1. İdarəetməyə kibernetik yanaşma


Müəssisənin idarəetmə sisitemi və onun səviyyələri-3



Yüklə 355,95 Kb.
səhifə9/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   5   6   7   8   9   10   11   12   ...   60
esas

9. Müəssisənin idarəetmə sisitemi və onun səviyyələri-3

Müəssisənin idarəetmə sisteminin (istehsalat menecmentinin) əsas funksiyası müəyyən vaxt (adətən 1 ildən çox olmayan) ərzində istehsalat prosesinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün idarəetmə qərarlarını reallaşdırmaqdan ibarətdir. İstehsalat prosesi dedikdə əmək resurslarının və əmək vasitələrinin köməyilə müəyyən kəmiyyət göstəricilərinə malik olan konkret növ məhsulun (məhsulların) istehsalı prosesi başa düşülür.Struktur baxımdan müəssisənin idarəetmə sistemi (MİS) 3 səviyyədən ibarət olur: 1)müəssisənin bütövlükdə idarə edilməsi; 2)sexlərin idarə edilməsi; 3)texnoloji xətlərin (qurğuların) idarə edilməsi. Həll olunan məsələlərin detallaşdırılması baxımından istehsalatın menecmentində idarəetmə 3 səviyyədə aparılır: texniki-iqtisadi, operativ-istehsalat və texnoloji idarəetmə. Texniki-iqtisadi idarəetmə idarəetmə sisteminin bütün səviyyələrini əhatə edir və aşağıdakı vaxt müddətləri ərzində idarəetmə məsələlərini həll edir: il, yarım il, kvartal, iki ay, ay. Operativ-istehsalat idarəetmə də bütün səviyyələrdə aparılır, lakin məsələlərin həlli nisbətən kiçik vaxt intervalında–dekada, həftə, gün, iş növbəsi, saat-aparılır. Texnoloji idarəetmə yalnız texnoloji xətlər (qurğular) səviyyəsində real zamanda yerinə yetirilir. Həll olunan məsələlərin detallaşdırılması idarə olunan obyektlərin xüsusiyyətləri ilə bağlı olur.




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin