Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə22/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   18   19   20   21   22   23   24   25   ...   54
muhazire

Almaniyada təhsil 
Almaniyada təhsilə, elmə və elmi tədqiqatlara hər zaman xüsusi diqqət ayrılıb. Ölkədə 50 mindən çox orta məktəb, 3000 mindən artıq 
gimnaziya mövcuddur. Bu tədris müəssisələrində 12 milyondan çox şagird təhsil alır. 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi 
hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq 
dini təmayüllü ali məktəb var. Ölkənin demək olar ki, hər bir iri şəhərində ali təhsil müəssisəsi mövcuddur. Təhsil sistemi mərkəzləşmiş qaydada 
idarə olunmur. Federal torpaqların hər birinin müvafiq idarəetmə strukturları fəaliyyət göstərir. Bu səbəbdən ölkənin, müxtəlif əyalətlərində 
təhsilalma şərtləri və təhsil proqramları arasında fərqlər mövcuddur.
Məktəbəqədər təhsil 
Almaniyada uşaqların məktəbəqədər təhsili icbari təhsil sisteminə daxil olmadığından məcburi deyil. Yalnız zəif inkişaf etmiş azyaşlı 
uşaqların təhsili istisnadır. Belə ki, məktəbə yeni gedən uşaq hər hansı səbəbə görə öz yaşıdlarından geri qalırsa, o zaman xüsusi məktəbəqədər 
siniflərdə (vorklassen) və ya məktəbdaxili uşaq bağçalarında (schulkindergarten) birinci sinfə hazırlıq kursu keçir. Uşaq bağçalarının (kindergarten) 
təqribən 20 faizi dövlətin, qalan 80 faizi isə kilsənin, xeyriyyə cəmiyyətlərinin və yerli hakimiyyət orqanlarının (bələdiyyələrin) himayəsindədir. 
Bundan əlavə, uşaq bağçaları müəssisə və təşkilatlar tərəfindən də yaradıla bilər.
Bağçalara 3 yaşından 6 yaşadək uşaqlar qəbul edilir. Uşaqların bağçalarda saxlanılması xərcləri yerli hakimiyyət orqanları, məktəbəqədər 
təhsil müəssisəsi və valideynlər tərəfindən ödənilir. Valideynlərin xərcləri ailənin gəlirindən, ailə üzvlərinin və ya ailədəki uşaqların sayından 
asılıdır.
Orta təhsil
Almaniyada bütün uşaqlar altı yaşından etibarən 9 il ərzində icbari qaydada məktəbə getməlidirlər. Dövlət məktəblərində təhsil 
pulsuzdur. Adətən, uşaqlar 4 il ibtidai məktəbdə oxuyurlar. Sonra onlar müxtəlif növ məktəblərə - əsas məktəb, real məktəb və gimnaziyaya daxil 
olurlar. Məktəblər şagirdlərin bacarıqlarına olan tələblərə, həmçinin nəzəri və praktik təlim nisbətinə görə bir-birindən fərqlənirlər. Bundan əlavə, 
ölkədə birləşmiş məktəblər mövcuddur. Burada bütün növ məktəblərin şagirdləri paralel şəkildə təhsil alır, bir məktəbdən digərinə keçə bilirlər. 
Əsas məktəbdə V sinifdən X sinfə qədər təhsil icbari, X sinifdə isə könüllüdür. Real məktəbdə şagirdlər V sinifdən X sinfə qədər oxuyur və sonda 
kamillik attestatı alırlar. Gimnaziyada federal torpaqdan asılı olaraq tədris XII-XIII siniflərə qədər aparılır və kamillik attestatının alınması ilə başa 
çatır. Bu attestat ali təhsil müəssisəsinə daxil olmaq hüququ verir.
Məktəblərin əksəriyyətində dərslər günün birinci yarısında aparılır. Məktəb təhsili torpaqların səlahiyyətinə daxildir. Məktəb siyasəti isə 
təhsil və mədəniyyət nazirliklərinin Daimi Şurası tərəfindən əlaqələndirilir.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin