1
MÜHAZİRƏ № 1
Pedaqogika tarixi kursunun predmeti və vəzifələri. Azərbaycanda xalq
pedaqogikasının əsasları və xüsusiyyətləri. İslamaqədər və islam dövrünün maarif
sistemi
Plan:
1.
Azərbaycanda xalq pedaqogikasının əsasları və xüsusiyyətləri
2.
Azərbaycan xalq pedaqogikasında tərbiyənin forma və metodları
3.
İslamaqədər və islam dövrünün maarif sistemi
4.
«Avesta»da tərbiyə məsələləri və onun pedaqoji əhəmiyyəti
Ədəbiyyat:
1.
Həşimov Ə.Ş. və Sadıqov F.B. Azərbaycan xalq pedaqogikası. B., 2000
2.
Rüstəmov F.A. Pedaqogika tarixi. B., 2006
Pedaqogika tarixi – tərbiyə, təhsil və pedaqoji fikrin yaranması və inkişafı haqqında
elmdir. Pedaqogika tarixi bəşər cəmiyyəti mövcud olduğu zamandan indiyə kimi ayrı-ayrı
tarixi dövrlərdə tərbiyənin, məktəbin və pedaqoji nəzəriyyələrin yaranması və inkişafından
bəhs edən bir elmdir.
Xalq pedaqogikası – təlim tərbiyənin məzmunu, məqsədi, vasitələri, üsulları, təşkili və
s. məsələləri haqqında zəhmətkeş kütlələrin tarix boyu gündəlik müşahidələrin nəticəsi kimi
əldə etdikləri, əmək və yaşayış şəraitinin təsiri altında topladıqları pedaqoji bilik, təcrübə,
baxış, qayda-qanun və adət-ənənələrin məcmusudur.
Xalq pedaqogikası xalq hikmətini, tərbiyə sahəsində xalqın əsdər boyu əldə etdiyi
təcrübə, fikir və ideyaları özündə cəmləşdirir.
Xalq pedaqogikasında tərbiyənin məqsədi – insanı boya-başa, ərsəyə, kamala
çatdırmaqdır, yəni ideal insan yetişdirməkdir; vəzifəsi – onun fiziki inkişafını, sağlamlığını
təmin etməkdən, adamı əmək fəaliyyətinə hazırlamaqdan, ona ədəb-ərkən qayda-qanunlarını,
mərifət elmini aşılamaqdan, insanın ağlını artırmaqdan (yəni, zehni biliklərlə
zənginləşdirməkdən) və zövqünü inkişaf etdirməkdən ibarətdir; amilləri isə özünün bütün
cisim və hadisələri ilə birlikdə doğma təbiət, əmək, xalq incəsənət nümunələri, canlı söz,
məişət, qayda-qanunlarıdır.
2
Xalq pedaqogikasında tərbiyənin obyekti və subyekti – yaşından, cinsindən asılı
olmayaraq insandır. Uşağın tərbiyəyə ehtiyacı daha çox olsa da, yaşlılar da tərbiyəsiz keçinə
bilməzlər. «Beşikdən qəbrədək öyrənmək gərək».
Xalq pedaqogikasında, o cümlədən Azərbaycan xalq pedaqogikasında tərbiyənin təşkili
formaları və mənbələri məlumdur. Məsələn, xalq tərbiyəsinin təşkili formaları – müxtəlif növ
oyunlar, uşaq və gənclərin əmək birləşmələri; ailə-məişət işlərində, bayram və toy
şənliklərində uşaqların iştirakı; mənbələri isə ailələrin tərbiyə təcrübəsi; didaktik məzmuna və
pedaqoji istiqamətə malik olan folklor nümunələri və musiqi əsərləri, mütərəqqi tərbiyəvi adət
– ənənələr, rəngarəng maddi mədəniyyət abidələri, xalq idmanı növlərində və s. öz əksini tapır.
Xalq pedaqogikası nümunələrində yalnız tərbiyə ideyaları deyil, xalq həyatının digər
cəhətləri, onun adət və ənənələri, etnoqrafiyası, tarixi, psixologiyası və s. əks olunduğundan
bu nümunələrin araşdırılması və dərindən öyrənildməsi etnoqrafiya, tarix, psixologiya,
ədəbiyyatşünaslıq kimi bir sıra elmlər üçün də qiymətli faktlar verir.
Xalq pedaqogikası nümunələri müasir dövrdə də öz aktuallığını, tərbiyəvi əhəmiyyətini
itirməmişdir. Bu nümunələr gənc nəslin tərbiyəsində bu gün də əhəmiyyətli rol oynayır.
Bütünlükdə xalqımız özünün əsrlər boyu yaratdığı zəngin irsdən indidə bol-bol bəhrələnir, əqli
tərbiyə, əmək tərbiyəsi, əxlaqi, fiziki, estetik, ekoloji, iqtisadi tərbiyə sahəsində geniş istifadə
olunur.
Xalq pedaqogikasında uşaqların tərbiyə olunmasında söhbət, öyüd-nəsihət, tələb,
nümunə, əyani göstərmə, inandırma, vəsiyyət, tövsiyyə, təqdir etmək, məsləhət, izah etmə,
alışdırma, məşq, xahiş, tərifləmə, alqışlama, irad tutma və s. kimi üsullardan, oyun, folklor
nümunələri (yəni nağıl, mahnı, lətifə, atalar sözləri, nəsihətnamə və s.), bayram şənliyi, əmək;
təbiət, adət-ənənələr və s. kimi vasitələrdən istifadə olunub.
Xalq pedaqogikasının obyekti və mövzusu Xalq pedaqogikası bütün xalqa məxsusdur. Yəni onun
konkret yaradıcısı məlum deyil. Amma burada bir incəlik var ki, onu diqqət mərkəzində saxlamalıyıq; Xalqın
tərkibi zəkasına, mənəviyyatına, dünyabaxışına, yaş və fərdi xüsusiyyətlərinə görə müxtəlif insanlardan
ibarətdir. Təbiidir kı, onların hamısı müdrik, başqalarına öyüd – nəsihət verə bilmək dərəcəsində hazırlıqlı ola
bilməzlər. Hətta çoxunun, o cümlədən uşaqların, yeniyetmə və gənclərin tərbıyəyə daim ehtiyacı olur. Demək,
13 xalq pedaqogikasını müdrik insanlar yaratmışlar. Onlar həyatı, inkişafı, əmək prosesıni müşahidə edərək
və yaşlaşdıqca qazandıqları təcrübələr əsasında konkret qənaətlərə gəlmiş və bu barədə fıkir yürütmüşlər.
Fikirlər atalar sözləri, zərb məsələlər, tapmacalar, yanıltmaclar, nağıllar, dastanlar və s. şəklində ifadə
olunmuşdur. Xalq pedaqogikasının obyekti insandır. Yəni müdrik şəxsiyyətlər başda olmaqla xalq böyüməkdə
3
olan nəslin və cəmiyyətdəki bütün insanların kamilləşməsinə çalışmışdır. Buna görə də irili-xırdalı bütün
xalq pedaqogıkası nümunələrində diqqət mərkəzində insan, onun formalaşması və inkışaf etməsi problemi
dayanır. Elə buradan da sual yaranır. Bəs xalq pedaqogikasının mövzusu nədir? Xalq pedaqogikasının
mövzusu tərbiyədir. Elmi pedaqogikadan bildiyimiz kimi, tərbiyənin istıqamətləri çoxşaxəlidir. Yəni hər bir
insan əməyi sevməli, əxlaqlı, fiziki cəhətdən sağlam olmalı, etik və estetik keyfiyyətləri ilə seçilməli, hüquq
və vəzifələrini bilməlıdir. Xalq pedaqogikasında da bütün bunlar diqqət mərkəzində dayanır. Xalqın yaratdığı
folklor nümunələrinin mövzusu tərbiyədir. Xalq haqlı olaraq bu qənaətdədir ki, tərbıyə hamı üçün lazımdır.
Ona gənc nəsil də, qadınlar da, kışılər də möhtacdır; başqa sahələrdə olduğu kimi, tərbıyədə də kişilərlə
qadınlar arasında hüquqi baxımdan fərq olmamalıdır. Xalq pedaqogikasında insan şəxsiyyətinə ləkə gətirən
bütün mənfiliklər pislənir, gözəlliklər təbliğ olunur. • Xalq pedaqogikasının elmi pedaqogika ilə ümumi və
fərqli cəhətləri Xalq pedaqogikası kütlələrin tərbiyəsini yaxşılaşdırmaq üçün daim səy göstərmişdir. Bu
məqsədlə xalq mənimsədıyi və istifadə etdiyi təcrübəni möntəzəm olaraq zənginləşdirməyə çalışmışdır.
Böyüməkdə olan nəslin yaş dövrlərini ciddi nəzərə almış, hər yaş dövrünə uyğun tərbiyə vasıtələri yaratmışdır.
Tərbiyədə əyaniliyə yüksək qiymət vermişdir. Rəğbətləndirmə, cəzalandırma, nümunə və s. üsullardan istifadə
etmiş, tərbıyənin bütün tərkib hissələrını daim diqqət mərkəzində saxlamışdır. 14 «Pedaqogika tarixi»
kursundan aydındır ki, dünyanın bütün inkişaf etmiş ölkələrində dahi şəxsiyyətlər öz dıdaktik müddəalarını
irəli sürərkən xalq pedaqogikasına istınad etmişlər. Orta əsr mütəfəkkirlərimizin, o cümlədən Ə.Xaqani,
N.Gəncəvi, M.Füzuli, Ə.Cami və başqalarının əsərlərində bunu aydın görmək olar. A.A.Bakıxanovun
nəsihətləri, S.Ə.Şirvaninin mənzum hekayətləri məhz xalq pedaqogikasından qidalanmışdır. Adını çəkdiyimiz
digər klassiklərin yaradıcılığında da belədir. Elmi pedaqogikanın banisi Y.A.Komenski «Böyük didaktika»,
«Yaxşı təşkil olunmuş məktəbin qanunları», «Dünyanın labirint yolları» əsərlərində xalq pedaqogıkasından
istifadə etmişdir. Ümumən, Komenskinin pedaqoji sistemi xalq təfəkküründən yaranmışdır. Deməli, xalqın
pedaqoji ideyaları elmi pedaqogikanın özül daşlarını təşkil etmişdir. Bu gün elmi pedaqogika qidalandığı
mənbələr sırasında xalq pedaqogıkasının adını öndə çəkir. Bütün bunlar xalq pedaqogikasının elmi pedaqogika
ilə qaynaq nöqtələri və ümumi cəhətləridir. Lakin fərqli cəhətləri də var; onlar aşağıdakılardır: • xalq
pedaqogikasının tarixi elmi pedaqogikadan qədimdir. • elmi pedaqogikanı yalnız bu elmlə məşğul olan şəxslər
yaratmışlar, xalq pedaqogikasını isə milyonlarla xalq kütlələri. • elmi pedaqogikada ciddi sistem var, xalq
pedaqogikasında isə tərbiyə ilə bağlı fikirlər sistemsiz halda şifahi ədəbiyyat nümunələrinə səpələnmişdir. •
xalq pedaqogikasında elmi istilahlar yoxdur. • xalq pedaqogikasında yaş dövrləri elmi pedaqogıkada olduğu
kimi konkret bölgülərə əsaslanmır; uşaqlıq, yeniyetməlik, gənclik, ahıllıq, qocalıq dövrləri gəzişən rəqəmlərlə
şərtlənir. • xalq pedaqogikası elmi pedaqogikanın mənbələrindən biridir. • elmi pedaqogikaya nisbətən xalq
pedaqogikası həyata daha yaxındır. • xalq pedaqogikası çoxluğun, kütlələrin pedaqogıkasıdır. Lakin elmi
pedaqogikada ixtisaslaşma var (tiflopedaqogika, 15 surdopedaqogika, oliqofrenopedaqogika və s.) • Gah
poeziya, gah nəsr, bəzən lirizm, bəzən epiklik xalq pedaqogikasına xas olan xüsusiyyətlərdəndir. Elmi
pedaqogıkada belə rəngarənglik yoxdur. • Xalq pedaqogikasının üslubu bədii, dili obrazlıdır, ona görə də tez
sirayət edir. • Şifahi xalq ədəbiyyatı nümunələrinin hamısı bir küll halında pedaqoji biliklər toplusudur. Bu
4
toplu xalqın tərbıyə haqqında dahiyanə düşünülmüş həmişəyaşar sılahıdır. • Xalq pedaqogikası hər bir xalqı
başqalarından fərqləndirən özünəməxsus məktəbidir. • Elmi pedaqogika gördüyü işin nəticəsini öyrənmək və
dəqiqləşdirmək üçün təcrübə mühitini özü yaradır, xalq pedaqogikasında isə təcrübə təbii yolla yaranır, xalq
sadəcə onu görüb – götürür. • Elmi pedaqogikada mühit, şərait, quruluş, həyati baxışlar dəyişdikcə müddəalar
bir-birini inkar edə bilir, xalq pedaqogikası isə inkarolunmaz və həmişəyaşardır. Ona görə də keçdiyi inkişaf
yolunun nəticəsi olaraq elmi pedaqogika ötən əsrin ortalarından etibarən xalq pedaqogikasını etiraf etmiş,
böyüməkdə olan nəslin təlim və tərbıyəsində ondan istifadəni vacib saymışdır. • Xalq pedaqogikasının
mənbələri Biz qeyd etmişik ki, xalq pedaqogikası həyati təcrübə əsasında yaranmışdır. Həyat isə çox geniş və
əhatəlidir. Onun hər üzü, çətinliyi, mürəkkəbliyi var. Adəti, ənənəsi, toyu, bayramı da öz yerində. Bütün bunlar
hamısı xalq pedaqogikasının mənbələridir və onları aşağıdakı kimi qruplaşdırmaq olar: • ailələrin tərbiyə
işində qazandığı təcrübə; • adət – ənənələr; • folklor nümunələri; • maddi mədəniyyət abidələri; • xalq idman
növləri; • tarixi və etnoqrafik materiallar. Xalq bu mənbələrlə bağlı təcrübədən faydalanaraq öz pe- 16 daqoji
fikir və düşüncələrini inkişaf etdirmişdir.
Xalq pedaqogikasında tərbiyənin məqsəd və mahiyyəti Azərbaycan xalq pedaqogikası materiallarının
tədqıqi və təhlili göstərir ki, xalqımız hər zaman insan amılinə böyük qiymət vermişdir. İnsanı yer üzünün
əşrəfi adlandırmış, onun kəsir cəhətlərini tənqid, müsbət cəhətlərini təqdir etmişdir. Yaşından, vəzifəsindən və
ictimai mövqeyindən asılı olmayaraq hər bir insanın düz yolun yolçusu olmasını istəmişdir. Ən kiçik folklor
nümunələrindən iri həcmli epik əsərlərədək bütün şıfahi xalq ədəbiyyatında tərbiyə amili diqqət mərkəzində
dayanmışdır. İstər ailədə, istərsə də ictimai mühitdə insanlar arasında qarşılıqlı münasibətlərə haqq-ədalət
mövqeyindən yanaşılmışdır. Hər şey haqqın qələbəsinə xidmət etmişdir. Haqq isə kamil insanların sayəsində
qələbə çala bilir. Kamil insanların çox olduğu cəmiyyətdə sülh, əmin-amanlıq, ədalət, fıravanlıq hökm sürür.
Nağıl və dastanların məzmunundan irəli gələn bu ideyadan aydın olur ki, xalq pedaqogikasında tərbiyənin
məqsədi kamil insan yetişdirməkdir. Dünyanın bütün xalqlarının folklorunda kamil insan anlamına önəm
verilir. Lakin hər xalqın öz dünyabaxışı, milli xüsusiyyətləri var. Yəni hər xalq kamil insanı öz baxış bucağı
ilə dəyərləndirir. Azərbaycan xalqı üçün kamil insan ağıllı, sağlam, əməksevər, mərifətli, ədəb – ərkanlı, dar
günün dayağı ola bilən adamdır. Belə adamları xalqımız «kişi adam», «bütöv adam», «əsil insan» kimi
dəyərləndirmişdir. Kamil insan yetişdirmək üçün görülən iş isə tərbıyənin 27 mahiyyətini təşkil edir. Xalq
ədəbli, qanacaqlı, mərifətli adamları tərbiyəli adam kimi qəbul edir. Ona görə də xalq pedaqogıkasında ədəb,
qanacaq, mərifət sözləri tərbiyə sözünün sınonimidir. Ədəbli, qanacaqlı, mərifətli olmağın isə nışanələrı var:
dərrakəli, ədəb – ərkanlı, həyalı, ismətli, iffətli, təmkinli, ağıllı, üzüyola, həlim təbiətli, xeyirxah, çalışqan, iş
bılən, sözündə möhkəm olan, gözütox, qoçaq, bilikli, səbirli adamlar həmin nişandadır, yəni tərbıyəlidir. •
Xalq pedaqogikasında tərbiyənin tərkib hissələri Dünyaya gələn körpənin tərbiyə edilib böyüdülməsıni xalq
boya-başa çatdırmaq adlandırır. Bəs bu dövr ərzində xalq nə kimi tərbiyəvi işlər aparmağı məqsədəmüvafiq
sayır? Bu sualın cavabı kamil insana məxsus nışanələrin içərisindədir. Yəni əvvəldə saydığımız həmin
nışanələr bir kompleks halında kimdə birləşirsə, o kamil adamdır. Demək, tərbiyə işinə də kompleks halda
yanaşmaq lazımdır ki, insanda həmin keyfiyyətlər bir tam halında formalaşsın. Bildiyimiz kimi, xalqın
5
pedaqoji fikir və mülahizələri şifahi xalq ədəbiyyatı nümunələrində və adət-ənənələrdə əks olunur. Şifahi
ədəbiyyat-folklor isə ucu-bucağı görünməyən xəzinədir. Atalar sözləri, zərb məsəllər, əfsanələr, rəvayətlər,
laylalar, bayatılar, oxşamalar, nazlamalar, sayaçı sözlər, holovarlar, çaşdırmalar, düzgülər, siçilləmələr,
sanamalar, tapmacalar, yanıltmaclar, nəğmələr, oyunlar, tamaşalar, nağıllar, dastanlar, aşıq şeri və s. eləcə də
milli adət – ənənələr həmin xəzinənin mənbələridir. Kamil insanı yetişdirmək üçün öz fikir və qənaətlərini
xalq bu mənbələrdə qəlibləmiş və min illərin uzaqlığından üzü bu yana ismarıc etmişdir. Xalq böyüyən nəsli
hər şeydən əvvəl sağlam görmək istəmişdir. Çağa vaxtından onun düzgün bələnməsi, vaxtında yedizdirilməsi,
məhz ana südü ilə bəslənməsi, normal şəraitdə yatızdırılması, tez-tez çimizdırilməsi, təmiz saxlanılması
qayğısına qalmışdır. Uşaq böyüdükcə onun fiziki sağlamlığına verilən tələblər də artmışdır. Kiçik idman
hərəkətləri, oyunlar, qaçma, 28 tullanma, gəşt tutma və s. bir-birini əvəzləmişdir. Tədriclə uşaqlar gücləri çatan
əməyə sövq edilmişdir. Burada məqsəd yenə onların fiziki sağlamlığı və həmçınin əməyə, zəhmətə
alışdırılması olmuşdur. Onlara buyuruq verərkən yeri gəldikcə məsəllər çəkmiş, atalar sözü söyləmiş,
əhvalatlar danışmışlar. Beləliklə, həvəslərini daha da artırmışlar. Uşağı tədriclə həyata qoşmaqla bərabər,
onlara hər işi ağılla görməyi, işin çəmini tapmağı başa salmışlar. Onların ağlını və zehrini inkişaf etdirmək
üçün tapmacalardan, çaşdırmalardan istifadə etmişlər. Yaşlarına uyğun oyunlar yaratmış və həmin oyunlar
vasıtəsılə həm onların fıziki sağlamlığını, sərvaxtlığını təmin etməyə, həm ağlını inkışaf etdirməyə, həm də
əməyə məhəbbətlərini artırmağa çalışmışlar. «Haqqır - hüqqur», «Gizlənpaç», «Sürü–sürü», «Göydə nə var?»,
«Beş daş», «Çırtma - çırtma», «Qaçdı – tutdu», «Çiling ağac» və s. məhz belə oyunlardandır. Azərbaycan
xalqı üçün insani meyarlardan ən başlıcası əxlaqi keyfiyyətlərdir. Xalqımız mənəviyyata hər zaman önəm
vermişdir. Uşaqların da lap kiçik yaşlardan mənəvi əsaslar üzərində pərvəriş tapmasına çalışmışdır. Bu barədə
bir atalar sözündə deyılir:«Alim olmaq asandır, insan olmaq çətin». Xalq məhz çətin yolu, insanlıq yolunu
əsas götürərək uşaqları düzlüyə, doğruçuluğa, dostluq və yoldaşlıqda sədaqətliliyə, halallığa, vətən sevgisinə,
mərdliyə, xeyirxahlığa istıqamətləndirməyə çalışmış, namərdliyi, tənbəlliyi, yalançılığı, xəyanəti və s.
xoşagəlməz cəhətləri pisləmişdir. «Keçmə namərd körpüsündən, qoy aparsın sel səni», «Yatma tülkü
kölgəsində qoy yesin aslan səni», «İgid odur atdan düşə atlana, igid odur hər zəhmətə qatlana», «Tənbəl deyər:
ver yeyim, ört yatım; gözlə canım çıxmasın» və s. kimi atalar sözlərində, «Yalançının evi yandı, heç kim ona
inanmadı», «Cücəni payızda sayarlar », «Altı daş, üstü aş» kimi məsəllərdə əxlaqi kamillik məsələsini diqqət
mərkəzində saxlamışlar. Elm, sənət öyrənməyin insan üçün həyati əhəmiyyət daşıdığını, bütün vardövlətdən
üstün olduğunu nağıl və dastanlarda dönə-dönə vurğulamışlar. 29 Əlbəttə, bu keyfiyyətlərin hər kəsdə olması
insani gözəllikdir. Lakin hər bir insan özü də bir fərd olaraq gözəllliyi duymalı, yaşatmalı və ondan zövq
almağı bacarmalıdır.Xalqa görə, gözəlliklər iki cürdür: İlahi Qüvvənin yaratdığı gözəlliklər; insan əli ilə
yaranmış gözəlliklər. İnsan özü də daxil olmaqla təbiətdə nə varsa ilahi gözəlliklə bağlıdır və xalqın məntiqinə
görə insan bu gözəlliyi görəndə Yaradana şükr etməli və bu gözəlliyin insan üçün olduğunu başa düşməli, onu
qorumalıdır. Xalqın öz əli ilə yaratdığı gözəlliklər onun zövqünün əlaməti, gözəllik duyğularının təzahürüdür.
Dünyada məşhur sənət əsərləri, Şirvan, Təbriz, Qarabağ xalçaları, zərgərlik nümunələri, mis əşyalar, qədim
tikililər, o cümlədən qalalar, toxuculuq nümunələri - kəlağayılar, darayı yaylıqlar, «Talaman», «Qanovuz»,
6
«Zərxara», «Küçə mənə dar gəlir», «Gecə - gündüz», «Hacı, mənə bax» «Alışdım – yandım», «Hacı, bəri
bax» və s. adlı parçalar, tirmə şallar, libaslar, xanımyana, ağayana geyimlər, kosmetik vasitələrdən yerli-
yerində istifadə xalqın gözəllik duyumundan xəbər verir. Xalq bu duyumu, bu sənəti nəsildən – nəsilə ötürərək
estetik tərbıyə işinə rəvac vermişdir. Lakin onun təbirində gözəllik anlayışının konkret tərifi yoxdur. Ruhu
oxşayan nə varsa, xalq onu göyçək, qəşəng, yaxşı, əntiqə, gözəgəlimli, zərif, yapışıqlı, yaraşıqlı, nəfis,
gözəşirin və s. sözlərlə səciyyələndirmişdir. Xalq gözəl olan nə varsa, onu nağıl və dastanlarda genbol tərif
etməklə yanaşı, bu mövzuda kiçik həcmli folklor nümunələri də yaratmışdır. Məsələn, «Gözələ baxmaq
savabdır», «Gözəl görmək savabdır», «Gözəl kamallı gərək», «Gözəl sevməyə tövbə olmaz», «Dizini yerə
basıb outrursa, qadın gözəldir», «Ağ südunu doyunca əmizdirirsə, ana gözəldir», «Uca ev yanında qurulsa,
gəlin çadırı gözəldir», «Gözəl yüzlü gərək, yüzsüz gərəkməz» və s. Xalq böyüməkdə olan nəsildə gözəlliyə
sevgi duyğuları aşılamaqla bərabər, onları qorumağı da öyrətmək qayğısına qalmışdır. Bu isə ekoloji
tərbiyədir. Şifahi xalq ədəbiyyatı nümunələrindən aydın olur ki, xalq maddi dolanışıq və insanların cəmiyyət
qarşı- 30 sında hüquq və vəzifələri barədə də fikirlər söyləmişdir. Beləliklə, tərbiyənin bütün tərkib hissələrini
diqqət mərkəzində saxlamışdır. Onlar aşağıdakılardır: • Fiziki tərbiyə (yetişən nəsli sağlam, cəld, çevik
böyütmək). • Ağıl və əqli tərbiyə (hər bir işə ağıllı yanaşmaq, fərasətli, dərrakəli olmaq). • Əxlaq tərbiyəsi
(əxlaqın müsbət təzahürlərinə yıyələnmək). • Əmək tərbiyəsi (əməksevər, işgüzar olmaq; məhsuldar işləmək).
• Estetik tərbiyə (təbiət, cəmiyyət və incəsənətin gözəlliklərini dərk etmək). • Ekoloji tərbiyə (ətraf mühiti
sevmək və qorumaq). • İqtisadi tərbiyə (qənaətcil olmaq, israfçılığa yol verməmək) • Hüquq tərbiyəsi (ailə və
ictimai mühitin qayda-qanunlarına əməl etmək və onları qorumaq). Göründüyü kimi, xalq, böyüməkdə olan
nəslin hərtərəfli inkişafı qayğısına qalmış, öz cəmiyyətinin vətəndaşını sağlam, ağıllı, əxlaqlı, əməksevər,
gözəlliyi dəyərləndirməyi və yaşadığı mühiti qorumağı bacaran, hüquq və vəzifələrini bilən və ona əməl edən
bir insan olaraq yetişdirməyə çalışmışdır. Yaratdığı bütün tərbiyə vasitələrində məqsəd bu amala önəm vermək
olmuşdur.
Dostları ilə paylaş: |