Dövlət imtahanı Sənayenin təşkili və idarə olunması fənninin predmeti və obyekti.
Sual 1. Fənnin predmeti istehsal münasibətləri ilə müəyyən edildiyi halda, müəssisədə istehsalın təşkili, istehsal amillərinin inkişaf səviyyəsi və əmək cisimlərinin xassələri ilə müəyyən olunur. “Sənayenin təşkili və idarə edilməsi“ fənninin öyrənmə obyekti sənaye müəssisələri və onun ayrı-ayı bölmələridir. Öyrənmə predmeti isə həmin bölmələrdə istehsal, iqtisadi və sosial münasibətlərdir. Sənayenin təşkili fənninin öyrənilməsində əsas məqsəd minimum xərclə dünya standartlarının tələblərinə cavab verən rəqabət qabiliyyətli daha çox məhsul buraxılışını təmin etməkdir.
Sənaye müəssisələrinin təşkilati strukturu.
Sual 2. Sənaye sahələrinin təsnifləşdirilməsinin əsas əlaməti onların idarə olunması və tabeçiliklərindəki forma və fərqlərindən gəlir, tabeçilik və idarəçilik əlaməti sahənin mülkiyyət formasından asılı olaraq məsuliyyətini, ünvanlılığını təyin edir, hər hansı bir sahənin sənayenin idarə olunması sistemindəki yerini aydınlaşdırmaqla sənayenin idarə edilməsinin təşkilat quruluşunu səciyyələndirir.
Sənayedə istehsal prosesinin səmərəli təşkilinin əsas prinsipləri
Sual 3. İstehsalın təşkili – konkret sosial-iqtisadi şəraitdə canlı əməyin istehsalın maddi ünsürləri ilə səmərəli əlaqələndirilməsinə yönəlmiş tədbirləri əhatə edir. İstehsalın təşkilinin əsas prinsiplərinə mütənasiblik, fasiləsizlik, paralellik, ahəngdarlıq və düzxətlilik aiddir.
Mütənasiblik prinsipi qarşılıqlı əlaqədar olan bütün istehsal həlqələrinin məhsuldarlıqları arasında müəyyən uyğunluq olmasını əks etdirir.
İstehsalın fasiləsizliyiprinsipi dedikdə, istehsal sisteminin fəaliyyət göstərməsinin fasiləsizliyi başa düşülür.
Paralellik prinsipi eyni məhsul növü istehsalı prosesinin müxtəlif mərhələlərinə, ayrı-ayrı məhsul növləri buraxılışının hissə proseslərinə, əsas və köməkçi proseslərə, hazır məhsulun komponentlərini təşkil edən yarımməhsullar istehsalının hissə proseslərinə aid olan müxtəlif işlər kompleksinin eyni zamanda yerinə yetirilməsini nəzərdə tutur.
Ahəngdarlıq prinsipi bərabər vaxt ərzində bərabər miqdarda məhsul buraxılmasında öz əksini tapır.
Düzxətlilik prinsipi – elə bir istehsalın təşkilini nəzərdə tutur ki, bu halda aralıq həlqələr aradan qaldırılır və istehsal prosesində əmək cisimlərinin ən qısa hərəkət yolu təmin edilir.
Avtomatiklik prinsipi – bütövlükdə istehsalın iqtisadi cəhətdən məqsədə uyğun avtomatlaşmasını nəzərdə tutur.
İxtisaslaşdırma prinsipi – icraçıların iş funksiyalarının ixtisaslaşdırılmasını nəzərdə tutur.