54
xarakteri axan çaya bənzəyir. Çayın qarşısında bənd vurub onun istiqamətini, məcrasını dəyişdirmək müm-
kün olduğu kimi, insan xarakterini də tərbiyənin gücü ilə dəyişdirmək olar.
Beləliklə, Lokk XVII əsrdə geniş vüsət tapmış tərbiyəni hər şey hesab edən nəzəriyyənin başında durur,
onun yaradıcısı hesab olunurdu. Jan Jak Russo, Pestalotsi də onun nəzəriyyəsindən qidalanmışdır.
Fransız materalist filosoflarının görkəmli nümayəndələrindən biri
Klod Adrian Helvetsidir (1715-
1771). Onun dünyagörüşünün formlaşmasında C.Lokkun “İnsan ağlı haqqında təcrübələr” adlı əsəri mühüm
rol oynamışdır. Bunun təsiri ilə K.A.Helvetsi 17580ci ildə “Ağıl haqqında” adlı fəlsəfi əsərini yazmışdır.
Onun bu əsəri din xadimləri tərəfindən müqavmətlə qarşılanmış və yandırılmışdı. Həbs olunmaq
təhlükəsi qarşısnda qalan Helvetsi Fransanı tərk edərək Almaniyaya getmiş və yeni bir əsəri olan “İnsan, onun
əqli qabiliyyətləri və tərbiyəsi haqqında” adlı əsərini yazmışdır.əsər onun vəfatından 2 il sonra nəşr
olunmuşdu.
Helvetsi şəxsiyyətin inkişafında irsiyyətin rolunu rədd edərək tərbiyənin rolunu yüksək qiymətləndirir
və deyirdi: “Tərbiyə hər şeyə qadirdir!”. Onun fikrincə tərbiyə hər şeyi həll edir, tərbiyə vasitəsilə dahilər
yetişdirmək mümkündür. Bu isə onun idealist – “dünyanı rəylər idarə edir” baxışından irəli gəlirdi. Helvetsi
yazırdı ki, insan biliyi onun duyğularının məhsulu olduğundan, tərbiyənin əsas vəzifəsi hiss orqanlarını tərbiyə
və inkişaf etdirməkdən ibarətdir. Həqiqətlər nə qədər yüksək olursa olsun hamı tərəfindən qavranıla bilər -
deməklə insanlar arasında olan təbii fərqləri inkar edirdi. Helvetsinin fikrincə din xadimlərini məktəbdən
qovmaq, köhnə sxolastik feodal məktəbini kökündən dəyişmək, məktəbləri dünyəvi etməklə dövlətin
ixtiyarına vermək lazımdır. Helvetsi ictimai tərbiyəni ailə tərbiyəsindən üstün tutaraq məktəb tərbiyəsinə
böyük əhəmiyyət verirdi. “Ağıl haqqında”, “İnsan, onun əqli qabiliyyətləri və tərbiyəsi haqqında” əsərlərni
yazmışdır.
Dostları ilə paylaş: