Мцщазиря №1 (2 саат)


Quldarlıq cəmiyyətində təlim, tərbiyə və pedaqoji fikir



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   6   7   8   9   10   11   12   13   ...   54
muhazire

Quldarlıq cəmiyyətində təlim, tərbiyə və pedaqoji fikir. 
Yunanıstan ərazisində bir çox xirda quldar dövlətlər olmuşdur. 1. Lakoniya dövləti- əsas şəhəri 
Sparta idi. 2. Attika dövləti- əsas şəhəri Afina idi. Bu dövlətlərin hər ikisində quldarlıq 
quruluşu olmasına baxmayaraq, müxtəlif iqtisadi, siyasi vəziyyətlərinə görə onlar Sparta və 
Afina tərbiyə sistemi yaratmışlar. 
Sparta tərbiyə sistemi. Sparta əkinçilik ölkəsi olduğundan orada qul əməyi əsas yer 
tuturdu. Qullar amansızcasına istismar edilirdi. Sparta da 8-9 min ailə qul sahibi idi. Bəzən 
qullar üsyan edib öz sahiblərinə divan tuturdular. Buna görə də burada tərbiyənin əsas vəzifəsi 
quldar uşaqlarından möhkəm, dözümlü döyüşçülər, gələcək üçün itaətkar qullar hazırlamaq 
idi.
Quldarların uşaqları 7 yaşdan dövlət tərbiyə müəssisələrinə toplanır, 18 yaşa qədər 
dövlət nəzarətçisinin (Pedanomun) rəhbərliyi altında tərbiyə alırdılar. 
Əxlaqi və siyasi tərbiyə xüsusi təşkil olunmuş müsahibələr yolu ilə aparılırdı. Uşaqlar 
qısa və lakonik cavaba alışdırılırdılar. 18-20 yaş arasında gənclər xüsusi efeblər qrupuna daxil 
olur və hərbi təcrübə keçirdilər. 20 yaşdan 30 yaşa qədər əsgər “legion” adlanırdı. Sparta da 
qızların da hərbi fiziki tərbiyəsinə diqqət yetirilirdi. Oğlanlar müharibədə olduğu zaman qızlar 
daxili asayişi qorumalı və qulları silah gücünə itaətdə saxlamalı idilər.
Afina tərbiyə sistemi. Spartadakından əsaslı surətdə fərqlənirdi. Afinada əkinçiliyin 
sənətkarlığın və ticarətin inkişafı sahəsində quldarlar iki təbəqəyə: ticarət və torpaq 
zadəganlarına ayrılırdılar. Bu təbəqələr hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparırdılar. 
Eramızdan bir neçə əsr əvvəl Afinada fəlsəfə, təbiət, riyaziyyat, tarix, incəsənət və 
heykəltəraşlıq inkişaf etmişdir. Afinada hakim təbəqədən bilikli adamlar tərbiyə etmək vəzifəsi 
qarşıya qoyulmuşdu. Aşağı təbəqənin nəsibi isə ancaq fiziki əmək olmuşdur. Hakim təbəqənin 
nümayəndələri müəllimlərə də həqarətlə baxırdılar. Ancaq Afina da aşağı təbəqəyə mənsub 
olan müəllimlərdən də istifadə edirdilər. Afinada uşaqlar 7 yaşa qədər ailədə tərbiyə alırdılar. 
Sonra oğlan uşaqları məktəbə gedir, qızlar isə tərbiyələrini ailədə davam etdirirdilər.
7 yaşdan 13-14 yaşa qədər qrammatika və kifara musiqi məktəbində təlim alırdılar. Bu 
iki məktəbdən təlim ya əvvəlcə qrammatika sonra isə kifara məktəbinda aparılırdı. Bu 
məktəblər ayrı-ayrı şəxslər tərəfindən açılır və pullu olurdu. Aşağı təbəqənin uşaqları müstəsna 
hallarda orada oxuyurdular. Uşaqları didaskal (didasko- öyrədirəm) müəllimlər oxudurdu. 


35 
(“Didaktika” təlim nəzəriyyəsi sözü də buradan əmələ gəlmişdir). Uşağı məktəbə aparan qul 
pedaqoq adlanırdı.
Qrammatika məktəblərində oxu, yazı, hesab öyrədilirdi. Yazı mumlu taxta üzərində 
aparılırdı. Say isə daşlar, çöplər, barmaqlarla təlim edilirdi. Kifara məktəblərində musiqi, 
nəğmə, bədii qiraət keçilirdi.
13-14 yaşdan sonra uşaqlar 2-3 illik idman (Palestra) məktəbinə gedirdilər. Orada 
yeniyetmələrə 5 bacarıq: qaçamaq, hoppanmaq, güləşmək, ox atmaq, üzmək öyrədilirdi. 
Dövlətli gənclər fəlsəfəni, siyasəti, ədəbiyyatı öyrənmək və dövlət idarəsində iştirak etmək 
üçün gimnaziyaya daxil olurdular.
18-20 yaşda isə gənclər efebiya- hərbi və mülki təcrübə keçirdilər. Afinada ardıcıl təhsil 
yalnız hakim təbəqənin uşaqlarına verilirdi. Təhsil pullu, məktəb isə xüsusi idi. Ona görə də 
aşağı təbəqənin uşaqları fiziki əməklə məşğul olurdular. Ata öz sənətini övladına öyrətmədikdə 
dövlət qanunu ilə gələcəkdə övladının maddi qayğısından məhrum edilirdi.
Qədim Romanın inkişafı 3 dövrə bölünür: İcma, Respublika və İmperfiya dövrü. 
İcma dövründə ata hüququ həlledici rol oynayırdı.Bu dövrdə tərbiyənin məqsədi bacarıqlı 
əkinçi, qüvvətli döyüşçü, dindar şəxs yetişdirmək idi.Uşaqların təlim-tərbiyəsi ailədə 
aparılırdı.Onlara oxumaq, yazmaq savadlı ailə başçısı tərəfindən öyrədilirdi. 
İstehsal və məhsuldar qüvvələrin inkişafı sayəsində İcma quruluşu dağılır və quldarlıq 
quruluşu ilə əvəz olunur. Romanın ikinci dövründə icyimai təbəqələşmə daha da 
güclənir.Əhalinin təbəqəəşməsi məktəblərin də təbəqələşməsinə səbəb olur.İbtidai məktəblər 
əhalinin zəngin olmayan təbəqəsinə (pleybeylərə) xidmət edirdi. 
Roma respublikasının son dövründə xüsusi Ritorika məktəbləri əmələ gəldi.Tədris haqqı 
yüksək olduğuna görə həmin məktəbə yuxarı təbəqənin uşaqları daxil olurdular. Burada 
gənclərə fəlsəfə, hüquq, yunan dili, riyaziyyat və musiqi öyrədilirdi.Belə məktəbi bitirənlər 
yüksək dövlət vəzifəsi tuturdu. 
Yunan mədəniyyəti Romada geniş yayıldığından yunan dilim əyanlarfın dili olmuşdur. 
Eramızın I əsrindən Romada imperiya yarandı.İmperatorlar öz hakimiyyətlərini 
möhkəmlətmək üçün məktəblərdən də istifadə etdilər.Məktəblərin qarşısına imperiyaya 
sədaqətli məzunlar hazırlamaq vəzifəsi qoyuldu. Xristian dini hakim din təyin edildi. 
Roma pedaqogikasının ən məşhurlarından biri M.F.Kvintilian (42-118) olmuşdur. O, 12 
cilddən ibarət “Natiqlik tərbiyəsi haqqında” adlı əsər yazmışdır.Bu əsərin bizə gəlib çıxan 


36 
hisssələrindən onun qedoqoji görüşlərini müəyyən etmək mümkündür.O, ritorika 
məktəblərinin müəllimi kimi öz təcrübəsini ümumiləşdirmişdir.Kvintilianın əsərləri məktəb 
təcrübəsi ilə bağlı olan ilk əsərlərdəndir. 
Kvintilian uşaqların təbii istedadına yüksək qiymət vermişdir.Onun fikrincə kütlük və 
istedadsızlıq müstəsna haldır.Müəllim məktəbdə hər bir uşağa ehtiyyatla və diqqətlə 
yanaşmalıdır.Müəllim yüksək təhsilli, təmkinli,nümunəvi olmalı, uşaqları sevməli,onları 
diqqətlə öyrənməli, mükafat və cəzanı düzgün istifadə etməyi bacarmalıdır.Tərbiyədə 
nümunənin böyük əhəmiyyətini görən Kvintilian onları pis yoldaşların təsirindən 
uzaqlaşdırmağı lazım bilirdi. 
Kvintilian natiq tərbiyəçisi olduğu üçün uşağın nitq inkişafına xüsusi diqqət yetirmişdir.O, 
evlərə sözləri düzgün tələffüz edən dayələr və qulluqçular çağrılmasını vacib bilmişdir. 
Kvintilian musiqiyə yüksək qiymət vermişdir.O, təlim prosesində əsaslı bilik verməyi və 
tələsməməyi məsləhət görürdü.Uşaqlarda məntiqi təfəkkürün tərbiyəsi və biliyin sistemli, 
ardıcıl olması üçün riyaziyyat öyrədilməsini vacib bilirdi.Təkrarlara geniş yer verirdi. 
Kvintilian bu deyilənləri öz əməli fəaliyyətində həyata keçirmişdir. 
Feodalizm cəmiyyəti 3 silkdən ibarət idi: 
1) Dünya feodalları 2) ruhanilər 3) kəndlilər. 
Bütün torpaqlar zadəganların, ruhanilərin əlində idi. Onlar kəndliləri amansız istismar 
edirdilər. F. Engels bu dövrdən bəhs edərkən yazmışdır ki, feodalizm cəmiyyətində əqli 
təhsil ruhanilərin inhisarında idi, təhsil dini səciyyə daşıyırdı. Din xadimləri əmək 
adamlarının şüuruna yeritmək istəyirdilər ki, kim bu dünyada əzab-əziyyət çəkərsə, 
“həqiqi” dünyada firavan yaşayacaqdır. Bununla da onlar insanları tərki-dünyalığa dəvət 
edirdilər.
VII-VIII əsrlər Afrikanın və Avropanın bir çox ölkələrini istila etmişdilər. Ərəblərin 
mədəniyyəti bəzi cəhətdən istila etdikləri ölkələrdən aşağı olduğu üçün bu ölkələrdən 
mədəniyyət əxz edirdilər.
Şərqdə də elm və mədəniyyət inkiçaf edirdi. IX əsrdə özbək alimi Mahmud-Əl-Xarəzmi, 
XI-XIII əsrlərdə Azərbaycanda Bəhmənyar Mahmud Naxçıvani, N. Gəncəvi, N. Tusi və 
başqaları riyaziyyat, astronomiya, fəlsəfə, ədəbiyyat və başqa sahələrdə böyük işlər 
görürdülər. Bir sıra ölkələrdə ibtidai müsəlman məktəbləri və yuxarı tipli məktəblər-


37 
mədrəsələr meydana çıxmışdır. Bu məktəblər əhalisi ərəb dilində danışan Yaxın Şərq 
ölkələrində savadın yayılmasına kömək etmişdir. Lakin Azərbaycanda ərəb dili savad işini 
çətinləşdirmiş və mədəni inkişafı ləngitmişdir.
Ərəblər Avropa mədəniyyətinə də öz təsirlərini göstərmişlər. Onlar Kordovada 
universitet açmış və bunu vasitəsilə antik əsərləri Avropaya çatdırmışlar. Səlib yürüşləri 
zamanı isə Avropa Vizantiya mədəniyyəti ilə tanış olmuşdurş Buy mədəniyyət Rusiyaya 
da keçmişdir.
Əsrlər boyu Qərbi Avropa ölkələrinin həyatında katolik kilsəsi böyük rol oynamış və 
təhsili öz inhisarına almışdır. Orta əsrlərdə ruhanilərin 3 tip məktəbləri olmuşdur: 1) 
məhəllə 2) monastr 3) sobor yaxud kafedral məktəblər. 
Məhəllə məktəbləri kənd kilsələri yanında yaxud ruhanilərin evində təşkil edildi. Orada 
oğlanlar oxuyurdu. Onlar latın dilində kilsə nəğmələri öyrənirdilər. Məhəllə məktəblərində 
kənd və şəhər uşaqları oxuya bilərdilər. Onlar fiziki əməklə məşğul olur və atalarının 
peşələrini öyrənirdilər. Monastr və sobor məktəbləri monastr yanındakı xüsusi binalarda 
yaxud şəhərlərdə böyük kilsə yanında olurdu. Bu məktəblər 2 yerə bölünürdü: Daxili və 
Xarici. 
Daxili məktəbdə oxuyanlar orada da yaşayırdılar, əsasən rahibliyə hazırlaşırdılar. Xarici 
məktəblərdə oxuyanlar ruhani olmaqdan başqa, məmur da ola bilərlər. Bu məktəblər yuxarı 
tipli məktəblər idi. Orada yuxarı təbəqənin uşaqları oxuyurdu. Məktəbin tədris müddəti və 
orada oxuyan uşaqların yaşı müəyyən edilməmişdi. Ona görə də bu məktəblərdə balaca 
uşaqlarla yanaşı gənclər hətta yaçlı adamlar da oxuyurdular.
Təlim uşaqların anladığı latın dilində, quru əzbərləmə yolu ilə aparılırdı. Bu məktəblərdə 
sərt fiziki cəza tətbiq olunurdu.
Monastr və kilsə məktəblərinin məzmunu 7 sərbəst sənəd təşkil edirdi. Bunlar üçlüyə 
(tivium) və dördlüyə (kvadrium) bölünürdülər. Üçlüyə- qrammatika, ritorika və dialektika; 
Dördlüyə- hesab,həndəsə, astranomiya və musiqi fənləri daxil edilmişdi. Bunlardan əlavə 
həmin məktəblərdə ilahiyyat da tədris olunurdu. Bütütn tədris fənlərinin qarşısında dini 
vəzifələr qoyulurdu. Qrammatika dini mətnlərin düzgün oxunmasına, ritorika dini bəzzlər 
etməyə, dialektika din asiləri ilə mübarizə aparmağa, hesab və astranomiya dini 
bayramların düzgün təyin edilməsinə xidmət edirdi. 
2 sual 


38 
Dünyəvi feodallar öz uşaqlarından cəngavərlər tərbiyə etməyə çalışırdılar. Cəngavər 
tərbiyəsinin məzmununa 7 əsas bacarıq daxil idi: At çapmaq, üzmək, ox atmaq, qılınc 
oynatmaq, ov etmək, şahmat oynamaq və şeir qoşub oxumaq.
Oxu, yazı cəngavər üçün vacib deyildi. Buna görə də bəzi ən böyük qraf və hersoqlar 
savadsız idilər. Dini ehkamlar cəngavər uşaqlarına ailədə təlim edilirdi.
Cəngavər təlimi aşağıdakı qayda üzrə gedirdi. Fepdalların böyük oğulları 7 yaşa qədər 
öz ailələrində qalırdılar. 7 yaşdan sonra uşaq onun atasından yuxarı rütbəli feodalın sarayına 
göndərilirdi. Uşağın məktəbi məşhur cəngavərin sarayı hesab olunurdu. 14 yaşa qədər uşaq 
feodalın qadını yanında paj (şagird) vəzifəsini icra edirdi. 14 yaşdan sonra yeniyetməyə 
təntənəli şəraitdə qılınc verilir və 21 yaşa qədər cəngavər yanında silah daşıyan olurdu. 21 
yaşa çatdıqda ona cəngavər adı verilirdi.
O dövrdə qadınların elmi təhsilinə daha çox diqqət yetirildiyindən, Qərbi Avropa 
feodallarının, xüsusilə cəngavərlərin arvadları çox zaman ərlərindən savadlı olurdular. 
Ərləri olmadıqda təsərrüfatı idarə edə bilirdilər. 
3 sual 
XII-XIII əsrlərdə Qərbi Avropada ölkələr arasında iqtisadi əlaqələr getdikcə 
genişlənirdi. Şəhərlər artır, sənətkarlıq və ticarət inkişaf edirdi. Dini ehkamlara qarşı 
şübhələr oyanır, dünyəvi mədəniyyət ünsürləri yayılırdı. Adamlar yalnız kor-koranə etiqad 
etmək deyil, nəyə etiqad etdiklərini öyrənmək istəyirdilər. Məhz belə bir dövrdə dinə 
köməkçi, həmdə onu elmlə, etiqadla, şüurla sazişə gətirməyə çalışan sxolastik fəlsəfə 
meydana çıxdı. İqtisadi inkişaf isə dərin və əsaslı bilik tələb edirdi. Bu tələb nəticəsində, 
XII əsrdən başlayaraq, İtaliyada, Fransada, İngiltərədə, Çexiyada və başqa dövlətlərdə 
universitetlər açılmağa başladı. Orta əsrlərdə universi tetlər bir qayda olaraq, şəhərlərdə 
alimlərim təşəbbüsü ilə əlaqələnmiş və özünü müstəqil idarə etmək hüququna malik 
olmuşdur.
Ruhanilər bu vəziyyətlə razılaşmayıb, universitetləri öz təsirləri altına almağa çalışmış, 
hətta özləri universitetlər açmağa başlamışlar. Tədricən kilsə öz təsirini universitetlər 
üzərində möhkəmləndirmiş və nəticədə universitetin ilahiyyat fakültəsi genişlənmişdir. 
Universitetlərdə 4 fakültə var idi: hazırlıq, ilahiyyat, tibb, hüquq. 
Hazırlıq orta məktəbi əvəz edirdi. Əsas fakültələrdən təhsil müddəti 5-6 il idi. Təlim, 
mühazirə və disput üsulu ilə gedirdi. Oranı bitirənlər doktor adını alırdılar. 


39 
Şəhərlərdə kilksə məktəbləri ilə təmin olunmayan sənətkarlar özləri üçün sex 
məktəbləri, tacirlər isə gildiya məktəbləri açırdılar. Bu məktəblər təlimin həcmi, məzmunu 
və üsulları etibarı ilə kilsə məktəblərindən xeyli fərqlənirdi. Əsasən dünyəvi səviyyədə 
biliklər verilirdi. Sonralar sex və gildiya məktəbləri birləşərək, şəhər idarəsinin xərci ilə 
saxlanılmışdır. 
O dövrdə qadınların elmi təhsilinə daha artıq diqqət yeti- rildiyindən, Qərbi Avropa 
feodallarının, xüsusilə cəngavərlərin arvadları çox zaman ərlərindən savadlı olurdular və ərləri 
olmadıqda belə təsərrüfatı idarə edə bilirdilər. 
Universitetlərin meydana gəlməsi. Sex, kildiya və şəhər məktəbləri. XII—XIII əsrlərdə 
Qərbi Avropada ölkələr arasında iqtisadi əlaqələr getdikcə genişlənirdi. Şəhərlər artır, 
sənətkarlıq və ticarət inkişaf edirdi. Dini ehkamlara qarşı şübhələr oyanır, dünyəvi mədəniyyət 
ünsürləri intişar tapırdı. Adamlar yalnız kor-korana etiqad etmək deyil, nəyə etiqad etdiklərini 
anlamaq istəyirdilər. Belə bir dövrdə dinə köməkçi, həm də onu elmlə, etiqadla, şüurla sazişə 
gətirməyə çalışan sxolastik fəlsəfə meydana çıxdı. İqtisadi inkişaf isə dərin və əsaslı bilik tələb 
edirdi. Bu tələb nəti- cəsində XII əsrdən başlayaraq İtaliyada, Fransada, İnkiltərədə, Çexiyada 
və başqa yerlərdə universitetlər əmələ kəlir. Orta əsrlərdə universitetlər bir qayda olaraq 
şəhərlərdə alimlərin təşəbbüsü ilə əmələ kəlmiş və özünü müstəqil idarə etmək hüququna 
malik olmuşdur. 
Ruhanilər bu vəziyyətlə razılaşa bilməyib, universitetlərin öz təsiri altına almağa çalışmış 
və hətta özləri universitetlər açmağa başlamışdılar. Tədricən kilsə öz təsirini universitetlər 
üzərində möhkəmlədir və nəticədə universitetin ilahiyyat fakültəsi genişlənir. 
Şəhərlərdə kilsə məktəbləri ilə təmin olmayan sənətkarlar özləri üçün sex məktəbləri, 
tacirlər isə gildiya məktəbləri açırlar. Bu məktəblər təlimin həcmi, məzmunu və üsulları etibarı 
ilə kilsə məktəblərindən xeyli fərqlənirdi və əsasən dünyəvi səciyyədə biliklər verirdi. 
İntibah dövründə məktəb və pedaqoji fikir (XIV—XVI əsrlər). XIV—XVI əsrlər Papanın 
mənəvi hökmranlığının qırıldığı, Engelsin təbirincə, bu, elmin kilsəyə qarşı üsyan etdiyi bir 
dövrdür. İntibah dövründə təbiyyət, texniki elmlər sür'ətlə inkişaf etməyə başlayır. Elmin 


40 
müxtəlif sahələrində bir sıra ixtiralar və kəşflər olur. İndi diqqət mərkəzində həyatdan zövq 
almağı bacaran, gümrah, fiziki cəhətdən inkişaf etmiş, yeni fəal insan tərbiyə etmək məsələsi 
durur. Belə bir devrdə humanist pedaqoqlar meydana kəlir. Onların bəzisi məktəblər təşkil 
edir. humanist pedaqoq- ların rəhbərlik etdikləri məktəblərdə kilsənin təsiri xeyli zəifləmişdir. 
Lakin din hələ də təlim fənləri sırasında qalırdı. Çünki geniş kütlə içərisində və məktəblərdə 
kilsə öz hökmranlığını saxlayırdı. 
Bu dövrdə şəhər məktəbləri çoxalırdı. Qızlar üçün də məktəblər açılırdı. Bəzi şəhər 
məktəblərində tə'lim ana dilində aparılır. Yüksək tipli latın məktəbləri, orta mək- təblər 
(kallegiumlar) və gimnaziya əmələ kəlir. Bəzi dini sektalar (məzhəblər) ana dilində ümumi 
ibtidai təlimə keçirlər.
Hər ölkənin ictimai-tarixi şəraitinə uyğun olaraq, onun pedaqoji fikri də xüsusi yolla inkişaf 
edir. Məsələn, humanist pedaqoqlardan Vittorinoda Feltre (1378—1446) İtaliyada təbiətin 
mənzərəli yerində «Şadlıq evi» adlı mək- təb təşkil etmişdir. Bu məktəbdə uşaqların fiziki 
inkişafına xüsusi diqqət yetirilir və təbiətə tənəzzüllərə üstünlük verilirdi. Vittorinonun yazılı 
əsəri qalmamışdır. Onun şüarı belə imiş: yazmaqdan əməli iş görmək faydalıdır. 
Görkəmli humanistlərdən biri fransız Fransua Rable (1483—1553) idi. O, məşhur 
«Qarqantua və Pantaqruel» adlı əsərində orta əsrin sxolastik təlim və tərbiyə sistemini kəskin 
tənqid etmişdir. Qarqantuanın köhnə sxolastik müəllimi hər şeyi şüursuz olaraq ona 
əzbərlədir. Odur ki, Qarqantua düzgün olmayan təlim nəticəsində tamamilə küt bir məxluqa 
çevrilir. 
Rable sxolastik tə'limin insanı şikəst etdiyini Qarqantuanın simasında təsvir edir. O belə 
bir eybəcərlikdən yaxa qurtarmaq üçün çıxış yolunu göstərir. Uşaqda yaradıcılıq və 
təşəbbüskarlığın inkişaf etdirilməsini irəli sürür. Qarqantuanın atası sxolastik müəllimi qovub 
yeni humanist müəllim çağırır. humanist müəllim hər şeyi kökündən dəyi- şir. Qarqantua 
bədən tərbiyəsi ilə məşğul olur, elmləri düzkün və ardıcıl öyrənməyə başlayır. O, ulduzları 
müşahidə etmək yolu ilə astronomiyanı öyrənir, fənlərin tədrisi, müsahibələr, kitablar oxumaq 
və əyani vəsaitdən istifadəyə əhəmiyyət verirdi. Qarqantua musiqini öyrənir. Beləliklə, Rable 
təlimin həyatiliyini və əyaniliyini müdafiə edir. 
İntibah dövrünün pedaqoji fikir zirvəsini İnkiltərənin ilk utopik-sosialisti Tomas Morun 
(1478—1535) "Ən közəl dövlət quruluşu haqqında qızıl kitab və ya yeni Utopiya adası» adlı 
əsərində irəli sürdüyü ideyalar təşkil edir. Tomas Mor kapitalizmin dəhşətlərini aydın körmüş 


41 
və zəhmətkeşlərin həyat şəraitinin pisləşməsinə, onların fəlakətinə qarşı etirazını 
bildirmişdir. Tomas Mor İnkiltərədə mövcud olan ədalətsiz ictimai quruluşa qarşı çıxış etmiş, 
utopik sosializm quruluşunu ona qarşı qoymuşdur. 
Mor deyirdi ki, bütün cəmiyyət üzvlərinin ehtiyacını ödəmək üçün dvoryanlardan, din 
xadimlərindən və başqa avara müftəxorlardan azad olmaq lazımdır. 
T. Morun təsvir etdiyi «Utopiya» adasında bütün uşaqlara— oğlanlara da, qızlara da ictimai 
tərbiyə və ibtidai tə'lim verilir. Tə'lim ana dilində aparılır. Məktəbdə hesab, həndəsə, 
astronomiya, musiqi, dialektika, təbiət fənləri keçilir. Bədən tərbiyəsinə isə xüsusi diqqət 
yetirilir. Mor əmək tərbiyəsini ilk dəfə irəli sürən mütəfəkkirlərdən biridir. T.Morun təsvir 
etdiyi utopik cəmiyyətn bütün üzvləri əkinçiliyi və bundan əlavə başqa sənəti öyrənməli idilər. 
Utopik cxəmiyyətin üzvləri boş vaxtlarını kitabxanalarda, muzeylərdə keçirirlər. T.Morun 
ideyaları pedaqoji fikrin inkişafında mühüm rol oynamışdır. 
İntibah dövründə İtaliya humanistləri arasında TomazoKompanella seçilirdi. Özünün azad 
fikirliliyinə görə, Kompanella inkvizisiya təqiblərinə məruz qalmışdır. O, cəmiyyətdə böyük 
dəyişikliklərin zəruruliyini qeyd edir, yer üzərində Allahın hökmranlığını qəbul etməyi, xüsusi 
mülkiyyətin və istismarın ləğv olunmasını tələb edirdi. 
Kompanella 1599-cu ildə İtalyanı İspan zülmündən azad etmək məqsədilə üsyan 
qaldırmağa cəhd etmişdır. Lakin qəsdin üstü açılmış, o, həbs olunaraq ömürlük həbs cəzasına 
məhkum olunmuşdur. Ömrünün 33 ilini həbsxanada keçirən Kompanella bir çox əsərlərinin 
burada yazmışdır. 
“Günəş şəhəri” adlı kitabını da burada yazmışdır. Bu əsər utopuya olsa da onun pedaqoji 
ideyalarını öyrənmək baxımından da qiymətlidir. Günəş şəhərində gənclərin ictimai, fiziki, 
estetik tərbiyəsinə diqqət yetirilirdi. Bu şəhərin gəncləri tənbəllik, lovğalıq, oğurluq kimi pis 
əməllərdən uzaq idi. Onlar elmlə məşğul olur, tarix və adət ənənələri öyrənirdilər. 


42 


43 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin