62
etməsini, mübahisə zamanı hər iki tərəfin bərabərhüquqlu olmasını qəbul etməyi nəzərdə
tutur
.
Düzgün pedaqoji rəhbərlik, intizam və onunla bağlı olan təlim əxlaqca güclü xarakterlərin
formalaşmasına xidmət edir.
Təlimi intizamla sıx uyğunlaşdırmaq, bilikləri şagirdlərin hiss və
iradəsinin inkişafı ilə birləşdirmək tərbiyəedici təlimin mahiyyətini təşkil edir. İ.F.Herbarta
görə, təlim çoxcəhətli marağa əsaslanmalıdır. O, yazırdı: “Təlimin son məqsədi-
xeyirxahlıqdan ibarətdir”.
İ.F.Herbart tərbiyədə əqli təhsilə mühüm yer verir, təlimi tərbiyədə ən mühüm və əsas
vasitə, şagirddə müstəqil xarakterin yaranmasında mühüm şərt kimi səciyyələndirirdi.
Pedaqoji elmdə tərbiyəedici təlim ideyası Herbarta məxsusdur. Məhz o, təlimin tərbiyəedici
funksiyasını hərtərəfli əsaslandırmış, təlimi tərbiyələndirici edən elementləri aydın surətdə
göstərmiş, onun mahiyyətini şərh etmişdir.
İ.F.Herbarta görə, tərbiyə insanın iradəsi ilə onun çoxtərəfli maraqları arasında harmoniya
yaratmalıdır. Bu harmoniyaya isə idarəetmə, təlim və əxlaq tərbiyəsi ilə nail olmaq olar. O,
əxlaq tərbiyəsində dini tərbiyəyə, cəzaya xüsusi yer verirdi.
Lakin İ.F.Herbart cəzanı intiqam məqsədi ilə deyil, şagirdə xeyirxahlıq aşılamaq məqsədi
ilə verilməsini məsləhət bilirdi. O deyirdi ki, uşağın öz hərəkətində sərbəst olmasına yol veril-
məməlidir. Onun ictimai həyatla bağlanmasında ehtiyatlı olmalıdır. Odur ki, ictimai həyatın
təsiri tərbiyədən güclü olmamalıdır.
Dostları ilə paylaş: