Dövlət imtahanı Sənayenin təşkili və idarə olunması


Sənaye müəssisələrinin təşkili və idarəetmənin mahiyyəti



Yüklə 185,94 Kb.
səhifə3/35
tarix18.06.2023
ölçüsü185,94 Kb.
#132224
1   2   3   4   5   6   7   8   9   ...   35
Dövlət imtahanı

Sənaye müəssisələrinin təşkili və idarəetmənin mahiyyəti.

Sual 6. İdarəetmə prosesi ilk növbədə idarəetmə sisteminin vəhdəti ilə və idarəetmə sahəsində olan əmək bölgüsü və əmək kooperasiyası ilə şərtlənir. Bu baxımdan idarəetmə prosesi müəssisənin mövcud ehtiyatlarından səmərəli istifadə etməklə bu və ya digər idarəetmə obyektinin qarşısında qoyulan məqsədlərin, vəzifələrin və funksiyaların həyata keçirilməsinə yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının təşkili məqsədi ilə qarşılıqlı əlaqədə və müəyyən ardıcıllıqla yerinə yetirilən müxtəlif xarakterli əmək və maşın əməliyyatlarının kompleksindən ibarətdir. İstehsalın idarə edilməsi prosesinin mahiyyəti idarəetmənin mürəkkəbliyindən, məqsədyönlüyündən və fasiləsizliyində, istehsala sosial-iqtisadi rəhbərlikdən, müəssisə və onun vasitələrində təşkilati-texniki rəhbərliyin xarakterindən, idarəetmə üsullarından və texnologiyasından, idarəetmə işlərindən istifadə edilən texniki vasitələrdə istifadə olunur.



  1. Sənaye sahələrinin təşkilində planlaşdırmanın mahiyyəti və prinsipləri.

Sual 7. Planlaşdırma – idarəetmə fəaliyyətinin bir növüdür, bütövlükdə təşkilati bölmələrinin müəyyən dövr ərzində fəaliyyətinin tərtib edilməsidir. Planda qoyulmuş məqsədə nail olmaq üçün lazım olan vəsaitlərin (material, əmək, maliyyə resursları) və işlərin yerinə yetirilməsi müddətini və ardıcıllığını müəyyən edən sənədlər toplusunu təşkil edir. Planlaşdırma vasitəsilə sistemin inkişaf məqsədləri və istiqamətləri müəyyən edilir, mövcud problemlərin realizə edilməsi, onların işlənib hazırlanması və sistemin inkişaf tempi müəyyən edilir.Planlaşdırmada gələcək fəaliyyətin göstəriciləri, üsulları, vasitələri və fəaliyyət müddətləri əsaslandırılır.

  1. Sənayenin təşkilində strateji planlaşdırma.

Sual 8. Müəssisə səviyyəsində strateji planlaşdırma ehtiyatlardan maksimum istifadə olunmasına imkan verir. Tapşırıqların və müqavilələrin vaxtında və tam yerinə yetirilməsi maddi ehtiyatlardan səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi üçün əmtəə - pul kateqoriyalarından tam istifadəni nəzərdə tutur. Strateji planlaşdırmada vacib məsələlərdən biri müəssisənin istehsal strategiyasının hazırlanması təşkil edir.




  1. Yüklə 185,94 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin