MÜHAZİRƏ № 4 (2 saat)
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda məktəb və pedaqoji fikir.
Plan:
1)
XIX əsrin sonu XX əsrin əvvəllərində Azər-da təhsil:
a) ibtidai məktəblər;
b) orta təhsil;
c) peşə təhsili;
d) məktəbdənkənar təhsil.
2) XIX əsrin sonu XX əsrin əvvəllərində Azər-can maarifçilərinin pedaqoji fəaliyyəti
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda əsasən məktəb və peşə təhsili
inkişaf etmişdi. Məktəblərin və şagirdlərin sayının artması Rusya və Azərbaycanın
iqtisadi, ictimai və siyasi inkişafı ilə bağlı idi. Neft sənayesinin inkişafı ilə Bakı
Rusiyanın aparıcı iqtisadi mərkəzinə çevrilmişdi. Bununla bərabər kənd təsərrüfatı,
pambıqçılıq və ipəkçilik sahəsində də inkişaf edirdi. Məhz bu sahələrin inkişafı əsasında
savadlı insanlara ehtiyac duyulurdu. Bakı netçiləri, burjuaziya maarifçiləri və b. təhsilin
inkişafına vəsait ayırırdılar.
1905-1907-ci illlərin inqilabı Azərbaycanda xalq təhsilinin inkişafına təkan verdi.
İnqilabçılar siyasi və iqtisadi tələblərlə yanaşı fəhlə uşaqları üçün məktəblərin açılması,
uşaqların ana dilində təhsil alması, onlara lazımi biliklərin verilməsi və s. kimi təklifləri
də irəli sürürdülər.
Ana dilində məktəblərin təsis edilməsi, rus-əz-can məktəblərinin şəbəkəsinini
genişdəndirilməsi az-lı müəllimlərin hazırlanması, rus məktəblərində az-can dilinin
tədrisinin yaxşılaşdırılması və s. uğrunda maarifçi-pedaqoq H.ZƏrdabi, ictimai xadim-
pedaqoq N.NƏrimanov, şair M.Ə.Sabir, tanınmış pedaqoq Mahmudbəy Mahmudbəyov,
dramaturq-pedaqoq C.Məmmədquluzadə, pedaqoq və yazıçılar S.M.QƏnizadə,
R.Əfəndiyev, F.Köçərli, Ü Hacıbəyov, A.Səhhət və b. mübarizə aparırdılar.
A) İbtidai təhsil. Az-da rus dilli ibtidai təhsil məktəblərinin açılması ilə şəhər
özünüidarəçiliyilə maarif cəmiyyətləri məşğul olurdular. İbtidai məktəblərin əksəriyyəti
Bakıda yerləşirdi. Bakı fəhlələrinin tələbi ilə XIX əsrin 90-cı illərindən başlayaraq bu
28
cür məktəblərin açılmasına nəzarət neft sənayesi Şurasına həvalə edildi. Bunun
nəticəsində ilk 2 ibtidai məktəb 1897-ci ildə Balaxanı və Bibiheybətdə, sonra Ramana
(1900), Zabrat (1904), Sabunçu (1907-1910) açıldı. Təhsilin rus dilində verildiyi
məktəblər fərdi şəxslər tərəfindən də açılırdı. Lakin bununla belə təhsildən kənarda
qalan məktəbyaşlı uşaqlar yenə də az deyildi.
1905-1907-ci il inqilabı uşaqldarda maarif, elmə marağı daha da artırda. 1905-ci ilin
fmartında az-can müsəlman müəllimləri çar hakimiyyətinə məktub yazaraq müsəlman
oğlan və qızlarçunana dilində icbari ümumi ödənişsiz təhsil, az və rus dilli ibtidai
məktəblərdə tədris olunan fənnlərin siyahısına həndəsə, coğrafiya, tarix, təbiətşünaslıq,
dövlət qanunçuluğuhaqqında əsas biliklər, gigiyena və s. kimi fənnlərin əlavə olunması
tələbini irəli sürdülər.
XX əsrin əvvəəllrindən başlayaraq Bakıda “Nəşri-Maarif” (1906-1907), “Nicat” Səadət
(1907-1917), “Səfa” kimi xeyriyyə cəmiyyətləri də fəaliyyətə başladı. Bu cəmiyyətlərin
əsas məqsədi əhali arasında maarifi yaymaq məktəblərə maddi yardım göstərmək, yeni
məktəblərin, kitabxanaların, qiraətxanaların açılmasını və müəllim kadrlarının
hazırlanmasını təmin etməkdən ibarət idi. Daha sonra bu kimi cəmiyyətlər Şamaxı,
Lənkəran, Şəki və s. bölgələrdə də açıldı.
Bu dövrdə qabaqcıl maarifçilərin səyələri nəticəsində 1899 N.Nərimanovun «Ruslar
üçün qısa az dili qrammatikası», M. Mahmudbəyovun «Türk əlifbası və ilk oxu», «İkinci
il», H.ZƏrdabi «Türk nəğmələrinin toplusu», Ü.Hacıbəyovun «HƏndəsə üzrə
tapşırınlar» və s. kimi dərsliklər çap olurdu.
1872-ci il nizamnaməsinə əsasən Az-da ibtidai məktəblərlə yanaşı yüksək ictimai
məktəblər – şəhər məktəbləri də fəaliyyətə göstərirdi.bu tipli məktəblər Bakı, Şuşa,
GƏncə, ƏLnkəran, Quba və Sabunçuda da açıldı.
1912-ci ildə şəhər məktəbləri ali ibtidai məktəblərə çevrildi. Bu məktəblərə şəhər və
kənd 3 illik ibtidai məktəblərini, həmçinin rus-az-can miəktəblərini bitirənlər qəbul
olunurdu. Ali ibtidai məktəblərdə ədəbiyyat, cəbr, həndəsə, fizika, az məktəblərində ana
dili də tədris olunurdu. Buranı bitirənlər orta peşə məktəblərində, müəllimlik və
mühasibat kurslarına daxil ola bilərdilər.
b) Orta təhsil. 1914-15-ci tədris ilində Az-da 15 orta təhsil müəssisəsi gimnaziya-real
məktəblər vardı. (Bakı, Gəncə,Şuşa,Şamaxı, LƏnkəran) dövlət orta təhsil
29
müəssisələrindən başqa 3 özəl orta təhsil müəssisələri də yarandı. Təhsil haqqının
yüksək olması ilə əlaqədar hər kəs bu məktəblərdə təhsil ala bilmirdi.
Az-can orta təhsil məktəbləri Rusiya məktəblərindən heç nə fərqlənmirdi. Təhsilin
məzmunu, təlim metodları və s. eyni idi.
C) Peşə təhsili əsasən Bakıda mərəkəzləşdirilmişdi. XX əsrin əvvəllərində əhalinin
əksiriyyəti peşə təhsili olmadan işləyirdi. Texniki mütəxəssislərin olmaması, fabrik və
zavodlarda texniki problemlərin yaranması, dəzgəhların sıradan çıxması, ehtiyatsızlıq
üzündən xəsarət alanların çoxalmasına gətirib çıxarırdı. Bakı neft sənayesinə savadlı
mühəndisələr lazım idi. Mühəndisəlrin əksəriyyəti Rusiyaının institut və texnikomlarını
bitirirdildər. Fəhlə kadrları əsasən şəriklik yolu ilə hazırlaşırdı.
1906-cı ildə açılmış Bakı ibtidai texniki məkğəbi nəzdindəki sənət məktəbi ilə birgə
şəhəri lazımi sayda mütəxəssislərlə təmin edirdi.1905-ci ilin yarvarında mexaniki və
tikinti şöbəli orta texniki məktəbinə çevrildi. Məktəb 4 əsas və 2 hazırlıq sinfindən ibarət
idi. Bura şəhər və kənd ibtidai məktəbini bitirənlər qəbul olunurdu. Məktəbin nəzdində
dülgər, bənna, ədmirçi sinifləri də mövcud idi.
D) məktəbdənkənar təhsil. XIX əsrin sonu XX əsrin əvvəllərində məktəbdənkənar təhsil
sahəsində inkişaf gözə çarpırdı. Bakıda Mixaylovski şəhər məktəbinin nəzdində bazar
günü məktəbi fəaliyyət göstərirdi. Burada təhsil ödənişsiz idi. Elemaentar savad və
ümumi biliklər verilirdi.
1907-ci ildə «Nicat» cəmiyyəti cümə məktəblərini təsis etdi. Burada fəhlələr, kiçik
tacirlər, sənətkarlar təhsil alırdı. Onların yaşı 15-25 arasında dəyişirdi.
Rəşid bəy Əfəndiyev (1863-1942). XIX əsrin II yarısında Az maarifinin inkişafında
özünə məxsus yer tutur. O tananmış pedaqoq, şair, yazıçı, publisist, etnoqraf, tərcüməçi
və Az-da K.D.Uşinskinin ilk davamçılarından olmuşdur. Zaqafqaziya müəllimlər
seminariyasının ilk məzunlarından olmuşdur. 1882-1893-cü illərdə Qurtqaşın və
Xaçmax (Oğuzun kəndi) kənd məktəblərində müəllim işləyib. Daha sonra o 1900-1916-
ci illərdə Qoridəki müəllimlər seminariyasının az-can şöbəsində az dili və şəriət
müəllimi işləyib.
R.Əfəndiynv Yerevan quberniyasındakı az məktəblərində inspektor işləyib, naxçıvan,
quba və Qaraçayda pedaqoji kurslar təsis edib. O 1920-ci ildə açılmış və 1926-cı ildə
podtexnikoma çevrilmiş müəllim kurslarına müdir təyin edilir. Bu məktəbdə o rus
30
dilindən dərs deyir. Ömrünün son illərini Az Elmlər Akad-da işləyir. Əfəndiyev xalqın
mədəni geriliyini, savadsızlığın, uşaqların məktəb və mədrəsələrdə şikəst edilmiəsini
mövhumatçılıqda görürdü. O hesab edirdi ki, xalqın rifahı onun mədəni səviyyəsinin
yüksəldilməsindən asılıdır. Savadsızlığın ləğvini ancaq az dilli məktəblərin
genişləndirilməsi və ana dilində dərsliklərin hazırlanmasında görürdü.
o ərəb-fars dilindəki dərslikləri tənqid edirdi. İbtidai siniflərçün «Uşaq baxçası» (1898)
və «BƏsirət-ül-ətfal» (Uşaq aləmi 1901) adlı dərosliklərində yeni metodlalaraüstünlük
vermişdir.
Rəşid bəy Əfəndiyev ailə tərbiyəsi və qadın təhsili məsələlərinə böyük əhəmiyyət
verirdi. Qadın təhsili haqqında fikirləri «Arvad məsələsi» (1914) adlı kitabı, «Qızlara
məsləhət», «Analara müraciət», «Bacılara müraciət» kimi şerləri, «Qızıl gül», «Qann
ocağı», «Qonşu qonşu olsa kor qız ərə gedər» adlı bədii əsərlərində öz əksini tapmışdır.
Firudin Əhmədbəy oğlu Köçərli (1863-1920). 1885-ci ildə Zaqafqaziya müəllimlər
seminariyasını btirdikdən sonra Yerevan gimnaziyasına müəllim təyin olunur. 1895-ci
ildə Zaqafqaziya müəllimlər sesinariyasında az dili və islam dinindən dərslər deyir.o da
öz müasirləri kimi əlifbanın dəyişilməsinin tərəfdarı idi. Firudin bəy rus qrafikası
əsasında yeni əlifbanın tərtib olunmasını təklif edirdi. Bununla o az-lılar arasında rus
dilinin yayılması, iki xalq arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinin
vacibliyini vurğulayırdı.
Özünün ədəbi irsinin bir çox hissəsini Firudin bəy Köçərli tərbiyə probleminə həsr
etmişdi. O, fiziki, əqli və əxlaqi tərbiyənin birləşdirilməsinə çağırırdı. Firudin bəyin
tərbiyə haqqında fikirləri K.D.Uşinskinin fikirdəri ilə üst-üstə düşür.
Publisistik məqalələrində köhnə təlim-tərbiyə metodlarını kəskin tənqid edərək
tərbiyənin xəlqiliyini müdafiə etmiş, qadın hüquqları və onların təhsili məsələlərinə
toxunaraq müəllimin ictimai rolu və məsuliyyəti haqqında fikirlərini bölüşmüşdür.
Köçərli «Balalara hədiyyə» adlı kitabın müəllifidir. Uzun illər bu kitabdan ana dilindən
dərslik kimi istifadə olunmuşdur.
Nəriman NƏrimanov (1870-1925) – yazıçı publisist, həkim, Zaqafqaziya müəllimlər
seminariyasının məzunu. 1908-ci ildə Odessa univ-nin tibb fakültəsini bitirmişdir.
Sadalananlarla bərabər NƏrimanov həm də əsas pedaqoq idi. Özünün pedaqoji bədii və
31
ədəbi əsərlərində, bir çox məqalələri və çıxışlarında hər zaman pedaqoji məsələlərə
toxunmuşdur. Az-da ali pedaqoji təhsilin inkişafı onun adı ilə bağlıdır.
1855-ci ildə Qori müəllimlər seminariyasına qəbul olmuş, burada pedaqogika,
psixologiyanı öyrənmiş Axundoa, Uşinski, Puşkin, Lermontov, N.V.Qoqol,
L.N.Tolstoy yaradıcılığı ilə tanış olmuşdur. Hələ seminariyada təhsil aldığı dövrlərdə
Qoqolun «Revizor» komediyasını az dilinə tərcümə etmiş, özünün ilk dramı
«Nadanlıq»ı yazmışdır.
1890-cı ildə seminariyanın müvəffəqiyyətlə başa vuran NƏrimanov Borçalı qəzasının
Qızıl Hacılı kəndinə müəllim təyin olunur. 1891-də Bakıya köçür burada pedaqoji,
ictimai, siyasi fəaliyyətlə məşğul olur. O hətta yeni rus-azərb məktəbini açmağa cəhd
etsədə mümkün olmür. 1894də Az-da ilk kütləvi kitabxana-qiraətxananı açır.
Rus dilinin tədrisinə böyük əhəmiyyət verən Nərimanov « Samouçitelğ russkoqo əzıka
dlə azer-üev» adlı kitabını yazır. Kitabda rus dilinin əlifbasından və səsələrin spesifik
xüsusiyyətlərindən danışır. O QƏnizadə ilə birgə uşaqlarçun «Sovqat», «Məktəb»
jurnallarını və «TƏzə xəbərlər» qəzetinin çapına cəhd göstərsə də buna icazə ala bilmir.
Nərimanov təlim-tərbiyə işində müəllimin roluna xüsusi diqqət vermiş, müəllim
kadrlarının hazırlanmasında gərgin fəaliyyət göstərmişdir. 1906-cı ildə Bakıda keçirilən
Qafqaz müəllimlərinin I qurultayında sədr seçilir.
1921-ci ildə Bakıda oğlanlarçun ilk pedaqoji institut (indiki APİ) açılması onun adı ilə
bağlıdır.
Sultan Məcid Qənizadə (1866-1937). Sultan Məcid Murtuzəli oğlu QƏnizadə XIX əsrin
sonu XX əvvəəllərində Az-da məktəb və pedaqoji fikrin inkişafında istedadlı pedaqoq,
maarifçi, ictimai xadim, dramaturq alim və publisist kimi tanınıb. Bütün ömrünü
xalqının maarifləndirilməsinə həsr edib. 1875-ci ildə S.Əzimin Şamaxıda açdığı yeni
metodlu məktəbə daxil olub.fars, ərəb, rus dillərini bilib. Pedaqoji kursları bitirdikdən
sonra 1883-cü ildə TFilis, Aleksandrovski müəllimlər institutuna daxil olub. 1887-ci
ildə institutu bitirdikdən sonra Həbibə bəy Mahmudbəyovla birgə rus-tatar məktəbini
açır. 1883-də Səmərqənddə məktəb açır. 1896-də H.Mahmudbəyov, İsi bəy MƏlikov və
b. birgə rus-az-can kitabxana və qiraətxanasını təsis edir. Qənizadə Az-da rus klassik və
32
pedaqogikanın əsərlərinin yayılmasına çalışıb. Ərəb əlifbasının təlimini
asanlaşdırmaq məqsədilə «Əlifbai-mütəhərriki» (1897), 1903-də «Tatar-rus lüğətini»
yazıb.
Uzun illər bir çox məktəblərdə inspektor işləyib. O 1906 «Rəhbər» jurnalında «Kiçik
uşaqların tərbiyəsi haqqında» adlı silsilə məqalələr çap etdirmişdir. Onun bu məqalələri
məktəbəqədər yaşlı uşaqların tərbiyəsi üzrə ilk elmi-pedaqoji iş sayılır. Müəllif bu
əsərdə bir-sıra pedaqoji problemlərə xüsusən də uşaqların əqli və fiziki tərbiyəsi
probleminə toxunaraq, valideynlərə məsləhət verir.
Bundan başqa o fiziki tərbiyəyə diqqət yetirir. Ounun fikrincə fiziki tərbiyə insanın
harmonik inkişafına kömək edir.
Öz əsərlərində QƏnizadə müəllim əməyinin və şəxsiyyətini yüksək qiymətləndirir.
1906-da çap olunmuş «Təəssüf» adlı məqaləsində böyük qürurla müəllimlikdən,
pedaqoji sənətin çətinliklərindən həmçinin müəllimlərin ağır maddi vəziyyətdən danışır.
XIX əsrin sonu Azərbaycan tarixində Məmməd Tağı Səfərov (Sidqi) öz yeni metodlu
məktəbləri ilə tanınmışdır. 1892-ci ildə Ordubadda böyük şöhrət qazanmış “Extər”
(Ulduz) adlı məktəb açmışdır. Bu məktəb köhnə məktəbərdən orada dərslərin ana
dilində və yeni metodlarla keçirilməsi ilə fərqlənirdi. Məktəbin tədris planına ana dili,
hesab, coğrafiya, gigiyena, fars və ərəb dilləri daxil idi. 1894-cü ildə Sidqi Naxçıvan
əhalisinin dəvəti ilə orada “Tərbiyə” adlı məktəbi təsis edir. bu məktəbin tədris planına
azərbaycan, rus, fars və ərəb dilləri, tarix, coğrafiya, hesab daxil idi. Digər məktəblərdən
fərqli olaraq burada sinif-dərs sistemi tətbiq olunurdu, şagirdlər yerdə yox, skamyada
əyləşirdilər.
Sidqi “Nümuneyi əxlaq”, “Müxtəsər coğrafiya riyasəti” (Coğrafiya dərsliyi), “Qirayət
fəqini” (Oxu kitabı),”Qızlara hədiyyə”, “Xifu səhhət” (Məktəb gigiyenası) kimi
pedaqoji əsərlərin müəllifidir.
Sidqi Azərbaycanın pedaqogika tarixində ilk “Pedaqogika” dərsliyinin müəllifidir.
Mahmudbəy Poladbəy oğlu Mahmudbəyov (1863-1923) pedaqogika tarixinə tanınmış
pedaqoq, maarifçi, publisist, jurnalist, ana dili dərsliklərinin müəllifikimi daxil
33
olmuşdur. Ömrünün 40 ilini o pedaqoji kadrların hazırlanmasına, gənc nəzlin
yetişdirilməsinə həsr edib.
Mahmudbəy 1863-cü ildə Şamaxıda anadan olub. İbtifai təhsilini Şamaxı şəhər
məktəbində alıb.1879-cu ildə Qori Zaqafqaziya müəllimlər Seminariyasının hazırlıq
qrupuna qəbul olunaraq 1883-cü ildə oranı bitirir. O, uzun illər Ağcabədi, Ağdm,
Göyçay, Qızılağac kənd məktəblərində işləməyə başlayıb.
1906-cı ildə öz yoldaşları ilə birgə “Rəhbər” jurnalını nəşr etdirib. Jurnalda təlim və
tərbiyəyə dair aktual məsələr, ictimai məsələlər işıqlandırılır. Bundan başqa
Mahmudbəy “Birinci il”, “İkinci il”, “Yeni məktəb”, “Türk ədəbiyyatına giriş” kimi
dərsliklərin də müəllifidir.
|