55
III. Təbii din nəzəriyyəsi. J.J.Russo Allahın varlığını qəbul edirdi. O, tərbiyədə uşağın yaş
xüsusiyyətlərini nəzərə almaq tələbinə müvafiq olaraq insanın inkişaf dövrlərini müəyyənləşdirməyə nail
olmuşdur.
O, yaş dövrlərini aşağıdakı kimi müəyyən etmişdir:
1.
Anadan olandan 2 yaşa qədərki dövr. Bu fiziki inkişaf mərhləsi adlanır.
2.
2 yaşından 12 yaşa kimi olan dövr. Bu, əqli yuxu mərhələsi adlanır.
3.
12 yaşdan 15 yaşa kimi olan dövr. Bu, əqlin inkişafı, təlim mərhələsidir.
4.
15 yaşdan 18 yaşa kimi olan dövr. Bu dövrü Russo “fırtına və qasırğa” dövrü adlandırmışdır. Bu
mərhələ əxlaq tərbiyəsinin inkişafı ilə səciyyəvidir.
J.J.Russo birinci dövrdə əsas diqqəti uşağın fiziki tərbiyəsinə verməyi məsləhət görürdü. Onun fikrincə, bu
dövrdə məhz təbiət özü uşağın tərbiyəçisi olmalıdır.
2 yaşından 12 yaşa kimi olan dövrü hiss üzvlərinin inkişafı kimi səciyyələndirən Russo bu mərhələni əqli
yuxu dövrü adlandırır. Bu dövrdə o, fiziki tərbiyəyəy üstünlük verir, duyğuları inkişaf etdirməyi lazım bilir.
O, göstərir ki bu dövrdə uşaq konkret şəkildə düşünsə də, mühakimə edə bilmir.
Ona görə də əqli tərbiyədən
qabaq uşağın hiss üzvləri inkişaf etdirilməlidir.
12 yaşdan 15 yaşına kimi olan dövrdə Russo uşaqların əqli və fiziki tərbiyəsi ilə ciddi məşğul olmağı məsləhət
görür. Onun fikrincə bu dövrdə uşaqlarda əxlaq anlayışı yetərincə inkişaf etməmişdir, bu səbəbdən uşaqları
ətraf aləm və mühitlə, təbiətlə tanış etmək lazımdır.
15 yaşdan sonrakı dövrü Russo əxlaq tərbiyəsi dövrü adlandırır. Bu dövrdə uşaq əxlaqi anlayışları dərk edir.
Onu cəmiyyət içərisinə çıxarmaq olar.
O,
“Emil və ya tərbiyə haqqında” adlı pedaqoji əsərində Emilin inkişafını dörd dövrə bölür. Əsər özü
beş hissədən ibarətdir. Dörd hissəsi Emilin tərbiyəsinin dörd dövründən, beşinci hissə isə qadın tərbiyəsindən,
yəni Sofiyanın tərbiyəsindən bəhs edir.
Beləliklə, J.J.Russonun fikrincə, kamil tərbiyə təbii öyrənmə ilə olmalı və tərbiyə olunanın təbiətinə
tamamilə müvafiq olmalıdır. Tərbiyə zamanı heç bir zor, təzyiq işlədilməməlidir.
Russo uşağın nitq inkişafına xüsusi əhəmiyyət verirdi. O tələb edirdi ki, söz aydın deyilməli və əşya
uşağa göstərilməlidir. Uşaq nitqinin inkişafında Russo hər cür tələskənliyin əleyhinədir. Sözlərin təhrif
edilərək tələffüz olunması Russoya görə uşaqda pəltəklik yaradır.
Russoya görə iki yaşa qədər uşaqlar həqiqi əqli qabiliyyətlərə malik olmurlar. Onlarda təfəkkür, hətta
yaddaş belə yoxdur. Onlar yalnız səsləri, obrazları, duyğuları, rabitələri yadda saxlaya bilirlər. Onların bilikləri
yalnız
duyğularda əks olunur, təfəkkürə keçmir. Bu dövr əqlin yuxu dövrüdür. Madam ki, belədir, onda
uşaqlara əqli məsələlərlə məşğul olmağı təklif etməyin faydası yoxdur.
Russoya
görə fiziki inkişaf, əqli inkişafla sıx bağlıdır. Fiziki inkişaf əqli inkişaf mərhələsinə zəruri
hazırlığı yerinə yetirir.
Uşağın ağıllı və düşüncəli olması üçün onun möhkəm, sağlam olmasına çalışın. Qoyun o işləsin, hərəkət
etsin, qaçsın, qışqırsın, həmişə fasiləsiz hərəkətdə olsun. Qoyun o, güclü və qüvvətli adam olsun. Onda onun
əqli də inkişaf edəcəkdir. Bədəni fiziki möhkəmləndirməyə gəldikdə Russo burada uşağın həddən artıq
əzizlənməsi və qəyyum edilməsinin əleyhinə çıxır. Uşağın ilk addımlarından
müstəqilliyə öyrədilməsi
vacibdir. Uşaq öz gücünə, qüvvəsinə inanmalıdır.
Russo qeyd edirdi ki, Emil ayaq açıb yeriyəndə onun qoru-
yucu papağı, təkərlərə bərkidilmiş səbəti olmayacaqdır. O, özü yeriməyi öyrənəcək, yıxılacaq, duracaq, lakin,
öyrənəcəkdir. Qoy uşaq müstəqil addım atarkən yıxılsın, dizi əzilsin, əti göyərsin – bütün bunlar bu yaşda
təhlükəli deyil. Çünki, əzab çəkmək ilk
şeydir ki, uşaq ona alışmalı, öyrənməlidir.
Russo əmək tərbiyəsinə xüsusi əhəmiyyət verir və deyirdi: “Əlini işsiz başını fikirsiz qoyma”! Oğlu
Emilə məsləhət görərək deyirdi “Emil kəndli kimi çalışmalı, filosof kimi düşünməlidir”. Russo sənətkarlıq
əməyinə xüsusi qiymət verərək deyirdi ki, “Sənətkar heç kimdən asılı deyildir”.
Uşağa hansı peşəni öyrətməli? Hər şeydən əvvəl daim faydalı olan peşəni öyrətmək lazımdır. Bu peşələr
dəbdən, dövlətli adamlardan asılı olmayaraq mövcuddur. Buna görə də Emil özünə şərəfli, faydalı bir peşəni
seçməlidir. Russoya görə peşələr içərisində ən şərəflisi əkinçilikdir. Daha sonra dülgərlikdir.
Dostları ilə paylaş: