Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 84,5 Kb.
tarix21.01.2017
ölçüsü84,5 Kb.
#5857
АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТ

Сосиал елмляр вя психолоэийа факцлтяси

Психолоэийа кафедрасы

Сосиал елмляр вя психолоэийа факцлтясинин Елми

Шурасында тясдиг едилмишдир (02 октйабр 2012-ъи ил 1 сайлы протокол)
6116.01 – Тибби психолоэийа

Докторантурайа гябул

Программы


БАКЫ – 2012

Тяртиб едян: проф.Е.И.Шяфийева

Елми редактору: АМЕА-нын мцхбир цзвц, проф.Б.Щ.Ялийев

İZAHAT VƏRƏQƏSİ

Tibbi praktikanın psixologiya elmi ilə əlaqələrinin genişlənməsi nəticəsində tibbi psixologiya bir elm sahəsi kimi formalaşdı. Artıq müasir tibbi psixologiya həm nəzəri biliklərlə, həm də tibbi praktikanın geniş materialları ilə zəngin elm sahəsi kimi fəaliyyət göstərir. Psixoatriyada, nevrologiyada, neyrocərrahiyyədə somatik xəstəliklərin klinikasında aşkar olunan psixi fəaliyyətin patolgiyasını tibbi psixoloqlar tədqiq etməklə, onların diaqnostikası, reabilitasiyası, korreksiyası sahəsində böyük nailiyyətlər əldə etmişlər.

Tibbi psixologiya sahəsində olan həm nəzəri, həm də praktik biliklərin magistrlara çatdırılması üçün proqramların, dərs vəsaitlərinin, metodikalarının nəşri vacibdir.

Təqdim olunan proqram tibbi psixologiya sahəsində magistrlər üçün Azərbaycan dilində tərtib olunmuş ilk tədris materialıdır. Heç şübhəsiz ki, bu proqram tibbi psixologiya sahəsində mütəxəssis kimi formalaşmaq arzusu olan hər bir şəxs üçün çox faydalı bələdçi ola bilər. Burada müasir tibbi psixologiyanın bütün əsas bölmələri, nəzəri və praktik problemləri ifadə edən mövzular bloku verilmişdir.

Proqram altı hissədən ibarətdir.

Birinci bölmədə tibbi psixologiyanın yaranma tarixi, strukturu, prdmeti, vəzifələri açıqlanmışdır. Tibbi psixologiyanın əsas nəzəri problemləri kimi sağlamlıq və xəstəliyin psixoloji aspektləri, normada bir etalon kimi psixikanın inkişafı, patologiyanın diaqnostikasında onun əhəmiyyəti vurğulanmışdır.

İkinci hissədə psixi fəaliyyətin pozulmasının patopsixoloji tədqiqi açıqlanmışdır. Psixiatriyada xəstələrin patopsixoloji diaqnostikası zamanı psixi proseslərin, halətlərin şəxsiyyətin pozulmasında olan qanunauyğunluqlar əks etdirilmişdir.

Üçüncü hissədə psixi fəaliyyətin pozulmasının neyropsixoloji tədqiqi sahəsində mövcud olan nəzəri və tibbi biliklər açıqlanmışdır. Somatik təbabətin tibbi-psixoloji problemlərinə həsr olunmuş dördüncü hissədə daxili orqanların müxtəlif xəstəlikləri olan xəstənin psixoloji xüsusiyyətlərinin patoloji dəyişməsinə diqqət yetirilmişdir.

Tibbi psixologiyanın yaş problemləri beşinci hissədə verilmişdir. Burada uşaqlarda anomal psixi inkişafın növlərilə bərabər, involyusiya dövrünü əhatə edən ahıl və qocaların psixoloji xüsusiyyətlərinin dəyişməsi öz əksini tapmışdır.

Altıncı hissə psixoterapiyanın və reabilitasiyanın, psixoprofilaktika və tibbi deontologiyanın əsaslarına həsr olunmuşdur. Psixoterapevtik təsir metodlarına reabilitasiya üsullarına istinad etməklə, müalicənin əsasları işıqlandırılmışdır. Tibbi psixologiya ixtisasında magistrlar hər iki dildə təhsil aldığından proqram Azərbaycan və rus dillərində tərtib olunmuşdur.



I HİSSƏ

1. Tibbi psixologiyanın yaranma tarixi, strukturu və müasir dövrdə inkişaf qanunauyğunluqları.


«Tibbi psixologiya» anlayışı. Tibbi psixologiyanın psixologiya elminin bir sahəsi kimi yaranma tarixi. Tibbi psixologiyanın intensiv inkişafına təsir edən amillər. Tibbi psixologiyanın strukturu və onun əsas sahələri. «neyropsixologiya», «patopsixologiya», «psixosomatik xəstəliklər», «psixoterapiya», «psixoprofilaktika», «tibbi deontologiya» tibbi psixologiyanın struktur elementləri kimi.
2. Tibbi psixologiyanın mövzusu və vəzifələri.
Psixologiyanın tibblə əlaqələrinin tipi və xarakteri. Şəxsiyyətin pozulmasının və xəstəlik zamanı psixi dəyişikliyin psixoloji metodlarla tədqiqi.

Nevroloji, ruhi və somatik xəstəliklər klinikasında tibbi psixologiyanın praktik vəzifələri. Xəstənin eksperimental-psixoloji metodlarla tədqiqi. Metodların təsnifatı, onların rolu və tətbiqi prinsipıəri. Psixoterapiyada və bərpa işi təcrübəsində psixoloji vəzifələr.


3. Tibbi psixologiyanın əsas nəzəri problemləri.
a) sağlamlıq və xəstəliyin psixoloji aspektləri.

Psixologiyada və tibbdə «norma» anlayışı. Xəstənin psixologiyası. Ruhi, somatik, nevroloji və sərhəd hallarının profilaktikasının psixoloji aspektləri. Tibbi deontologiyanın psixoloji aspektləri.

b) Xəstəliyin yaranmasının, gedişinin, müalicəsinin və profilaktikasının psixoloji amilləri.

Psixoloji amillərin aşkar edilməsi, analizi və sistemləşməsi. Psixi hadisələrin sistem-struktur analizi. Psixi proseslərin təşkilinin səviyyələri. Xəstəliyin genezisində şüur və şüuraltı səviyyələrin rolu. Psixoterapiya və bərpa işinin psixoloji aspektləri. Ali psixi funksiyaların bərpasının nəzəri əsasları və bərpaedici təlimin prinsipləri.

c) Psixi fəaliyyətin beyində təşkilinin əsas prinsipləri. Dinamik məhdudlaşma və funksional sistem nəzəriyyələri. Psixi funksiya və funksional sistem. Psixi fəaliyyətin beyində əsasını öyrənən sistemli – informasiya yanaşma tərzi. Baş beyin yarımkürələrinin birgə işi problemi. Beyin dominantlığı və yarımkürələrarası münasibət. Dominant və subdominant yarımkürələr. İnsan beyninin sol və sağ yarımkürələrinin funksiyaları.

4. Normada və patologiyada psixikanın inkişafı.


Psixikanın inkişafını müəyyənləşdirən amillər. Psixikanın inkişafı və pozulması problemi. İnkişafda «birinci» və «ikinci» dərəcəli qüsurlar. Ali psixi funksiyaların pozulmasında yaş amilinin rolu. Psixi inkişafdan qalmanın əsas növlərinin xarakteriztikası (oliqofreniya, psixopatiya və s.). psixikanın inkişafına təsir edən bioloji və sosial amillərin qarşılıqlı təsirinin öyrənilməsində tibbi psixologiyanın imkanları.

5. Psixologiyada şəxsiyyət anlayışı və onun tibbi psixologiya üçün mənasının xarakteriztikası


Psixologiyada şəxsiyyətin tədqiqinin əsas istiqamətləri. Psixoanaliz, eksiztensializm, humanizm və s. nəzəriyyələrin analizi. Şəxsiyyət və fəaliyyət. Şəxsiyyət insanın münasibətlər sistemi kimi. Xəstəliyin genezində, onunla mübarizədə, onun profilaktikası və müalicəsi zamanı şəxsiyyət amilinin rolu. Şəxsiyyətin patoloji dəyişməsi. Şəxsiyyətin motivasiya sferasının pozulması. «Xəstəliyin daxili təzahürü» problemi. Qüsurun kompensasiyası problemi və psixoloji müdafiə mexanizmlərinin funksiyaları.

Şəxsiyyətin tədqiqi metodları, onların əsas tipləri. Şəxsiyyətin tədqiqi metodlarının düzgünlüyü və etibarlılığı problemi.


II HİSSƏ. PSİXİ FƏALİYYƏTİN POZULMASININ PATOPSİXOLOJİ TƏDQİQİ
1. İdrak fəaliyyətinin patopsixoloji tədqiqinin ümumi psixologiyada rolu.

Patopsixoloji eksperimentin aparılma prinsipləri. Idrak fəaliyyətinin pozulmasını tədqiq edən test metodları. Eksperimental göstəricilərin kəmiyyət və keyfiyyətcə analizi problemi. Öyrədici eksperiment prinsipi.

2. Qavramanın və diqqətin pozulması.

Xülya və qarabasmanın tibbi-psixoloji analizi. Diqqətliliyinin pozulması, sinir – psixi göstəricilərin müxtəlif formaları zamanı diqqətin sabitliyinin və ayrı istiqamətə keçməsinin pozulması. Qavrama və diqqətin motivasiya komponentinin pozulması. Diqqətin pozulmasının tədqiqat metodları.

3. Hafizənin pozulması.

Müxtəlif əsəbi-psixi xəstəliklər zamanı hafizənin pozulması. Amneziya və onun növləri. Mnestik fəaliyyətdə beyinin müxtəlif strukturlarının rolu. Hafizə və şüur. Hafizə və intellekt. Hafizə və şəxsiyyət. Nevroloji və psixiatriya klinikalarında hafizənin pozulmasının tədqiqat metodları.

4. Təfəkkürün pozulması.

Təfəkkür və onun inkişaf qanunauyğunluqları. Müxtəlif növ əsəbi-psixi xəstəliklər zamanı təfəkkürün pozulması problemi. Şizofreniya xəstəliyi zamanı təfəkkürün pozulması problemi. Təfəkkürün pozulmasının tədqiqat metodları və onların differensial – diaqnostik əhəmiyyəti.

5. Emosiya və iradənin patopsixoloji əyilməsi.

Emosiya və stress, emosiyaların psixfizioloji mexanizmləri. Emosional reaksiyalar, halətlər, münasibətlər və onların pozulması. Endogen psixozlar və sərhəd hallar zamanı emosioanl pozuntular. Mərkəzi sinir sisteminin üzvi zədəsi zamanıaffektiv pozuntular. Şok reaksiyalar, kəskin affektlər, patoloji və fizioloji affektlər haqqında anlayış. Müxtəlif xəstəliklər zamanı emosional ekspressiya və impressiyanın xüsusiyyətləri. İradə və onun pozulması, nitq və hərəkətlərə təşəbbüsetmə meylinin dəyişməsi. Emosional – iradi pozulmaların beyin mexanizmləri.

6. Şəxsiyyətin pozulması.

Şəxsiyyətin pozulmasının patopsixoloji analizinin prinsipləri. Müxtəlif xəstəliklər zamanı motivlərin ardıcıllığının və vasitəliliyinin pozulması. Məna əmələgəlmə prosesinin pozulması. Davranışa nəzarətin pozulması. Psixi xəstəliklər zamanı formalaşan patoloji tələbatların analizi. Şəxsiyyətin pozulmasının patopsixoloji metodlarla analizi.


III HİSSƏ. PSİXİ FƏALİYYƏTİN POZULMASININ NEYROPSİXOLOJİ TƏDQİQİ
1. Ümumpsixoloji problemlərin həllində neyrofizioloji tədqiqatların tətbiqi. A.R.Luriyanın ali psixi funksiyaların sistemli təşkili təlimi. Beyinin üç əsas bloku. Beyin strukturlarının horizontal və vertikal təşkili. Yarımkürələrarası asimmetriya və yarımkürələrarası qarşılıqlı təsir problemi. Beyinin lokal zədəsi zamanı neyrofizioloji və neyropsixoloji analiz. Ümumi, lokal və qeyri-spesifik aktivlik. Ali psixi funksiyaların pozulmasının neyrofarmokoloji aspektdə tədqiqi.

2. Neyropsixoloji diaqnostikada sindrom analizi prinsipi. Beyinin alın payının zədəsi zamanı ali psixi funksiyaların pozulması. Alın sindromunun variantları. Beyinin ənsə - təpə payının zədəsi zamanı ali psixi funksiyaların pozulması. Beyinin gicgah payının zədəsi zamanı ali psixi funksiyaların pozulması. Beyinin sağ və sol yarımkürələrinin zədəsi zamanı ali psixi funksiyaların pozulması sindromu. Uşaq yaşlarında ali psixi funksiyaların pozulması sindromu.

3. İdrak və emosional proseslərin neyropsixoloji tədqiqi metodları.

4. Hərəkətlərin pozulması. Apraksiyanın növləri (dinamik, kinestetik, optik-məkan, məqsədli hərəkətlər apraksiyası). Apraksiya zamanı lokal zədə zonası.

5. Qavramanın pozulması. Görmə aqnoziyasının növləri. Eşitmə qavrayışının pozulması. Duyğu aqnoziyaları. Məkanı qavramanın pozulması. Bədənin sxemi və onun pozulması. Aqnoziyaalrın mexanimzləri haqda təsəvvürlər. Aqnoziyalar zamanı beyin zədələrinin lokal (məhdud) zonaları haqda.

6. Nitqin pozulması. Afaziyalar və onların növləri. Eskpressiv və impressiv nitqin pozulması və onların sindromları. Nitqin pozulma mexanizmlərində qnostik və somatik pozulmaların rolu. Afaziyaların tədqiqinə linqvistik yanaşma. Afaziyalar zamanı beyinin lokal zədə zonaları.

7. Aleksiya, aqrafiya, akalkuliya.

8. Mnestik proseslərin pozulması. Unutma mexanizmlərinin neyropsixoloji analizi. İxtiyari və qeyri-ixtiyari yadda saxlamanın pozulması. Qisamüddətli və uzunmüddətli yadasalmanın pozulması. Baş beyinin müxtəlif sahələrinin (alın, gicgah, təpə, ənsə paylarının səthinin və dərin strukturlarının), sol və sağ yarımkürələrinin zədəsi zamanı hafizənin pozulması sindromları. Mnestik pozulmaların neyropsixoloji mexanizmlərinin tədqiqi.

9. Təfəkkür proseslərinin pozulması. Baş beyinin sağ və sol yarımkürələrinin alın, gicgah, təpə, ənsə paylarının zədəsi zamanı təfəkkürün pozulması.

10. Beyinin lokal zədələri zamanı emosional, şəxsiyyət pozuntularının neyropsixoloji tədqiqi imkanları.

11. Pozulmuş funksiyaların bərpasının neyropsixoloji əsasları. Psixi proseslərin sistemli təşkili və funksional dəyişmələr vasitəsilə pozulmuş funksiyaların bərpası prinsipləri.

IV HİSSƏ. SOMATİK TƏBABƏTİN TİBBİ – PSİXOLOJİ PROBLEMLƏRİ

1. Psixosomatik xəstəliklər. Psixoloji amillər somatik xəstəliyin səbəbi kimi. Bu amillərin patopalstik, perseptiv, təhrikedici rolu. «Qapanmış dairə» dövrü mexanizmlərində psixi amillər. Xəstəliyin daxili aləmi problemi.

2. Ürək qan-damar sistemi xəstəlikləri zamanı xəstənin psixoloji xüsusiyyətləri.

Baş beyinin damar xəstəlikləri zamanı xəstənin psixoloji xüsusiyyətləri. İnfarkt miokard, koronar xəstəliklərin, hipertoniyanın müxtəlif mərhələlərinin psixoloji xüsusiyətləri.

3. Tənəffüs orqanlarının xəstəlikləri 9vərəm, bronxial astma, xroniki qeyri-spesifik pnevmaniya və s.) zamanı xəstələrin tibbi-psixoloji xüsusiyyətləri.

4. Mədə-bağırsaq xəstəlikləri zamanı xəstənin tibbi – psixoloji xüsusiyyətləri (mədə-bağırsaq xorası, spastik kolit, qara ciyər və öd kisəsinin xroniki xəstəlikləri).

5. İfrazat orqanlarının xəstəlikləri zamanı xəstənin tibbi-psixoloji xüsusiyyətləri. Qara ciyərində çatışmamazlıq olan xəstələrin psixoloji xüsusiyyətləri. Süni böyrəkli xəstələrin psixoloji problemləri. Böyrək daşı xəstəliyinin psixoloji aspektləri.

6. Cərrahiyyənin tibbi – psixoloji problemləri. Xəstənin cərrahi əməliyyata psixoloji hazırlığı, cərrahi əməliyyatdan sonrakı dövrün psixoloji aspektləri.

7. Görmənin, eşitmənin, ətrafların, üzün anadangəlmə və qazanılmış qüsurları olan xəstələrin psixoloji xüsusiyyətləri.

8. Onkologiyanın psixoloji problemləri. Yatrogeniya. Anozoqnoziya. Pis xassəli şişləri olan xəstələrin psixoloji xüsusiyyətləri.


V HİSSƏ. TİBBİ PSİXOLOGİYANIN YAŞ PROBLEMLƏRİ.
1. Uşaq və yeniyetmələrdə psixi pozuntuların formalaşmasında yaşın psixoloji və fizioloji xüsusiyyətlərinin rolu. Uşaq yaşlarında psixi pozulma simptomlarının xüsusiyyətləri. Somatik – vegetativ disfunksiyaların patogenetik rolu. Pis və səhv tərbiyə şəraitinin təsiri problemi. Uşaqlarda psixogen, endogen və somatik pozulmaların xüsusiyyətləri. Uşaq davranış reaksiyalarının somatik təzahürləri.

2. Uşaqlarda anomal psixi inkişaf. Erkən yaş dövründə uşaqlarda psixomotor inkişafın pozulmaları (ümumi inkişafdan qalma, əqli geriqalma). Uşaq yaşlarında əsas fəaliyyət növlərinin pozulması (ünsiyyət, oyunlar, təlim).

3. Yeniyetməlik dövrünün psixoloji xüsusiyyətləri. Yeniyetmələrdə böhranın formalaşmasında fizioloji amillərin və tərbiyə xüsusiyyətlərinin rolu. Yeniyetmələrdə psixogen və endogen pozulmaların əsas simptomları. Yeniyetməlik dövründə nevrozların əmələ gəlməsində tərbiyə istiqamətinin tipi əsas amil kimi. Yeniyetməlik dövründə psixi inkişafın pozulmasının əsas növləri. Fiziki inkişafda akselerasiya və retardasiya ilə bağlı psixi pozulmalar.

4. İnvolyusiya dövrünün tibbi – psixoloji xüsusiyyətləri. Klimaksın psixoloji xüsusiyyətləri. Ahıl yaş dövrünün və qocalığın psixologiyası.



VI HİSSƏ. PSİXOTERAPİYANIN VƏ REABİLİTASİYANIN, PSİXOPROFİLAKTİKANIN VƏ TİBBİ DEONTOLOGİYANIN ƏSASLARI.
1. Somatik, əsəbi – psixi əmələ gəlməsi və inkişafında şəxsiyyət amilinin rolu. Xarakterin aksentuasiyası və aksentuasiyalı şəxsiyyət. Şəxsiyyət tipləri və əsas psixosomatik pozuntular. Xroniki somatik xəstəliklərə şəxsiyyətin reaksiya tipləri. Kəskin sui – qəsd reaksiyaları zamanı şəxsiyyətin xüsusiyyətləri. Stress və frustrasiya anlayışları: xəstəliyin inkişafında onların rolu. Psixogeniya anlayışı. Şəxsiyyət və psixogeniyanın inkişafına onun münasibəti. Nevrozlar psixogen xəstəlik kimi. Nevrotik və psixopatik inkişaf zamanı uşaqların səhv tərbiyəsi tipləri. Psixogen psixozlar. Premorbid şəxsiyyət, psixozların formalaşmasında, gedişində referent sosial – psixoloji mühitin rolu. Xəstəliyin daxili aləmi.

2. Psixoterapiyanın psixoloji əsasları. Təlqin, inandırma. Rasional və patogenetik psixoterapiya və s. psixoterapevtik metodların psixoloji təsir mexanizmləri. “Psixoterapevtik birliklər”, “davranış psixoterapiyası” konsepsiyaları. Fərdi və qrup psixoterapiyasının psixoloji əsasları. Qrup psixoterapiyasının verbal və qeyri – verbal metodları. Reaktiv hallar zamanı psixoterapiya. Endogen psixozlar zamanı psixoterapiya. Nevrozlar zamanı qrup psixoterapiyası. Alkoqolizm zamanı qrup psixoterapiyası. Ailə psixoterapiyasının psixoloji əsasları. Nevrozlar, psixopatiyalar və endogen psixozlar zamanı ailə psixoterapiyası. “Ailə diaqnozu” və ailədə ahəngsiz (disharmonik) münasibətlərin əsas tipləri. Yeniyetmələrdə psixopatiyalar, psixopatabənzər pozuntular zamanı ailə psixoterapiyası. Psixoloji korreksiya və onun psixoterapiyadan fərqi. Endogen psixozlar xəstəsi olan ailələrlə psixokorreksiya işi. Alkoqolizm xəstəliyi olanların ailələri ilə psixokorreksiya işi. Psixoloji məsləhət praktikasında psixoloji korreksiya.

3. Реабилитасийанын психоложи ясаслары. Реабилитасийа анлайышы. Ясяби-психи хястялийи олан хястялярля реабилитасийа ишинин ясас принсипляри вя мянбяляри. Мяшьуллуг мцалиъя, ямяк терапийасы, мцщитля мцалиъя, мусиги вя инъясянятля (арттерапийа) мцалиъя вя с. мцхтялиф реабилитасийа методларынын психоложи ясаслары. Психолдожи вя сосиал реабилитасийа иши. Реабилитасийа мягсядиля тясирин дифференсиал програмынын сечилмясиндя истифадя олунан тибби-психоложи методлар вя онларын еффективлийинин гиймятляндирилмяси.

4. Тибби педагоэиканын психоложи проблемляри. Психи гцсурун биринъи вя икинъи дяряъяли симптомлары. Компенсасийа вя адаптасийа мясяляляри. «Йахын инкишаф зонасы» анлайышы. Мяктяб експертизасынын психоложи методлары вя хцсуси тялимин психоложи проблемляри (тифлопедагоэтка, сурдопедагоэика вя олигофренопедагоэика). Психи инфантилизм вя акселерасийа проблемляри.

5. Психоэиэийена вя психопрофилактиканын психоложи проблемляри. Психоэиэийена вя психопрофи­лак­тика­нын психоложи мясяляляри. Ы, ЫЫ, ЫЫЫ дяряъяли психопофилактика. Ямяйин вя тялимин психоэиэийенасы, психопрофилактикасы. Аиля вя мяишятин психоэиэийенасы психопрофилактикасы. Психоэиэийена вя психопрофилактикада тибби психолоэийанын ролу.

6. Тибби психолоэийа вя деонтолоэийа. Деонтолоэийа. Деонтолоэийа щагда цмуми анлайыш. Мцалиъя просесиндя тибб ишчисинин тактикасы. Йатроэенийалар вя онларын профилактикасы. Щяким вя хястя. Тибб баъысы вя хястя етикасы. Тибб ишчисинин мяняви симасы.


Университетин маэистратура пилляси цзря клиник психолоэийа ихтисасы цчцн нязярдя тутулмуш «Клиник психолоэийа» курсунун тяхмини тягвим-тематик планы /20 саат мцщазиря, 16 саат семинар мяшьяляси/




Мяшьялянин мювзусу

Мяшьялянин нювц

Мцщазиря

Семинар

1.

Клиник психолоэийанын йаранма тарихи, структуру, вязифяляри вя инкишаф ганунауйьунлуглары

2

2

2

Клиник психолоэийанын ясас нязяри проблемляри

2

2

3

Психи фяалиййятин позулмасынын патопсихоложи тядгиги

2

2

4

Шяхсиййятин патоложи дяйишмяси вя онун тядгиги методлары

2

2

5

Психи фяалиййятин позулмасынын нейропсихоложи тядгиги

2

2

6

Бейинин локал зядяси заманы али психи функсийаларын позулмасынын нейропсихоложи вя нейрофизиоложи анализи

2

2

7

Позулмуш функсийаларын бярпасынын вя коррексийасынын нейропсихоложи ясаслары

2

2

8

Соматик тябабятин тибби-психоложи проблемляри

2

2

9

Клиник психолоэийанын йаш проблемляри. Ушагларда аномал психи инкишаф

2

2

10

Психотерапийа вя реабилитасийанын, психопрофилактика вя тибби деонтолоэийанын ясаслары

2

2


Гейд: Мювзуларын адлары дяйишиля биляр
Yüklə 84,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin