5. İstehsalat müəssisəsinin ümumi strukturu -2
İstehsalat korporasiyası (müəssisəsi) ayrıca istehsalat təsərrüfat vahidi olub, müəyyən plan tapşırığı əsasında sənaye məhsulu istehsal edir və istehsalat-texniki, təşkilati, iqtisadi bütövlüklə xarakterizə olunur. Sənayenin əsas həlqəsi kimi, müəssisə tamamlanmış istehsalat prosesini yerinə yetirmək üçün lazım kadrlara, material-texniki və maliyyə resurslarına malik olur. Müəssisə birbaşa və ya uyğun təşkilatlar vasitəsilə məhsulun tədarükçüləri və istehlakçıkları ilə, təmir-tikinti, nəqliyyat, elmi-tədqiqat, layihə-konstruktiv və s. təşkilatlarla hüquqi şəxs kimi təsərrüfat-maliyyə əlaqələri yaradır.
Tipindən asılı olmayaraq hər bir müəssisə təşkilati baxımdan istehsalat prosesinin müəyyən mərhələlərini yerinə yetirən bölmələrdən-əsas istehsalat və ya sexlər, köməkçi istehsalat və xidmətlər, funksional şöbələr və s.-ibarətdir
Dostları ilə paylaş: |