7
Zərdüştliklik qədim dövrdə və ilkin orta əsrlərdə AƏzrbaücan, İran, Orta Asiya, Ön
Asiya , Əfqanıstan və bir sıra başqa ölkələrdə geniş yayılan ən böyük dinlərdən bir i olmuşdur.
Hazırda İranın Yezd bölgəsində yaşayan kəbrlər (atəşpərəstlər)
və Qərbi Hindistanda
məskunlaşmış parslar zərdüşt dininə etiqad edirlər.
Zərdüşt dinin əsasları «Avesta» (Qanun) kitabında öz əksini atpmışdır. «Avesta» tarixi,
dini bir kitab kimi b.e.ə. XV-X əsrlərdə formalaşmış, sonralar isə xeyli dəyişikliklərə
uğramışdı. 12 min inək dərisi üxərində yazılan «Avesta» 815 fəsildən, 21
kitabdan ibarət
olmuşdur. «Avesta» bin neçə hissəyə bölünür: bunlar – Yəsnə, Videvdad, Vispared və Yəştdir.
«Avesta» ilkin formada bizim dövrümüzə qədər gəlib çatmamışdır. Makedonyalı İsgəndərin
İrana hücumu zamanı bu kitab yandırılmışdır. «Avesta» yenidən IV əsrdə işlənmişdir.
«Avesta»da qədim Az-da yaşayan xalqların dini- fəlsəfi, mənəvi-əxlaqi, ixtimai-siyasi
görüşləri əks olunmuşdur. «Avesta»insanı xeyirxahlığa, şər qüvvələrə qarşı mübarizəyə, oda,
torpağa,Ö vətənə sədaqətə səsləyir. «Avesta»da xeyir və şər anlayışları əxlaqi kateqoriyalar
kimi nəzərdən keçirilir. Vahid allah ideyasını müdafiə edən «Avesta»da butun kainatı,
insanlığı ulu Hörmüz (Ahurə - Məzda) idarə edir. ZƏrduşt Hörmüzün xeyirxahlığını, arzu və
istəklərini həyata keçirən peyğəmbərdir. Əhriman (Ahura-Manyu) xeyirxah qüvvələrə qarşı
dayanan şər qüvvədir., bədxahlığın, hiylənin, şərin, yalanın hamisdir. Əhriman sonrakı
dinlərdə şeytan, iblis kimi də itəsəvvür olunur.
Zərdüştlik nəticə etiBarı ilə xeyirin şər üzərində, işığın zülmət üzərində qələbəsinə inam
və etiqaddır. Zərdüştliyin mənəvi – əxlaqi idealı da xyeirlə, ədalətlə bağlıdır. «Avesta»da
zərduştliyin idealı əxlaqi üçlükdə (xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl)
və ictimai
üçlükdə (ailə, icma, vilayət) ifadə olunmuşdur. Burada butun psixi proseslər üç mərhələyə
bölünür: fikir, söz, əməl.
«Avesta»da təlim-tərbiyəyə geniş yer verilmişdir. «Avesta»nın ilkin variantında
təlim-
tərbiyəyə həsr olunmuş ayrıca bir fəsil olsada, sonradan tarixi hadisələr nəticəsində bu fəsil
məhv olmuş, dövrümüzə qədər gəlib çatmamışdır.
Lakin qeyd olunur ki, həmin fəsildə təlim-
tərbiyənin növü, tərbiyəçi və müəllimlərin işinin xüsusiyyətləri izah edilmişdir.
«Avesta»da insanların yüksək məqsədə , ali məqama çatmasında müəllimin rolu yüksək
qiymətləndirilir: «Pis müəllim şüuru korlar, sözün mənasını çaidırmaz. Ağlın inkişafını
dayandırar, ətlim-tərbiyəni fəsada çevirər» və s.
8
Zərdüşt müəllimlərələ yanaşı, alimlərin də cəmimyyətdəki
istiqamətverici rolunu
düzgün qiymətləndirmişdi: «Çalışın ki, alim və cahil araasında fərq qoyasınız. Alimlərin
həyatın yol göstəriciləridir».
«Avesta»da təbiət, coğrafi şərait, dtin və dövlətin idarə edilməsi üsulları təlim-
tərbiyənin əsas amili kimi göstərilmişdir. Zərduştün fikrincə Əhrimana (şərə) qalıb gəlmək
üçün biliyə yiyələnmək vacibdir. Ona görə də elmə yiyələnmək «Avesta»da dini vəzifələrdən
sayılır.
Zoroastrizmin vətəni Az-da saray, atəşgədə, atəşgah məktəbləri olmuşdur. Sasanilərin
hakimiyyəti dövründə zərdüşt ölkənin rəsmi dininə çevrildi. Bunun əsasında da bəzi ibtidai
və peşə məktəbləri də yarandı. Saray məktəbdərində şahzadə və rütbə sahiblərinin uşaqları
təhsil alırdılar. Bu məktəbdə dövlət üçün kadrlar yetişdirilirdi. İbtidai təhsil 7 yaşından 15
yaşına kimi davam edirdi. «Avesta» dualarının və nəğmələrin öyrənilməsi ibtidai təhsilin
məzmununu təşkiml edirdi. Zərdüşt dini sasanilərin dövründə hakim feodalların mənafeinə
uyğunlaşaraq sinfi xarakter daşıyırdı. Məktəblər 4 təbəqəyə (kahinlər, cavanlar, sənətkarolar)
və xidmət məqsədilə (uşaqlar, cavanlar, kişilər və yaşlılara) bölünürdü.
Atəşgədələrdə təhsil alanlar bütün günü orada olur, hətta gecələr də orada qalırdı. onların
xərclərini atəşgədələr ödəyirdi. Saray məktəblərində gənclərin təlim-tərbiyəsi ilə şahzadələr və
ustandarlar məşğul olurdular.
Digər məktəblərdə isə mağlar, onları isə hirbod və yaxud
atrvanlar əvəz etməklə təlim-tərbiyə ilə məşbul olurdular. Həmin məktəblərdə təlim-tərbiyə 3
hisəyə bölünürdü: dini-əxlaqi, fiziki (idman) yazım – oxumaq. Zərdüşt dinini qəbul edən hər
bir gənc 15 yaşında həddi-buluğa çatmış hesab olunurdu. Bu vaxtdan sonra onun dini ayinləri
yerinə yetirilməsi məcburi idi.
Zərdüşt dinin təriqətlərində fiziki tərbiyəyə ciddi fikir verilirdi. Xəstələnmə, zəifləmə
Əhrimanın əməli sayılırdı. Ona görə
də şərə qalib gəlməkçün sağlam, təmizkar, qüvvətli
olmaq lazımdı.
Dostları ilə paylaş: