Məktəbəqədər yaşlı uşaqlarda vətənpərvərlik dəyərlərinin formalaşdırılması yolları Mehdizadə Nuray Natiq qızı



Yüklə 18,46 Kb.
tarix15.12.2022
ölçüsü18,46 Kb.
#74926
Məktəbəqədər yaşlı uşaqlarda vətənpərvərlik tezis


Məktəbəqədər yaşlı uşaqlarda vətənpərvərlik dəyərlərinin formalaşdırılması yolları
Mehdizadə Nuray Natiq qızı
Email: nuraymehdizadə20@gmail.com
Açar sözlər: məktəbəqədər təhsil, əxlaq tərbiyəsi, vətənpərvərlik
Keywords: preschool education, moral education, patriotism
Ключевые слова: дошкольное образование, нравственное воспитание, патриотизм.

Yetişməkdə olan gənc nəslin təlim tərbiyəsi qarışıq və çox əhəmiyyətlidir. Hazırki dövrdə isə buna diqqət daha çox artmışdır.


Uşaqlarda ilk əxlaqi hisslər əhatəsində olan insanlarla münasibətdə özünü biruzə verir. Bunu da qeyd etməliyik ki, 2-4 yaşında olan uşaqlarda ətraf aləmə qarşı münasibətlər hələ güclü olmur. Bu səbəbdən də , onlarda ətrafa ,insanlara qarşı münasibət mənfi olur. Zaman keçdikcə isə artıq uşaqlar inkişaf edirlər.4-5 yaşlı uşaqlarda uşaqlarda əxlaqi hisslər artıq sabitləşməyə başlayır. Artıq uşaqların dostları ilə olan münasibətinə qayğı da əlavə olunur.5-6 yaşında isə artıq uşaqların hissləri şüura tabe etməyə səy göstərirlər.Buna görə də uşaqlara dəstək olmaq , yaxşını və pisi ayıra bilmələrinə kömək etməliyik. Bütün bu dövrləri uğurla başa vuran uşaq artıq əxlaqi cəhətdən düzgün formalaşmaq yolunda irəliləyəcəkdir.
Məktəbəqədər yaş dövründə uşaqlarda müsbət əxlaqi keyfiyyətlərin inkişafı daha çox özünü biruzə verir.Hələ kiçik yaşlarından başlayaraq uşaqları əxlaq tərbiyəsinin adət və vərdişlərini formalaşdırmalıyıq . Çünki bunlar uşaqların həyatına çox böyük təsir edir, artıq böyük məktəbəqədər yaşlı uşaqların fəaliyyət proseslərində daha da dərinləşir və getdikcə möhkəmlənir. Bu işin düzgün qurulmasında valideynlərin və tərbiyəçilərin rolu böyükdür. Çalışmaq lazımdır ki , uşaqların əxlaq tərbiyəsinin üsul və vasitələrindən düzgün istifadə edilsin. İlk növbədə uşaqların əxlaq normalarına uyğun şəkildə davranmalarını təmin etmək üçün həmin normalar haqqında onlarda düzgün təsəvvürlər formalaşdırmalıyıq. Buna görə də onlarda əxlaq normaları haqqında təsəvvürləri yaşlarına və anlaq səviyyələrinə uyğun olaraq formalaşdırmaq şərtdir.
Biz bilirik ki , uşaqların inkişafı üçün tərbiyə , təlim , təhsil qarşılıqlı vəhdətdədir. Bunların hər üçü də lap kiçik yaşlardan aşılanmağa başlamalıdır. Belə olduğu halda , uşaqların sosial mühitə adaptasiyası , ətrafındakı insanlarla ünsiyyət forması düzgün və faydalı olacaqdır. Əlbəttə, bu işin layiqli yerinə yetirilməsi çox vacib şərtlərdəndir. Öhdəlik isə təbii ki, valideynlər və tərbiyəçilər üzərindədir. Çünki uşağın formalaşmasında rəhbər rolunda ilk öncə valideynlər , sonra isə tərbiyəçilərdir.
Uşaqlara aşılanan tərbiyələr çoxşaxəli olub hər biri müəyyən məqsədə xidmət etməkdədir. Onlar arasında bir tərbiyə növü vardır ki , o yetişməkdə olan gənc nəslin gələcəkdə göstərəcəyi bütün fəaliyyətlərə təsir edə bilər. Bu vətənpərvərlik tərbiyəsidir. Vətənpərvərlik tərbiyəsinin tarixi kökləri çox qədimlərə dayanmaqdadır. Belə ki , Koroğlu , Dədə Qorqud kimi şifahi xalq ədəbiyyatı nümunələrində qədim köklərimizin vətənə sevgisi , torpağa bağlılıqları , öz xalqına olan sədaqəti ön plana çəkilir və güclü rəğbətlə qarşılanır. Kitabı Dədə Qorqud dastanlarında Oğuz elinə olan məhəbbət hər zaman ön planda olur. Oğuz elinin başçıları ilə yanaşı , orada yaşayan kiçikdən böyüyə hər kəs təhlükə zamanı birləşir , torpağı , vətəni daim müdafiə etməkdən çəkinmirlər. Bu dastanlarda qadın gücünə , qadın əməyinə də çox rəğbət bəslənilir. Oğuz elinin qadınları da kişiləri kimi igid , qorxmazdırlar. Düşmənə boyun əyməyən və daim mübarizəyə hazırdılar. Eyni zamanda Koroğlu dastanında da Çənlibelin müdafiəsi , insanların birliyi çox gözəl təsvir edilmişdir. Koroğlu və onun dəliləri kimi digər insanlar da , vətən uğrunda hər şey etməyə hazırdırlar. Həm qadınlar , həm kişilər vətənlərini canları bahasına qoruyurlar. Bütün bunlar vətənin , torpağın necə qiymətli dəyərli olduğunu bizə ətraflı izah edir.
Uşaqların inkişafı zamanı bütün bunları uşaqlara danışmalı , onların danışdıqlarımızı təhlil etməsini təmin etməliyik. Çünki uşaqların özlərinin Vətən anlayışını qavramaları, bizim danışdıqlarımızla vətəni sevməsindən daha üstündür.
Ədəbiyyat siyahısı
1. A.Abbasov. Milli əxlaq və ailə etikası. Bakı, “Mütərcim”, 2013
2. R.Mursaqulova, N.Rüstəmova. Məktəbəqədər pedaqogika. Bakı, 2012
3. Həsənov A. Məktəbəqədər pedaqogika. Bakı, Nasir, 2000
4. Vəliyeva Z. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi. Bakı, 2015
Yüklə 18,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin