Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   7   8   9   10   11   12   13   14   ...   54
muhazire

MÜHAZİRƏ № 6 (2 saat) 
 
Slavyan pedaqoqu Y.A.Komenskinin pedaqoji ideyaları 
Plan: 
1. Y.A.Komenskinin yaş dövrləri və məktəb sistemi 
2. Y.A.Komenski dərs-sinif sistemi
3. Y.A.Komenskinin didaktik prisipləri 
4. Y.A.Komenski əxlaq tərbiyəsi və nizam-intizam haqqında 
YAN AMOS KOMENSKİNİN PEDAQOJİ İDEYALARI 
Komenskinin dünyakörüşü. Komenskinin dünyakörüşünə din qüvvətli təsir etmişdir. O 
özünün «Böyuk didaktika» adlı əsərinin birinci fəslində bu dünyadakı həyatı «əbədi həyata» 
yalnız hazırlıq hesab etmişdir. Lakin əsərin sonrakı əsas fəsillərində o, başqa prinsipi—
realizmi rəhbər tutmuşdur. O, əfsanələri, Platon ideyalarını deyil, əşyaları, ətraf mühiti, real 
varlığı, həyat üçün faydalı olan həqiqi biliyi öyrənməyi tələb etmişdir. Beləliklə, Komenskinin 
dünyakörüşündə materializm ünsürləri, hissi təcrübələrə əsaslanmaq meyli, sensualizm 
dindarlıqla növbələşir və bir-birinə qarışır. Komenskinin dünyagörüşünün əsasını sensualizm, 
yəni real aləmi hissi idrakla dərk etməyin mümkünlüyü təşkil edir. O, göstərirdi ki, «ölü 
kitablar əvəzinə təbiətin canlı kitablarını açmalıyıq». Komenski ətraf aləmin obyektiv 
varlığına inanır. Lakin Komenskinin məzmunca materialist səciyyə daşıyan sensualizminə 
dini forma geyindirilmişdir. Bu da onun nəzəriyyəsinin və dünyakörüşünün ziddiyyətli 
olduğunu göstərir. 
Humanizm və demokratizm Komenskinin dünyagörüşündəki mühüm ünsürlərdir. 
Komenski nikbin baxışlı bir pedaqoq olmuşdur. Onda insana, onun qüdrətinə, gözəl meyl və 
arzularına böyük inam var idi. «Böyük didaktika» adlı əsərində deyirdi: «hamı insan olmaq 
kimi əsas bir məqsəd üçün doğulmuşdur». «İnsanın həqiqi insan olması üçün o, təhsil 
almalıdır. Xalq kütləsinin özünə hikmətlərin geniş darvazası açıq olmalıdır». Beləliklə, 
Komenskinin dünyagörüşünə dinin təsir etməsinə baxmayaraq, o, idrak nəzəriyyəsində 


44 
sensualist fəlsəfənin tələblərinə əsaslanmış, ictimai görüşlərində dövrünün ən mütərəqqi, 
insanpərvər və demokratik fikirlərinin ifadəçisi olmuşdur. 
Komenskiyə görə insan yalnız tərbiyə sayəsində insan olur. O, uşaqları qruplara bölərkən 
istedadsız və tənbəllərə çox az təsadüf etdiyini və onları da təlim-tərbiyənin gücü ilə 
düzəltməyin mümkün olduğunu qeyd edirdi. Tarbiyənin böyük gücünə və imkanlarına inam, 
Komenskinin pedaqokikaya gətirdiyi yeni fikir idi. Halbuki, Komenskiyə qədər hökm sürən 
kilsə təlimində insan ilahiyyat tərəfindən yaranmış və gələcəkdə nə olacağı qabaqcadan 
müəyyən edilmiş bir məxluq kimi izah olunurdu. 
Təbiətəmüvafiqlik. Komenskinin pedaqokikasını çox zaman təbiətəmüvafiq pedaqogika 
adlandırırlar. Doğrudan da onun pedaqogikası təbiəqəmüvafiqlik prinsipi üzərində 
qurulmuşdur. Komenski orta əsr pedaqokikasının bir çox ənənələrini rədd etmiş, tərbiyənin 
yeni təbii qanunlarını axtarmışdır. Komenski belə qənaətə gəlmişdir ki, bu qanunlar təlim 
prosesinin öz təbiətindən çıxarılmalıdır və düzgün tərbiyə təbiətə müvafiq olmalıdır. 
Komenski təbiətəmüvafiqliyi belə izah edir: insan təbiətin bir hissəsidir. Ona görə də onun 
ümumi qanunlarına tabe olmalıdır, bu qanunları tərbiyədə nümunə tutmalıdır. Komenski 
didaktik üsullarını təbiət və insan fəaliyyəti ilə müqayisə edir (bağbanın, memarın, rəssamın 
və s.). Komenskiyə görə məktəb bütün qaydalarını dəqiq surətdə təbiətdən götürməlidir. 
«Böyük didaktika» əsərində bitgilərin, heyvanların həyatından, insanların məişət və 
fəaliyyətindən gətirdiyi bir çox misallarla təbiətin ümumi qanunlarının tərbiyəyə də aid 
olduğunu sübut etməyə çalışır. Təbiətə əsaslanmaq intibah dövrünün mütərəqqi meyllərinin 
təsiri nəticəsi idi. Lakin tərbiyənin obyektiv qanunlarını təbiətdə axtarmaq meyli elmi yol 
hesab edilə bilməz. Komenski deyirdi ki, balıqlar üçün su, ağaclar üçün bağ müəyyən 
olunduğu kimi, kənclər üçün də məktəb müəyyən edilməlidir. Bu o deməkdir ki, Komenski 
fərdi təlimin əleyhinə çıxmış, təbiətin nümunəsində olsa da, dərs-sinif sisteminin, birgə 
təlimin zəruriliyini subut etməyə çalışmışdır. Lakin Komenskinin sadəcə olaraq təbiəti təqlid 
etdiyini düşünmək doğru deyildir. 
Yaş dövrləri və məktəb sistemi. Komenskinin böyük xidmətlərindən biri dövrünün tərbiyə 
sistemini, sxolastik məktəbi hərtərəfli tənqid edib, onun əvəzinə, uşaqların yaş dövrlərinə 
muvafiq yeni vahid məktəb sistemi təklif etməsidir.O, köhnəvahimə ocağı olan məktəbi 
insanlıq emalatxanasına, şakirdlərin ağlını hikmətlər nuru ilə işıqlandıran və hamıya hər şeyi 
eyrədən təhsil-tərbiyə ocağına çevirməyə çalışırdı. 


45 
Komenski kənc nəslin inkişaf illərini dörd dövrə: uşaqlıq, yeniyetməlik, gənçlik və 
yetginliyə bölürdü. Bu bölkü əsasən yaş xüsusiyyətlərinin elmi təsnifinə çox yaxın olub, onun 
uşaqların yaş xüsusiyyətlərini yaxşı bildiyini sübut edir. Komenski çox haqlı olaraq deyir ki, 
cəmiyyətdə bütün siniflərin uşaqları təbii əlamətlərinə və vəzifələrinə görə bərabərdirlər. Ona 
körə də uşaqların hamısı insanı insanlıq vəzifəsinə hazırlayan eyni məktəbi keçməlidirlər. Ona 
körə də Komenski dörd yaş dövrünə müvafiq, hamı üçün dörd dərəcəli vahid təhsil sistemini 
irəli sürmüşdür. 
1. 6 yaşa qədər uşaqlar üçün hər ailədə «ana məktəbi» (məktəbəqədər ailə tərbiyəsi). 
2. 6 yaşdan 12 yaşa qədər yeniyetmələr üçün hər kənddə, hər içmada və qəsəbədə «ana dili 
məktəbi». 
3. 12 yaşdan 18 yaşa qədər kənclər üçün hərşəhərdə «latın məktəbi». 
4. 18 yaşdan 24 yaşa qədər yetkinləşmiş uşaqlar üçün akademiya - ali məktəb. 
Birinci üç dərəcə məktəblərdə, Komenski biliklərin tədricən genişlənməsini və 
dərinləşməsini tələb edir. Yə'ni tədris materiallarının mərkəzləşmiş halda verilməsini lazım 
bilir. Ana məktəbində uşaqların ətraf mühit haqqında təsəvvürlərini, xarici hiss üzvlərini 
inkişaf etdirməyi və onları təsərrüfata alışdırmağı tələb edirdi. Ana məktəbi haqqında 
Komenskinin ideyası sonralar məktəbəqədər tərbiyənin əsas inkişaf forması olmuşdur. 
Komenski uşaqlarda aşağı yaşlardan səliqə, ədalət, doğruçuluq, xüsusən, insanlara məhəbbət 
bəsləməyi tələb edirdi. Məktəbəqədər tər- biyənin daha səmərəli təşkili və valideynlərə kömək 
üçün Komenski «Ana qucağı məktəbi» adlı vəsait yazmışdır. 
«Ana dili məktəbin» silki və cinsi fərq olmadan bütün uşaqlar üçün nəzərdə tutulurdu. 
Komenski ana dilini dünya haq- qında bilikləri mənimsəmək və xarici dilləri öyrənmək üçün 
əsas hesab edirdi. Ona körə də Komenski təhsilin bu dərəcəsinə məhz ana dili məktəbi adını 
vermişdir. Yalnız din və sadə savad təlim edən ibtidai məktəblərdən fərqli olaraq ana dili 
məktəbinə yeni fənlər daxil edirdi. Ana dili məktəbinin dərs planına oxu, yazı, həndəsə 
ünsürləri nlə birlikdə hesab, təbiət ünsürləri, coğrafiya, tarix, din, əl əməyi, nəğmə daxil 
edilmişdi. Birinci dövrdə olduğu kimi, burada da ictimai, siyasi və təsərrüfat bilikləri verilirdi. 
Belə ana dili məktəbi pedaqogika tarixində ilk dəfə olaraq yalnız Komenski tərəfindən ciddi 
əsaslandırılmışdır. 
Komenski latın məktəbinin tədris planını genişləndirmişdir: buraya yeddi sərbəst elmdən 
(qrammatika, ritorika, dialektika, hesab, həndəsə, astronomiya və musiqidən) əlavə başqa real 


46 
elmləri də daxil etmişdir. Burada fizika, coğrafiya, xronologiya, tarix, əxlaq, ana dili və 
xarici dillər də tədris edilirdi. Komenski bir novator pedaqoq kimi elmlərin tədrisi sistemini 
illər üzrə də dəyişdirmişdir. 
Ali məktəblərdə Komenski dörd fakültə (ilahiyyat, tibb, fəlsəfə, hüquq) nəzərdə tuturdu. 
Beləliklə, Komenski pedaqojiyə ümumi təhsil ideyası, ətraflı işlənilmiş məktəbəqədər tər- 
biyə nəzəriyyəsi, tə'limin ana dilində aparılması, geniş tədris planı olan orta məktəb və s. kimi 
yeniliklər gətirmişdir. 
Komenskinin didaktik görüşləri. Komenski yalnız nəyi öyrətmək və nəyi öyrənmək deyil, 
həm də necə öyrənmək və öyrətmək yollarını da göstərmişdir. Komenski təlimdə iki cəhəti— 
ensiklopedik və real təhsili insan qabiliyyətlərinin inkişafı ilə ahəngdar surətdə bağlamağa 
çalışmışdır. O deyirdi ki, uşaq biliyi köhnə məktəbdəki kimi sxolastik kitablardan mexaniki 
surətdə əzbərləməklə deyil, şüurlu olaraq ətraf mühitdən götürməlidir: əşyalar haqqında 
özgələrinin müşahidələrini deyil, əşyaların özünü öyrəkməlidir. Əvvəlcə real şeyləri - cisim, 
təbiət, yaxud ictimai həyat hadisələrini, sonra isə söz, yaxud əşyaların adlarını eyrənməlidir. 
Lakin Komenski real təhsilin qiymətini yalnız bu məsələlərlə məhdudlaşdırmır. Köhnə 
məktəb insanın mənəvi qüvvələrinin və təbii imkanlarının inkişafına laqeyd idi. Komenski 
yeni məktəbdə insanın bütün mə'nəvi qüvvələrini inkişaf etdirən biliklər verilməsini tələb 
edirdi. Ona görə təlim prosesində yalnız uşağın hafizəsindən deyil, onun bütün qabi- 
liyyətindən, xarici hiss orqanlarından, düşüncəsindən və iradəsindən istifadə edilməlidir. 
Komenski tə'lim nəzəriyyəsi qarşısında hamıya hər şeyi öyrətmək kimi böyük məqsəd 
qoymuşdur. Bu məqsədə nail olmaq üçün o, sür'ətlə, asan və əsaslı öyrətməyi təklif edirdi. 
Komenski təlimdə əyanilik prinsipini müfəssəl işləmişdir. Bütün biliklərin zəruri olaraq 
duyğulardan başlan- dışnı söyləyən Komenski deyir ki, duyğularımızda olmayan bir şey 
şüurumuzda da yoxdur. O, tə'limi əşyaların və hadisələrin canlı müşahidəsindən başlamağı 
tələb edərək, köstərir ki, şeylər bədən, sözlər isə paltardır, şeylər nüvə, sözlər isə qabaqdır, 
hər hansı bir şeyi öyrənərkən qoy qulaq gözlə, söz əl fəaliyyəti ilə birləşsin. 
Komenski əyanilik prinsipini müəllimlər üçün qızıl qayda adlandırırdı. O belə deyirdi: 
«...mümkün olan hər şeyi duyğularla qavramağa tzqdim etmək, yə'ni görünəni—görmə 
duyğusuna, səsi - eiştnə duyğusuna, iyi—iybilmə duyğusuna, dadı olanı—dad duyğusuna, 
toxunula biləni—lamisə duyğusuna təqdim etmək qoy müəllimlər üçün qızıl qayda olsun!»1. 
Komenskinin əyanilik haqqında tə'limi yalnız təsviri əyanilik dairəsində qalmayıb, onun daha 


47 
müxtəlif növlərini nəzərdə tuturdu. Komenskinin sensualizm əsasında irəli sürdüyü əyani 
təlim, onun dövründə hekm sürən doqmatik və nüfuza əsaslanan tədrislə əlaqəni kəsir. 
Komenski əyanilik haqqında yalnız müəyyən nəzəri fikir söyləməklə kifayətlənməyib, həm 
də onu öz əməli işində, praktiki fəaliyyətində, yazdığı dərs kitablarında həyata keçirmişdir. 
Lakin Komenski əyanilik məsələsində də ziddiyyətdən yaxa qurtara bilməmişdir. Tə'limdə 
şüurluluğu və əyaniliyi lazım bilən və əsas tutan Komenski, bu məsələni dinin tədrisinə aid 
etməmişdir. O, din ehkamlarını anlama- dan mexaniki əzbərləməyi mümkün hesab etmişdir. 
Komenski təlimin sistemliyi, ardıçıllığı və küçə müvafiqliyi haqqında da bir sıra qiymətli 
fikirlər irəli sürmüş- dür. Komenskiyə körə öyrənilən material müəllim tərəfindən yalnız 
ardıcıl şərh olunduqda, əvvəlkilər sonrakılara yol açdıqda, sonrakılar əvvəlkilərə 
əsaslandıqda, heç şey buraxılmadan bir zəncir kimi bir-birinə bağlandıqda, şakird onu 
maraqla dinləyər, qavrayar və anlayar. Komenskinin fik- rincə, uşağın təbii xüsusiyyətinə 
müvafiq olaraq tə'limdə ümumidən xüsusiyə, sadədən mürəkkəbə, konkretdən mücərrədə, 
faktlardan nəqicələrə, asandan çətinə, yaxından uzağa kimi didaktik qaydalara əməl edilməli, 
hər bir qayda qısa, dəqiq və aydın ifadə olunmalı, tə'lim prosesində material tədricən 
mürəkkəbləşdirilməlidir. Tə'limin sistemliyindən və ardı- cıllığından danışarkən, Komenski 
əvvəlcə şakirdlərin hisslərini, sonra hafizəsini, daha sonra təfəkkürünü və nəhayət, dilini və 
əlini inkişaf etdirməyi məsləhət körmüşdür. Bununla da şakird mənimsədiklərini düzkün ifadə 
və tətbir edə bilər. 
Komenski təimin kücə müvafiqliyinə də xüsusi diqqet vermişdir. O, təlim materialını 
uşaqların yaş dərəcələrinə görə düzməyi, uşaqlara çatdırmaqı, onların yaş xüsusiyyətlərini 
hesaba almağı tələb etmişdir. 
Biliyin möhkəm mənimsənilməsində Komenski çalışmaların və təmrinlərin böyük rolunu 
körmüş, çalışmalarıp təşkplp haqqıpda bir sıra qiymətli köstərişlər vermiş, tək- rarın 
əhəmiyyətini qeyd etmişdir. 
Komenski şakirdlərin biliklərinin hesaba alınmasına da xüsusi diqqət vermişdir. 
Komenskinin didaktik qaydalarının əsasında şakirdlərin şəxsi fəaliyyətinin inkişaf 
etdirilməsi dururdu. Komenski göstərirdi ki, ətraf mühitdəki əşyalar, hadisələr və onların 
qarşılıqlı əlaqələri haqqında düzkün, məzmunlu bilik olma- dan aydın, məntiqli və həqiqətən 
zənkin nitq ola bilməz. Əyani seyrdən anlayışa, anlayışdan yadda saxlamaya və nitqdən 
ifadəyə, nitqdən çalışmalara və əməli fəaliyyətə—Komenski didaktikasının ardıcıllığı belədir. 


48 
Təxminən bu yolla da Pestalossi və Disterveq ketmişlər. Komenskinin bu fikir- ləri Uşinski 
tərəfindən daha dərin inkişaf etdirilmişdir
Dərs-sinif sistemi. Komenskinin böyük xidmətlərindən biri təlimin təşkili məsələlərini 
geniş işıqlandırmasıdır. Sinif-dərs sisteminin Komenskinin adı ilə bağlı olsa da Məhəmməd 
Peyğəmbərin (ə.s.) Mədinədə tikdirdiyi üç hissəli məsciddəki süffə sistemi Komenskinin 
sinif-dərs sistemi üçün model olmuşdur. 
Lakin Komenskiyə qədər olan pedaqoji nəzəriyyəçilərdən heç biri bu mühüm məsələni belə 
geniş və təfərrüatı ilə izah etməmişdir. Komenski məktəbi humanizm emalatxanası adlandırır 
və bu məfhuma geniş məna verirdi. Onun fikrincə, məktəb hər şeydən əvvəl, insanda ən gözəl 
keyfiyyətlər inkişaf etdirməli, müəllimlər uşaqlara insanpərvər, səmimi və qayğıkeş 
münasibət bəsləməlidir. 
Komenski şagirdləri məktəbə cəlb etmək üçün təmiz, işıqlı və şəkillərlə bəzənmiş, münasib 
vəsaitlə təchiz olunmuş məktab binası, uşaqların oynaması, dincəlməsi və kəçməsi üçün 
məktəb yanında meydança, çiçəkli, ağaclı, yaşıllıqlı məktəbyanı sahə, məktəb bağı olmasını 
lazım bilirdi. 
Komenskiyə qədər məktəblərdə təlim fərdi üsulla aparılırdı. XVI əsrdə dərs-sinif sistemi 
üzrə tə'limin təşkili üçün ilk addımların atılmasına və xüsusilə, Ukrayna və Belorusiya 
qardaşlıqları məktəblərinin bu sahədə müəyyən əməli təşəbbüslərinə baxmayaraq, bu 
məsələni ilk dəfə əsaslı və hərtərəfli olaraq Komenski işləmişdir. Fərdi tə'lim sis-temində 
müəllimin vaxtı, zəhməti çox sərf olunurdu, həm də təlimin müvəffəqiyyət nəticzsi 
qznaztbəxş olmurdu. Fərdi təlim sistemində məktəbin tərbiyə və intizam məsələsi də bərbad 
halda idi. «Dərs-sinif sistemi vasitəsi iləonlarca şagird- lə dərs təşkil etmək mümkün idi. 
Komenski doğru olaraq belə hesab edirdi ki, tədrisin bu cür təşkili müəllimin işimi çox 
səmərələşdirir, şakirdlərin tə'limə diqqətini artırır və fəallaşdırır. Beləliklə də tədris prosesi 
təkmilləşir. Dərs-sinif sistemi haqqında Komenskinin təklif etdiyi qaydaəlar indi də təcrübi 
əhəmiyyətini itirməmişdir. 
Komenskinin təklifi üzrə bütün şagirdlər dərs ilini eyni vaxtda başlayıb, eyni vaxtda 
qurtarmalıdırlar. Şakirdlərin məktəbə qəbulu ildə bir dəfə - payızda olmalıdır. Dərs ili dörd 
rübə bölünməlidir: dərs ilinin axırında sinifdən-sinfə keçirmə imtahanı olmalıdır. Dərs günu 
səhərdən başlamalı; ana dili məktəbində 4 saat, orta məktəbdə isə 6 saat məşğələ olmalıdır. 


49 
Komenski dərsin bir hissəsini sual-cavaba, bir hissəsini yeni materialın izahına və 
çalışmalara sərf etməyi məsləhət görürdü. O deyirdi ki, müəllim dərsdə şakirdlərin biliyini 
yoxlamalı və bütün uşaqlar tərəfindən biliyin möhkəm və əsaslı mənimsənilməsinə nail 
olmalıdır. Hər dərsin özünün mövzusu olmalıdır: «vaxt elə bölünməlidir ki, hər ilin, hər ayın, 
hər günün özünəməxsus işi olsun». Müəllim bütün sinfi nəzarət altında saxlamalı və möhkəm 
intizamın yaranmasına çalışmalıdır. Komenski sinfi həm də tədris vəsaiti ilə (yazı taxtası, dərs 
kitabları, tablolar, şəkillər və s.) təmin etməyi lazım bilirdi. 
Komenskinin dərs kitabları. Komenski öz dövrü uçün təqdirəlayiq olan bir neçə dərs kitabı 
tərtib etmişdir. Komenski 1632-ci ildə özünün «Dillərin açıq qapısı», 1654-çü ildə isə «Real 
aləm şəkillərdə» adlı məşhur dərs kitablarını yazdı. Komenski kitabda" lazımi materialların 
ən zərurilərinin qısa, lakin tam və sistematik verilməsini münasib bnlirdi. Komenskinin 
tələbinə körə kitabın dili sadə, aydın, obrazlı, uşaqların yaş xüsusiyyətlərinə müvafiq 
olmalıdır. Kitabın adı, içərisindəki başlıqlar maraqlı, cazibəli olmalı və məzmunu dəqiq əks 
etdirməlidir. Kitabda lazımi miqdarda şəkil də olmalıdır. hər bir şakirdin özünün dərs kitabı 
olmalıdır. O dərs kitabından düzkün istifadə eqmək üçün müəllimlərə kemək məqsədi ilə 
metodik rəhbərliyin yazılmasını da lazım bilmişdir. 
Yuxarıda adlarını çəkdiyimiz kitablar uzun müddət məktəblərin yeganə və çox yayılmış 
dərs kitabları olmuşdur. «Dillərin açıq qapısı» adlı kitabın tərtibində Komenski böyük səy 
köstərmişdir. Burada onun zəngin həyat təcrübəsi, fakt və hadisələr haqqında dərin və 
hərtərəfli müşahidələri öz əksini tapmışdır. Komenski çex dilindəki sözləri toplayıb onlardan 
tədricən mürəkkəb cümlələr, parçalar, hekayələr tərtib edib, müəyyən sistem və ardıcıllıqla 
kitabda yerləş- dirmişdir. Bu kitab, həm dilin qrammatikasını, həm bilik sahələrini əhatə 
edərək, uşaqların yaşlarına müvafiq zənkin material verir, həm də onları tərbiyə edir. 
«Real aləm şəkillərdə» kitabı da qiymətli dərslik olmuşdur. Bu kitab, Komenskinin 
pansofiya ideyasına müvafiq ibtidai bilikləri əhatə edən uşaq ensiklopediyasıdır. Kitab əyani 
tə'lim prinsipini nəzərdə tutan bir çox şəkillərlə təchiz olunmuşdur. Bu kitab dünyanın 
quruluşundan, coğrafiyadan, bitkilərin, heyvanların həyatıidan, insanın bədən quruluşunun 
fəaliyyətindən, sənətlərdən, kənd təsərrüfatından, nəqliyyatdan, mədəniyyətdən, ictimai 
həyatdan, ölkənin üsuli-idarə sindən və sairədən müəyyən və lazımi həcmdə mə'lumat verir. 
O böyük pedaqoji məharətlə ana dilindən və latın dilindən lazımi bilik verir, şagirdlərin nitqini 
zənginləşdirirdi. Pedaqogika tarixçilərinin dediyinə görə, bu kitab məktəbi həyata və həyatı 


50 
məktəbə gətirmişdir. Komenskinin kitablarının tə'siri altında müxtəlif ölkələrdə, o 
cumlədən, Rusiyada da belə dərs kitabları tərtib olunmuşdur. 
Tərbiyə məsələləri. Komenskinin pedaqoji nəzəriyyəsində tərbiyə məsələləri də xüsusi yer 
tutur. Komenski «Böyük didaktikanın» bir neçə fəslində (XV,XXIII) və «Yaxşı təşkil 
olunmuş məktəbin qanunları» adlı əsərində, ümumiyyətlə, tərbiyə məsələlərindən, xüsusilə 
əxlaq çərbiyəsindən bəhs etmişdir. 
Komenski tərbiyənin qarşısında aşağıdakı vəzifəlori qoyurdu: a) bizi əhatə edən şeyləri, 
xarici aləmi dərk etdirmək; b) insanın nə etməli olduqunu öyrəumək; v) dinə sadiq, mö'min 
insan yetişdirmək. Fiziki tərbiyə sahəsində Komenski mö'tədil həyat tərzi, sadə, sağlam əmək, 
fiziki çalışmalar, zəhmətlə istirahətin düzkün növbələşməsi, məktəb binasının və vəsaitlərinin 
kikiyenik quruluşunu tələb edirdi. Komenski- nin dediyinə körə, təbiətdən "biz qısa ömür 
almırıq, onu özümüz qısaldırıq; ömürdən biz kasıb deyilik, onu israfla xərcləyirik, ömür 
bacarıqla istifadə edənlər üçün lazımi qədər uzundur. Əxlaq tərbiyəsinin izahında 
Komenekiyə dinin təsiri daha küclüdür. Lakin buna baxmayaraq, Komenski əxlaq tərbiyəsi 
haqqında da bir sıra maraqlı fikirlər söyləmişdir. Komenskinin fikrincə əxlaq tərbiyəsi əsasən 
tə'lim prosesində verilməlidir. 
Təhsil, elm nəticə e'tibarı ilə insanı müdrik etməlidir, onu əqli cəhətdən olduğu kimi, 
mə'nəvi, əxlaqi cəhətdən də yüksəltməlidir; onu mərd və alicənab etməlidir. Bu əxlaqi 
keyfiyyətlərin aşılanmasında əsas rolu «insanpərvərlik emalatxanası» olan məktəb 
oynamalıdır. Komenskiyə körə əxlaq tərbiyəsinin əsas vəzifəsi xeyirxah insan tərbiyə 
etməkdir, buna nail olmaq üçün o, 16 əsas qayda irəli sürür. Birincisi, heç bir şey müstəsna 
olmadan kənclərə bütün xeyirxahlıqlar aşılanmalıdır, ikincisi, bütün xeyirxahlıqlar içərisində 
müdriklik, e'tiqad, mərdlik və ədalət əsas tutulmalıdır. Sonrakı 14 qaydalarda qeyd olunan 
dörd xeyirxahlıqın necə aşılanması yolları kestərilir. Uşaq müdrikliyi əşya və hadisələr 
haqqında yürüdülən ədalətli mühakimələrdən və əqli nəsihətlərdən öyrənməlidir. Buna 
uşaqlar aşağı yaşdan alışdırılmalıdır; doqrucul və ədalətli hərəkət etmək vərdişi insanın ikinci 
təbiətinə çevrilməlidir. İkin- ci xeyirxahlıq olan e t i q a d a insan bütün ömrü boyu hər işində 
və hər hərəkətində: yeməkdə, içməkdə, yaxud oyaq vaxtı, işdə, oyunda, danışanda və susanda 
köstərməlidir. Gənclər heç bir şeyi dərəcəsinlən artıq etməmək kimi qızıl bir qaydanı 
unutmamalıdırlar. 


51 
Mərdlik hər şeyi dərin düşündükdən sonra, ağlın hökmü ilə etməyi, hissin ani meyl və 
təsirlərinə düşməməsini tələb edir. Bunun üçün uşaqı öz hərəkətinə sahib olmağa, düşünülmüş 
qarşılıqlı güzəştə, böyüklərin doğru göstərilişinə əməl etməyə alışdırmaq lazımdır. Ədalət və 
doğruçuluq heç kəsi təhqir etməmişdir. 
Bu xeyirxahlıqların hamısını tam ləyaqətlə həyata keçir- mək üçün Komenski namuslu 
əməyin, yaxşı yoldaşlığın, ali cənab nümunələrin, içtimai-faydalı işin böyük və həlledici 
rolunu qeyd edirdi. İnsanın əxlaqq tərbiyəsində Komenski ən iyrənc eyib eqoizmi, 
xüdpəsəndliliyi, yalnız özünü sevməyi hesab edirdi. Müsbət əxlaqi sifətləri aşılamaq üçün 
Komenski əməli fəaliyyətə və çalışmalara geniş yer verirdi. Onun fik- rincə uşağa aşağı 
yaşlardan müsbət əxlaqi sifətlər aşılanmalıdır ki, mənfilər orada kök sala bilməsin. Əxlaq 
tərbiyəsi ilə əlaqədar olaraq, Komenski kənclərin ədəb qaydalarından da keniş danışmışdır. 
Komenskiyə körə xoş davranış və közəl ədəb qaydalarına riayət etmək - həqiqi əxlaqın 
ayrılmaz tərkib hissəsidir. «Alim olmaq asandır, adam olmaq çətindir» kimi mə'nalı fikri 
Komenski dəfələrlə müxtəlif şəkillərdə təkrar etmişdir. O, ədəbli davranmaq tələbini irəli 
sürməklə kifayətlənməmiş, ona necə nail olmaq yollarını da göstərmişdir. Komenski 
köstərirdi ki, şagirdlər bütün işləri qorxduq- ları üçün deyil, xeyirxahlığı sevdikləri üçün 
görməlidirlər. Onlar görəcəkləri işlərin məqsədini aydın düşünməli, onun həyata keçməsi 
üçün doğru yollar və vasitələr axtarmalıdırlar. Onç körə də elə işlərə başlamalıdırlar ki, orada 
saf niyyət olsun və nəticəsi peşmançılıq olmasın; başlanan iş axıra çatdırılmalıdır, həm də 
yalnız həyat üçün faydalı işlər körülməlidir. Təhqirli və ləyaqətsiz sözlər işlətmək- dən, 
icqimai yerlərdə kobud, məzəmmətə layiq hərəkətlərdən çəkinməli, hər zaman nəzakət və 
hörmət gözlənilməli, başqasının malına köz dikməməli, özkə malını mənimsəyənlər 
cəzalanmalıdırlar. Komenski irəli sürdüyü əxlaqi keyfiyyətlərin, ədəb qaydalarının 
möhkəmlənməsi və vərdiş halına kəlməsi üçün uşağın əməli işini, müstəqil fəaliyyətini zəruri 
hesab edir. Komenskinin fikrincə «fəaliyyət köstərməyə fəaliyyət prosesində alışırıq». Bunun 
üçün Komenski şakirdlərin «özünüidarə» təşkilatına xüsusi əhəmiyyət vermişdir. «hər bir 
məktəb və sinif» dövlət quruluşunu təmsil etməlidir; şagirdlərin özlərinə aid olan məsələlər 
onların ümumi yığın- cağında həll olunmalıdır. 
Komenski intizam haqqında da yeni fikirlər seyləmişdir. O, iitizamı yaxşı təşkil olunmuş 
məktəbin mühüm şərti hesab etmişdir. Komenskinin dediyinə kerə «intizamsız məktəb susuz 
dəyirmana bənzər». O, orta əsr məktəbişş kobud və sərt intizamını rədd edərək, uşaqlarla 


52 
mülayim, insaipərvər rəftar etməyi təlzb edir. Kötək və çubuğu kölə cəmiyyətini tərbiyə 
vasitəsi hesab edir; azad insan üçün onu tamamilə yersiz görür; fiziki cəza vasitəsi ilə edilən 
tə'limi elmə qarşı infrət oyatmaq üçün yekanə yol sayır. Onun fikrincə intizamı 
möhkəmlətmək üçün əsas vasitə gözəl nümunələr, uşaqlarla mülayim və mehriban rəftar, 
xeyirxah və səmimi sehbət, öyüd və nəsihət olmalıdır. 
Orta əsr məktəbinin intizamına qarşı bu cür e'tiraz edən Komenski bu məsələdə də ardıcıl 
ğalmır. Müstəsna hallarda və xüsusilə dinə qarşı etiraz əlamətləri təzahür etdikdə fiziki 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin