Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə24/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   20   21   22   23   24   25   26   27   ...   54
muhazire

Universitetlər 
Hazırda Almaniyada təqribən 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 
ixtisaslaşdırılmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. 
Universitetlərin böyük əksəriyyəti dövlətə məxsusdur və vətəndaşlığından, eləcə də milli mənsubiyyətindən asılı olmayaraq bütün tələbələr üçün 
açıqdır. Almaniya universitetləri 12500-dən artıq müxtəlif ixtisas üzrə təhsil təklif edirlər. Təkliflərin əksəriyyəti əcnəbi tələbələr üçün nəzərdə 
tutulub. Bundan başqa, ötən illər ərzində çoxlu sayda strukturlaşdırılmış və əcnəbi tələbələr üçün ideal şərtlərə malik aspirant proqramları yaradılıb.
Onu da qeyd edək ki, Almaniyanın ən qədim universiteti 1386-cı ildə yaradılmış Karl Ruprext adına Heydelberq Universitetidir. 
Tələbələrinin sayına görə ölkənin ən böyük universiteti Lüdviq - Maksimilian adına Münhen Universitetidir ki, burada 44400 tələbə təhsil alır. 
Ən güclü elmi-tədqiqat potensialına malik universitet isə Axen şəhərində yerləşən Reyn-Vestfal Ali Texniki Məktəbidir.


68 
Almaniya universitetləri ("vahid elmi tədqiqatlar və tədris" prinsipinə əsasən) yalnız ali təhsil müəssisəsi deyil, həmçinin qabaqcıl 
elmi tədqiqatlar mərkəzidir. Ölkə daxilində və xaricində alimlərlə elmi tədqiqat müəssisələri arasındakı sıx əməkdaşlıq bunun üçün geniş imkanlar 
yaradır. Ali təhsil məktəbləri dövlətdən, fondlardan və üçüncü şəxslərdən (elmi tədqiqatların sifarişçilərindən) maliyyə vəsaitləri alırlar. 
Universitetlərin fakültə və kafedraları əsasən aşağıdakı ixtisaslar üzrə ixtisaslaşıblar: tibb, təbiət və texniki elmlər, incəsənət və humanitar elmlər, 
hüquqşünaslıq, ilahiyyat, iqtisadiyyat, sosial elmlər, kənd təsərrüfatı və meşəçilik.
Klassik universitetlər sırf elmə üstünlük verərək qədim dünya tarixindən iqtisadiyyata qədər bütün növ ixtisaslar təklif etdiyi halda, 
texniki universitetlər daha çox mühəndislik və təbiət elmlərinin öyrənilməsinə diqqət ayırırlar. Texniki universitetlər alman mühəndislik sənətinin 
əsas mərkəzi kimi böyük nüfuza malikdirlər. Bu universitetlərə daha çox əcnəbi tələbələr maraq göstərirlər.
Ötən əsrin 60-cı illərinin sonundan ölkədə ixtisaslaşdırılmış universitetlər (İU) inkişaf etməyə başlayıb. Almaniyadakı bütün tələbələrin 
demək olar ki, üçdə biri peşəkar akademiya adlanan və müəssisələrlə sıx əməkdaşlıq edən bu cür universitetlərdə təhsil alırlar. Sənətə qısa zamanda 
yiyələnmək imkanı yaradan ixtisaslaşdırılmış universitetlərdə təhsil müddəti 3 ildir. Ciddi şəkildə təşkil edilmiş təlim kursları və aralıq imtahanlar 
təhsilin orta müddətini qısaltmaq imkanı yaradır. Lakin bu, elmi fəaliyyətdən imtina edilməsi kimi başa düşülməməlidir. Belə ki, ölkənin təqribən 
200 ixtisaslaşdırılmış universitetində elmi tədqiqatlar aparılır. Onlar əsasən sənayenin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulduğundan tətbiqi 
xarakter daşıyırlar.
Almaniyanın 167 tətbiqi elmlər universiteti (Fachhochschulen) tələbələrə peşə təhsili təklif edir. Bu universitetlərdə tədris kursunun 
müddəti qısadır və elmi-tədqiqat universitetlərindən fərqli olaraq daha çox praktik yönümlüdür. Həmin universitetlərdə aspirantura yoxdur.
Almaniyanın 57 ali incəsənət və musiqi təhsili müəssisəsi yaradıcılıq peşələri (rəssamlıq, qrafika, dizayn, heykəltəraşlıq, bədii tərtibat, 
fotoqrafiya, kino, musiqi) üzrə akademik təhsil təkilf edir. Bu universitetlərdəki təhsil peşəkar rəssam və musiqiçilər, eləcə də bədii-estetika fənləri 
üzrə müəllim yetişdirməyə yönəlib.
Son vaxtlar hər bir konkret universitetdə təhsilin keyfiyyətinin obyektiv qiymətləndirilməsi tendensiyası geniş yayılıb. "Die Zeit" qəzeti 
ilə Ali məktəbin inkişaf mərkəzinin (CHE) birgə hazırladıqları reytinq buna misal ola bilər. Ənənəvi olaraq bu reytinqdə ən yaxşı mövqeləri Baden-
Vyurtemberq, Bavariya, Meklenburq-Şərqi Pomeraniya, Turinqiya və Saksoniya torpaqlarının universitetləri tuturlar.
Ötən əsrin 70-ci illərindən etibarən dövlət və dini universitetlərlə yanaşı, dövlət tərəfindən tanınmış bir sıra özəl universitetlər də 
fəaliyyətə başlayır. Hazırda Almaniyada 130 özəl ali təhsil müəssisəsi (əsasən kiçik), o cümlədən 10 özəl universitet fəaliyyət göstərir. Bunlara 
Oestrix-Vinkeldə yerləşən Avropa Biznes Məktəbini, Vitten-Herdekke Özəl Universitetini, eləcə də 12 dini universiteti misal çəkmək olar. Lakin 
bir çox digər ölkələrdən fərqli olaraq Almaniyada özəl universitetlər böyük nüfuza malik deyillər. Tələbələrin 90 faizdən çoxu dövlət 
universitetlərində təhsil alır. Buna səbəb dövlət universitetlərinin dövlətin nəzarəti altında fəaliyyət göstərməsi və fəaliyyətlərinin dövlət tərəfindən 
əlaqələndirilməsidir. Bundan başqa, dövlət universitetləri ali məktəbə daxil olmaq hüququ verən kamillik attestatına (və ya orta təhsil haqqında 
şəhadətnaməyə bərabər tutulan hər hansı bir sənədə) malik hər bir şəxs üçün açıqdır.
Almaniyada 39 aspirant məktəbi fəaliyyət göstərir. Onlar "Əla keyfiyyət təşəbbüsü" çərçivəsində dövlət tərəfindən dəstəklənirlər. Bu 
məktəblər 3-illik aspirant proqramları təklif edirlər. Aspirant məktəbləri ilə yanaşı, ölkədə ali təhsilli şəxslər üçün 226 təhsil müəssisəsi (GRK - 
Almaniya elmi-tədqiqat cəmiyyətinin (DFG) dəstəklədiyi nisbətən dar tematik yönümlü) fəaliyyət göstərir. Bu universitetlərdən 59-u digər ölkədə 
ali təhsil almış şəxslər (IGK) üçün nəzərdə tutulub. IGK - müxtəlif ölkələrin bir və bir neçə universitetinin alman universitetlərindən biri ilə 
əməkdaşlıq etməsi deməkdir.
Son zamanlar ölkə üzrə universitetlərə daxil olmaq istəyənlərin sayının çoxluğu bir neçə ixtisas üzrə ali təhsil ocağına qəbula say 
məhdudiyyəti (Numerus clausus) qoymaq zərurəti yaradıb. 2005-ci ildən etibarən bəzi ixtisaslar üçün "20-20-60" qaydası qüvvəyə minib. Qaydaya 
əsasən yerlərin 20 faizi ən yüksək bal toplayan və öz istədikləri universiteti seçmək hüququ qazanan abituriyentlərə verilir. Yerlərin qalan 20 faizi 
gözləmə müddətinə müvafiq olaraq təqdim edilir. Universitetlərdəki yerlərin 60 faizi isə ali məktəblər tərəfindən abituriyentin attestatdakı orta 
balına və universitetin meyarlarına əsasən bölüşdürülə bilər.
Almaniya ali təhsil almaq istəyən istənilən gənc üçün cəlbedici ölkədir. O, ABŞ və Böyük Britaniyadan sonra əcnəbi tələbələrin ən çox 
axın etdiyi üçüncü dövlətdir. Bu gün alman universitetlərində 240 min əcnəbi tələbə təhsil alır. Bu, 1995-ci ilin göstəricisi ilə müqayisədə 70 faiz 
çoxdur. Onların hər dörd nəfərindən biri Almaniyada müvafiq kamillik attestatı alıb. Əcnəbilər üçün universitetlərdə əcnəbi tələbələrlə iş üzrə 
xüsusi şöbələr (Akademisches Auslandsamt, AAA) yaradılıb. Bundan əlavə, təxminən 25 min əcnəbi alim Almaniya universitetlərinin əməkdaşıdır.
Öz növbəsində, 85 min alman xarici ölkələrin universitetlərində təhsil alır. Almanlar Niderland, Böyük Britaniya, Avstriya və İsveçrə 
ali məktəblərinə daha çox maraq göstərirlər.
Dünyada təxminən 3 milyon tələbə xaricdə təhsil alır. Onların 12,2 faizi Almaniyanın payına düşür. Ümumiyyətlə, bu gün Almaniya 
universitetlərində təxminən 2 milyon gənc təhsil alır.
Almaniyada ali təhsilini yarımçıq qoyanların sayı isə tələbələrin təxminən 23 faizini təşkil edir. Bu, dünyada mövcud olan ən yaxşı 
göstəricilərdən biridir.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin