Sənayenin təşkili və idarə edilməsi sahəsində biznes – planın əhəmiyyəti, məqsəd və vəzifələri.
Sual 9. Sənayenin təşkili və idarə edilməsində biznes-plan müəssisə daxili planlaşdırmanı özündə əks etirən sənəddir. Biznes-plan müəssisənin istehsal və kommersiya fəaliyyətinin planlaşdırılmasını xarakterizə edir. Bazar münasibətlərinə uyğunlaşdırılmış biznes-plan texniki - sənaye - maliyyə planının vəhdətidir. Biznes-plan özündə həm operativ planlaşmanı, həm də strateji məqsədləri əks etdirir. Müəssisənin cari fəaliyyətini əks etdirən biznes-planın əsası 3 hissədən ibarət olur: marketinq və istehsal bölmələri; maliyyə informasiyası; təşkilati-hüquqi təminat. Marketinq planı yeni biznes üçün bazar tədqiqatlarının nəticələrini göstərir, istehlakçının profilini, rəqiblərin güclü və zəif tərəflərini, bazarın coğrafi və digər amillərini qiymətləndirir. Burada biznes - planın əsasını təşkil edən marketinq tədqiqatlarının nəticələri əks etdirilir.
Sənayenin təşkili və idarə edilməsində informasiya təminatı.
Sual 10. İnformasiya – ətraf mühitdən alınan məlumatlardır. İstehsalın inkişafı və cəmiyyətin inkişaf tempinin sürətlənməsi nəticəsində informasiya əmtəənin xüsusiyyətlərini əldə etmiş və bazar əlaqələrinin əsas obyektinə çerilmişdir. Material istehsalı texnologiyasında məqsəd insanın və ya sistemin tələblərinə cavab verən məhsulun istehsalıdır. İnformasiya texnologiyasında isə məqsəd insan tərəfındən təhlil edilmək və onun əsasında qərar qəbul etmək üçün informasiya istehsalıdır.
İnformasiya texnologiyaları və informasiya prosesi.
Sual 11. İnformasiya texnologiyası verilənlər üzərində əməllərin, əməliyyatların, mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan ibarət olan prosesdir. İnformasiya texnologiyasının əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır. İnformasiya texnologiyası - verilənlərin toplanması, ötürülməsi və emalı üçün metod və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir. Müasir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticəvi informasiyanın keyfiyyətinə ciddi təsir etmiş fərdi kompüter hesab olunur.