18.Sənayedə ixtisaslaşma və kooperativləşmə. Sual 18. Sənayedə istehsalın ictimai təşkilinin mütərrəqi formalarından biri də ixtisaslaşma və bunun labüd nəticəsi olan kooperasiyalaşmadır. Sənaye sahələri üzrə ixtisaslaşma – ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədinə hər hansı bir sahənin uyğunlaşması deməkdir. Sahənin istehsal edəcəyi məhsul nomenklaturası genişlənirsə və tez-tez dəyişilirsə, belə halda həmin sahədə məhsulların istehsalı texnikası müxtəlifləşdiyindən yenisi ilə mövcud olan texnologiya arasındakı texniki fərqlər çoxalır və sahənin ixtisaslaşma səviyyəsi aşağı düşür, yəni universallaşır. Sənayedə koorperasiyalaşdırma müəyyən bir məhsulun birgə istehsalı ilə məşğul olan müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əlaqələri formasıdır.
19.Sənayedə təmərküzləşmə və kombinələşmə. Sual 19. Sənaye müəssisələrində istehsal prosesinin fasiləsiz gedişatını təmin etmək üçün hər bir iş yeri, istehsal sahəsi, zəruri miqdarda, çeşiddə və keyfiyyətdə istehsal vasitələri ilə təmin olunmalıdır. Özü də bu proses daima təkrarlanmalıdır. Müəssisə bu prosesin fasiləsizliyini təmin etmək üçün hazırladığı məhsulların müəyyən bir hissəsini istehsal vasitələrinə və ya yeni istehsal ünsürlərinə çevirməlidir. Bazar iqtisadiyyatı şəraitində müəssisə miqyasında maddi – texniki təchizat dedikdə, onun iqtisadiyyatının normal inkişafını təmin etmək məqsədi ilə istehsal vasitələrinin istehsalçı müəssisələrdən istehlakçı müəssisələrə çatdırılmasının səmərəli təşkili prosesi nəzərdə tutulur. Maddi – texniki təchizat ilə satış prosesinin fərqi ondan ibarətdir ki, təchizat prosesi istehsal vasitələrini istehlak edən müəssisələrlə, satış isə onları istehsal edən müəssisələrlə əlaqədardır. Təkrar istehsal dedikdə,istehsal prosesinin fasiləsiz olaraq yenidən başlanması, daim təkrarlanması prosesi başa düşülür.
20.Dövlət sənaye siyasəti və onun tənzimlənməsində dövlət proqramlarının əhəmiyyəti.
SUAL 20. Ölkənin milli iqtisadiyyatının inkişafının kеçid dövründəki şəraitinə nəzərən, iqtisadiyyatın dövlət tənzimlənməsinə iki istiqamətdə baхmaq olar ki, burada istifadə olunan mеtodlar bir-birindən fərqlənir. Birinci istiqamətdə dövlətin iqtisadiyyata müdaхiləsi maliyyə, krеdit alətləri vasitəsilə həyata kеçirilir, dövlətin müdaхiləsi məhduddur.Ümumi mеtodlara təfəkkür mеtodları, sistеm mеtodları, ictimai təkrar istеhsal nəzəriyyəsi aiddir. Sosial-iqtisadi inkişafın dövlət tənzimlənməsində təsadüfi, qеyri-tipik istisna təşkil еdən mеtodlardan da gеniş istifadə olunur. Bunlar statistik və iqtisadi-riyazi mеtodlardan ibarətdir. İkinci istiqamət – iqtisadiyyatda dövlətin aktiv iştirakıdır. Dövlət məqsədyönlü struktur dəyişikliyi aparır, invеstisiya, sosial siyasət həyata kеçirir, yanacaq-еnеrji rеsurslarına və zəruri istеhlak məhsullarına qiymətləri tənzimləyir.
Makro İqtisadiyyat