21.Makroiqtisadiyyatın predmeti Makroiqtisadiyyat bütovlükdə iqtisadiyyatın fəaliyyətini öyrənən bir bölmə olmaqla makroiqtisadi hadisə və prosesləri tədqiq edir və onların arasında asıllıqları və qanunauyğunluqları aşkar edir. Onun tədqiq etdiyi iqtisadi problemlər: milli hesablar sistemi, iqtisadi artım, onun amilləri və templəri, iqtisadiyyatın tsiklik inkişafı, makroiqtisadi müvazinat, məşğulluq və işsizlik, qiymətlərin ümumi səviyyəsi, maliiyə-kredit münasibətləri, dövlətin iqtisadi siyasəti, milli iqtisadiyyatın dünya təsərrüfatına inteqrasiyası, iqtisadi təhlükəsizlik və sairdir.
Belə ki, UMM və UDM-in həcmi və strukturunu, inflyasiyanın səbəblərini və tənzimlənməsi yollarını, tədiyyə balansını müəyyən edir. İqtisadi artımın mənbələrini, amillərini və həyata keçirilmə mexanizmini, milli iqtsiadiyyatın xarici iqtisadi əlaqələrini öyrənir. İqtisadi təhlükəsizliyin təmin olunması istiqamətlərini göstərir, iqtisadiyyata dövlətin müdaxiləsinin həddini, tənzimlənməsini və buna yönəldilmiş iqtisadi siyasətin mahiyyətini və s. məsələləri tədqiq və təhlil edir, iqtisadiyyatın perspektiv inkişaf istiqamətlərini əvvəldən görməyə imkan verir, gələcək iqtisadi proqnozları müəyyən edir
22. Geniş təkrar istehsalın növləri, meyarları və göstəriciləri. Təkrar istehsalın tipologiyası böyük rəngarəngliklə səciyyələnir və çoxmeyarlı xarakterlidir. Ən çox iki meyar məşhurdur:
1) Gəlirlərdən əldə olunmuş resursun istifadəsinin xarakteri;
2) istehsal amillərinin və onların fəaliyyət göstərməsinin keyfiyyət xarakteristikası.
Birinci meyara müvafiq olaraq aşağıdakı təkrar istehsal növlərini müəyyənləşdirmək olar:
sadə - istehsal prosesinin əvvəlki miqyasda təkrarlan-masıdır, çünki bütün əldə olunmuş gəlir şəxsi (son) istehlaka sərf olunur;
geniş - istehsal prosesinin daha böyük həcmdə təkrarlanmasıdır, çünki əldə olunmuş gəlirin bir qismi əlavə resursların alınmasına xərclənir ki, buna səbəb də istehsal daha geniş miqyasda bərpa olunur;
dar - gəlirin olmaması və ya bu istehsal növünün inkişaf etdirilməsinin məqsədəuyğun olmaması səbəbindən istehsal prosesinin azaldılmış həcmdə təkrarlanmasıdır.