunun qarşısını almağa hər hansı bir cəhd etməməsi rəsmi Vaşınqton və Bonn üçün əhəmiyyətli “işarə” idi. Bunu çox gözəl başa düşən kansler H.Kol təşəbbüsü ələ almağa başlayır.

Hadisələrin sonrakı inkişafı göstərir ki , qalib dövlətlərdən iksi – Fransa və Britaniya – Almaniyanın birləşməsi prossesinə hazır deyildilər. Parisdə və Londonda belə bir fikir formalaşmışdır ki, əgər iki alman dövləti birləşməyə cəhd etsələrdə SSRİ buna imkan verməyəcək. Digər qalib ölkə ABŞ isə, vahid Almaniya prossesini daim müdafiə edib. SSRİ isə həmin dövrdə üzləşdiyi böhranla əlaqədar olaraq hadiələrin arxasınca getməyə məcbur olub.

1989- cu il noyabrın əvəllərində sovet jurnalisti N. Portuqalov Bonna gələrək kansler H.Kolun beynəlxalq məsələlər üzrə müşaviri H. Telçikə zəng edərək onunla görüşür. İxtisasca almanşunast olan Portuqalov rəsmi Kremlin əsas adamlarından biri kimi tanınırdı. Görüş zamanı Portuqalov Sov KP.MK Beynəlxalq əlaqələr şöbəsinin direktoru V.Falinin əllə yazdığı qeyri – rəsmi məktubu Telçikə verir. Məktubda sual olunurdu ki, AFR almaniyanın birləşməsini istəyirmi ?. Əgər istəyirsə, SSRİ ilə qapalı danışıqlara başlamaq təklif olunurdu.

Həmin məktubdan dərhal sonra kansler Kol Almaniyanın birləşməsinə dair 10 maddəlik planla çıxış edir. Həmin plana əsasən, Almaniyanın konfederativ əsaslarla birləşdirilməsi nəzərdə tutulurdu.

Təbii ki, vahid Almaniyanın yardılması prossesində SSRİ- nin mövqeyi vacib şərtlərdən biri idi. Bunu başa düşən H.Kol hökuməti rəsmi Moskva ilə xüsusi əlaqələr yaratmışdı. Xüsusilə də, M.Qorbaçovla şəxsi əlaqələrə böyük əhəmiyyət verilirdi. Çünki, Qorbaçovla siyasi mübarizə aparan B.Yeltsinin vahid alman məsləsinə münasibəti məlum deyildi. Bundan başqa, SSRİ də revanşistlərin yenidən baş qaldırması vahid Almaniya məsələsini sonu məlum olmayan müddətədək təxirə sala bilrədi. Elə buna göre də, AFR hökuməti hər vassitə ilə M.Qorbaçovu müdafiə edir və hətda lazım gəldikdə birbaşa yardımlarda göstərirdi. Məs: 1989 -cu ilin sonu 1990-cı ilin əvəllərində SSRİ də kəskin ərzaq qıtlığı yaranmışdı. 1990- cı ilin yanvarında SSRİ nin AFR dəki səfiri Y. Kviçinski təcili olaraq H.Telçiklə görüşür. Görüş zamanı Telçikin biz sizə nə ilə kömək edə bilərik sualına səfir belə cavab verir “ət və yağ”. Mehz həmin görüşdən dərhal sonra AFR SSRİ yə 240 mil mark həcmində ərzaq məhsulları göndərir. 1990 -cı ilin fevralında NATO və Varşava Müqaviləsi Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin Ottavada “açıq səma” konfransı keçirilir. Konfransda eyni zamanda, Almaniyanın birləşməsi prossesinə başlamaq üçün “2+4” formatının yaradılması haqqında razılıq əldə edilir. AFR xarici işlər naziri H-D. Genşer (Hans – Dietich Genscher)SSRİ xarici işlər naziri E.Şevardnadzeyə şifahi formada gələcək vahid Almaniyanın NATO ya üzv olmayacağı barədə zəmanət verir.

“2+4” formatı əsasında ilk görüş 1990-cı il mayın 5 -də Bonnda keçirilir. Elə həmin ayın 18- də Federativ Almaniya ile Demokratik Almaniya arasında “Valyuta, iqtisadi və sosial ittifaq haqqında” ikitərfli müqavilə imzalanır. Müqaviləyə əsasən, alman markı ADR ərazisində vahid valyuta kimi tanınır. Avqustun 3 də isə, iki alman dövləti arasında Almaniya bundestaqına vahid seçkilərin keçirilməsi haqqında razılaşma imzalanır.

Nəhayət, 1990- cı il avqustun 31- də İki alman dövləti arasında “Almaiyanın birləşdirilməsinə dair Müqavilə” imzalanır. Müqaviləyə əsasən, birləşmə prossesi 1949- cu il Federativ Almaniyası Konstitutsiyasının 23- cü maddəsinə əsasən həyata keçirilir. Bu birləşmənin oktyabrın 3- də baş tutacağı qeyd edilir.

“2+4” formatının son toplantısı 1990 -cı il sentyabrın 12 -də Moskvada baş tutur. Həmin toplantıda Almaniyanın birləşməsinin beynəlxalq aspektlərini özündə əks etdirən altı tərəfli müqavilə imzalanır.

10 maddədən ibarət olan müqvilədə əsasən aşağıdakı məsələlər əks olunur.

• Dörd qalib ölkənin Almaniya və Berlinə dair cavabdehliyi başa çatır.

• Birləşmiş Almaniya ərazisi ADR,AFR və bütövlükdə Berlini əhatə edir.

• Almaniya indi və gələcəkdə də, hər hansı bir ölkəyə qarşı ərazi iddiaları ilə çıxış etməyəcək.

Yaxın 3- 4 il ərzində Almaniya ordusunun sayı ixtisar edilərək 370.000 nəfər olacaq.

• Sovet qoşunları keçmiş ADR ərazisini 1994 -cü ilin sonunda tam tərk edəcək.

Beləliklə, XX əsrdə iki dəfə qanlı müharibələr aparmış hər dəfə də əraziləri parçalanmaya məruz qalmış Almaniya ötən əsrin son onilliyində 25 il bundan əvvəl ilk dəfə olaraq silahdan istifadə etmədən yenidən birləşməyə nail oldu.

Alman mənbələrində həmin prosses müxtəlif terminlərlə ifadə olunur: birləşmə (Vereinigimg), birləşdirmə (Wiedervereinigung), Alman birliyi (Einheit Deutschland), Alman birliyinin bərpası (Die Herstellung der staatlichen Einheit Deutschlands). Əslində, bütün terminoloji yanaşmaları doğru hesab etmək olar. Çünki, bu prosses miqyasına və əhəmiyyətinə görə yuxarıda qeyd edilən bütün terminləri özündə əks etdirən bir prosses olmuşdur.

Nəticə

Qərbi və Şərqi Almaniya arasındakı gərginlik 1970-ci illərdə Qərbi Almaniyanın kansleri Willy Brandt Almanların şərqdən qərbə köçü haqqında qanunu qəbul etdiyi zaman azalmağa başladı.



Xüsusilə 1989-cu ilin yayında Şərqi Almaniyadan Qərbi Almaniyaya miqrasiya artdı. Bu sürətlənmiş birləşmə. Nəticədə iki ölkə birləşdi. Paytaxtı Berlin idi. Birləşmədən bəri, Almaniya NATO və Avropa Birliyi daxilində mühüm rol oynamağa başladı.
Yüklə 58,52 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin