Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   2   3   4   5   6   7   8   9   10   ...   54
muhazire

MÜHAZİRƏ № 2 (2 saat) 
XIX əsrin I yarısında Azərbaycanda məktəb və pedaqoji fikir. 
Plan: 
1. XIX əsrin I yarısında Azərbaycanda ictimai siyasi vəziyyət. İlk qəza 
məktəblərinin açılması. 
2. İlk ibtidai məktəblərin meydana gəlməsi 
3. A.Bakixanovun ədəbi-pedaqoji fəaliyyəti. ilk müsəlman məktəblərinin açılması 
4. M.Ş.Vazehin ilk maarifçilik ideyaları 
5. M.Kazımbəyin elmi-pedaqoji fəaliyyəti. 
1) XIX əsrin I yarısı Azərbaycan xalqının tarixindəç əlamətlar dövrlərdən biridir. 
1813-cü ildə Gülüstan, daha sonra Türkmənçay (1828) müqavilələrinə əsasən Şimali 
Azərbaycanın Rusiyanın tərkibinə daxil olması ilə onun iqtisadi, sosial və mədəni həyatında 
köklü dəyişikliklər baş vermişdi. Bu dəyişikliklər özünü təhsil sahəsində də biruzə verirdi.
1829, 1835, 1848-ci illərdə məktəbnizamnamələri qəbul olundu.
İlk nizamnamə 1829-cu il avqustun 2-də təsdiq olundu. Azərbaycanda xalq maarifi 
sisteminin tarixi bu nizamnamə ilə başlayır. Bu nizamnamənin təsdiqi ilə Azər-da ilk qəza 
məktəblərinin əsası qnoyuldu. İlk qəza məktəbi 30 dekabr 1830-cu ildə Şuşada açıldı. Daha 
sonralar 1831- Nuxa (Şəki), 1832- Bakı, 1833-Gəncə. 
Qəza məktəblərində təhsilin müddəti 3 il idi. İlk 1 il hzazırlıq idi. Bu məktəbəlrin 
əsas məqsədi mülkədar və məmur uşaqlarına yüksək səviyyədə elm verib, onları dövlət 
qulluğuna hazırlamaq idi. Proqramma şəriət, yerli dil, hesab, coğrafiya, hüsnxətt kimi 
fənnlər idi. 


17 
2) 1853-cü ilin oktyabr ayında qəbul edilmiş nizamnamə Az-da ilk ibtidai 
məktəblərin yaranmasına səbəb oldu. Qafqaz təlim idarəsi yarandı. Onun tərkibinə Tiflis
Kutaisi, Stavropol və Qara dəniz sahili məktəbləri daxil edildi.
Beləliklə, 1854-cü ildə Azərbaycanda ilk ibtidai məktəblərin əsası qoyuldu.. həmin 
il noyabrın 10-da Qubada, 24-də Ordubada, 1856-cı il ıntyabrın 21-də Lənkəranda ibtidai 
məktəbəlr açıldı. Bu məktəblərə əhalinin bütün təbəqəsindən olan 8 yaşlı oğlanlar qəbul 
olunurdular. Təhsil bdənişsiz idi. Məktəblərdə şəriət, azərbaycan dili, rus dili, hesab tədris 
olunurdu. Tədris ili yanvarın 1-dən heksablanırdı. İbtidai məkblərin nəzdində kitabxanalar 
da fəaliyyət göstərirdi.
1854-cü il yanvarın 18-də Şamaxıda 4 sinifli ali ibtidai məktəb təşkil edildi.. bu təkcə 
Azərbaycanda deyil, bütün Zaqafqaziyada bu tipdən olan yeganə məktəb idi. Şagirdləlin 
əksəriyyəti yuxarı təbəqədən idi. Bu məktəbin məzunlarından biri də H.Zərdabi olmuşdu. 
Şamaxı 4 sinifli ali ibtidai məktəbi təxminən 6 il fəaliyyət göstərdi. 1859-cu ildə 
Şamaxıda zəlzələ baş verməsi nəticəsində məktəb Bakıya köçürüldü və Bakı 4 sinifli ali 
ibtidai məktəbi adlandırıldı. 
Qadın təhsili. 
Qazlır evlərdə ayrı-ayrı şəxslərdən təhsil adırdılar. Məşədi SƏkinə və Xırdaxanım öz 
evlərində məktəb aburada dini kitablarla bərabər, dünyəvi elmlər də tədris olunurdu., ipək 
saplarla tikiş öyrədilirdi. 1850-ci ildə Güllübəyim xanım Şamaxıda bz evində məktəb 
açmışdı. 
3) XIX əsrin I yarısı Abbasqulu Ağa Bakıxanov, Mirzə ŞƏfi Vazeh, Mirzə Kazım 
bəy kimi maarifçilərin yaradıcılığı ilə zəngin olmuşdur.
Abbasqulu Ağa Bakıxanov (Qüdsi) (1794-1847) Az-can xalqının görkəmli 
maarifçisi, ensiklopedik biliyə malik bir insan olmuşdur. O, ərəb, fars dillərini, Şərq klassik 
ədəbiyyatını dərindən mənimsəmişdi. Hərtərəfli savadlı bir insanolan Bakıxanov tarixi, 
coğrafiyanı, astronomiyanı, şərq və rus filologiyasını çox gözəl bilirdi. O hətta uzun illər 
Qafqaz canişinin yanında tərcüməçi də iqləmiş, polkovnik rütbəsinə qədər yüksəlmişdir. 
Türkmənçay (1828) sülh müqaviləsinin bağlanmasında şəxsən iştirak etmişdi. 


18 
1841-ci ildə Bakıxanov təqaüdə çıxaraq Qubada yerləşir və burada «Gülüstan» adlı 
ədəbi-maarif məclisi yaratdı. Bu məclisdə ədəbi-tarixi, fəlsəfi, etik və s. Mövzularda 
söhbətlər aparılırdı.
Bakıxanov 
«Gülüstanı-İrəm», 
«Qanuni-Qüdsi», 
«TƏhzibül 

əxlaq», 
«NƏsihətnamə» və s. Kimi fəlsəfi, pedaqoji əsərlərində gənc nəslin formalaşması 
məsələlərinə xüsusi diqqət yetirmişdir. 
Özünün «TƏhzibül-əxlaq» (Əxlaq tərbiyəsi) adlı əsərindəo pedaqogika və 
psixologyia sahəsinə toxunur. Əsərin əsas məqsədi gəncləri mənfi keyfiyyətlərdən, pis 
vərdişlərdən uzaq tutmaq, ona özünü aparma qaydalarını, müsbət xüsusiyyətləri 
aşılamaqdır. «Təxzibul-əxlaq»da 102 nəsihət toplanıb. Bakıxanovun bu kitabından XX 
əsrin əvvələrinə qədər mədrəsələrdə dərs vəsaiti kimi istifadə olunub. Ba azarb-can dilində 
yeganə vəsait idi. 
Tərbiyənin məqsədini həqiqi insan yetişdirməkdə görən Bakıxanov, əsasən əqli və 
əxlaq tərbiyəsinə üstünlük vermişdir. Onun fikrincə əsl insan geniş dünyagörüşlü, dərin 
bilikli, yüksək əxlaqi keyfiyyətli, gözəl rəftarlı və xasiyyətli olmalıdır. Bakıxanovun əxlaq 
kriteriyasına – vətənə məhəbbət, əməksevərlik, səxavətlilik, humanistlik və s. Kimi 
keyfiyyətlər daxildir. 
Bakıxanovun elmi-pedaqoji yaradıcılığının əsas məqsədi xalqın maarifləndirilməsi 
olmuşdur. O, müsəlman məktəblərinin açılmasının təşəbbüskarı, «Bakıda müsəlman 
məktəblərinin açılması haqqında lahiyə»nin (1832) rəhbəri olmuşdur. 
İlk müsəlman məktəbi 1847-ci ildə Tiflisdə açıldı. Tezliklə bu cür məktəblər Şamaxı, 
Elizavetpol (Gəncə), Şuşa, Bakı, Salyan, LƏnkəran və Zakatalada da açılmağa başladı. 
Məktəbdə azərb-can dili, fars, ərəb və rus dili, həndəsə, coğrafiya, tarix, rəsmxətt kimi 
fənlər tədris olunurdu.təhsil 6 illik, ödənişsiz idi. Fiziki cəzalar qadağan idi. Müsəlman 
məktəbləri 60-cı illərə kimi fəaliyyət göstərdi. Onlar 3 illik ibtidai məktəblərə çevrildilər. 
4) Mirzə ŞƏfi Vazeh (1794-1852) tanınmış Az-can şairi, pedaqoq və XIX əsr 
maarifçisi idi. 
Gözəl hüsnxəttə malik olan M.ŞƏfi Gəncə mədrəsəsində hüsn xətt müəllimi, Tiflis 
qəza məktəbində, 1850-ci ildən isə Tiflis gimnaziyasında hüsnxətt müəllimi işləmişdir. 40-
cı illərdə Gəncədə «Divani-hikmət» ədəbi məclisini yaratmışdır. Bu məclis fəaliyyətini 


19 
Tiflisdə davam etdirmişdir. Onu «ŞƏrqin Hafizi» adlandırırdılar. Burada Bodenştedlə 
tanış olur. Bodenşted 1850-ci ildə «Şərqdə 1001 gecə», 1851 «Mirzə ŞƏfi nəğmələri» adlı 
şer kitabını çap etdirmişdi. Bu şerlər butun dunyada şöhrət qazanmışdır. Təkcə Almaniyada 
16 il ərzində 50 dəfə çap olunub. İngilis, italyan, holland, serb, bolqar, ispan, portuqaliya, 
rus və s. dillərə tərcümə olunub. 
Maarif sahəsində də M,Şəfi nin rolu əvəzolunmazhdır. Tiflis gimnaziyasında 
müəllim işləydiyi dövrdə dostu ərəb və fars dili müəllimi İ.İ.Qriyqoryevlə birgə «Kitabi 
türki» (Az-can dilinin müntəxəbatı) dərsliyini tərtib edib. Bu kitab onun vəfatından sonra 
1855-ci ildə çap olunub. Müntəxabatın II hissəsi sayılan «Türk-tatar» lüğəti də çap olunub. 
5) Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu Kazım bəy (1802-1870) – görkəmli 
şərqşünas, pedaqoq, ictimai xadim kimi dünya şöhrəti qazanmışdır. 35 il Qazan və 
Peterburq universitetlərində fəaliyyət göstərmişdi. Onun «Türk tatar dilinin qrammatikası» 
(1839) Rusiya Elmlər Akademiyası tərəfindən Demidov mükafatına layiq görülmüşdür. İlk 
dəfə M.Kazım bəy «Azərbaycan dili» terminini elmi cəhətdən əsaslandırmış və yeni üsullu 
dərsliklərin yaranmasına böyük əmək sərf etmişdir. 
100-dən çox əsərin müəllifi olan M.Kazım ömrünün sonuna qədər özünü yüksək 
ixtisaslı rus şərqşünaslarının hazırlanmasına həsr edib. O dövrünün tanın mış insanları olan 
N.Q.Çernışevski, L.N.Tolstoy, M.F.Axundov və bir çoxları ilə dostluq edirdi. Böyük 
Nizaminin pərstişkarı idi.
Elmi yaradıcılığını İslamın, Az-nın, Qafqazın, İranın, Krım xanlığının və s. tarixi ilə 
bağlı idi. Əsərləri onun mükəmməl bildiyi rus, fars, ərəb, türk, ingilis, fransız, alman, azərb-
can dillərində yazılıb. 
M.kazım bəy «DƏrbəndnamə» (1851-ci ildə B.Britaniyanın şahzadəsinin qızıl 
medalına layiq görüb). «Müsəlman qanunçuluğu kursu», «Müridçilik və Şamil», «İslamın 
tarixi» və s. əsərlərinin müəllifi idi. 
Peterburq univ-də şərqşünaslıq fakültəsinin açılması onun adı ilə bağlıdır. 1853-cü 
ildən ömrünün sonuna 1870-ci ilə kimi oranın dekanı olub. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin