Robert Ouen Cənubi İngiltərənin kiçik bir şəhərində anadan olmuşdur, 8 yaşına qədər aldığı
təhsillə kifayətlənmişdir. 20 yaşında ikən Mançestrdə fabrik müdiri olur. Mançestr ədəbiyyat-
fəlsəfə cəmiyyətinə daxil olur. 1800-cü ildən Şotlandiyanın Nyu-Lenark şəhərində fabrik
müdiri olur. O, cəmiyyətin dəyişdirilməsi ideyasını tarixdən kənar həqiqət kimi başa düşürdü.
Burada Xarakterin təşəkkülü üçün yeni institut təşkil edir. 1816-1825-ci illərdə Amerikada
“Yeni harmoniya” adlı icma təşkil edir. Lakin icma dağılır.
R.Ouen “Cəmiyyətə yeni baxış və ya xarakterin formalaşmasına dair təcrübələr”, “Yeni əxlaq
dünyası haqqında mühazirələr”, “İnsanın yer üzərində yeni yaşayışı” və d. əsərlərinin
müəllifidir.
63
R.Ouenin pedaqoji sahədə böyük xidməti ondan ibarətdir ki, o, uşaqların ictimai tərbiyəsi və
təlimin məhsuldar əməklə birləşdirilməsi ideyasını irəli sürməklə, onu elmi cəhətdən
əsaslandırmaqla kifayətlənməmiş, öz ideyalarını praktikada həyata keçirmişdir.
R.Ouen özünün Nyu-Lenarkdakı böyük xidmətini gənc nəslin tərbiyəsi və fəhlələrin
xarakterini yenidən tərbiyə etmək uğrunda apardığı islahatda görürdü.
R.Ouen ağıllı, düşüncəli, texniki cəhətdən savadlı, gözəl adətlərə və meyillərə malik, bir-birilə
dost, sahibkarlara xeyirxah münasibət bəsləyən yeni fəhlələr tərbiyə etmək. Yetkin fəhlə
kollektivi yaratmaq istəyirdi. O, uşaqların da həmin ruhda böyüməsinə çalışırdı. R.Ouen əmək
tərbiyəsinə də xüsusi yer ayırırdı. Uşaqlar kiçik yaşlarından böyüklərin əmək fəaliyyəti ilə
tanış olur, onu müşahidə edir, onlara bəzi zəruri əmək vərdişləri aşılanırdı.
Nyu-Lenarkda R.Ouen, uşaqların bədii tərbiyəsinə də xüsusi əhəmiyyət verirdi. Nəğmə,
musiqi, rəqs, rəsm, nəzakətli davaranış, səliqəli geyim, işin icrasında dəqiqlik, daxili yaşayış
qaydalarında və gün rejimində ahəngdarlıq bədii tərbiyə üçün R.Ouenin istifadə etdiyi vasitələr
idi. R.Ouenin qəti əmin idi ki, tərbiyə insanlığı ya xeyirxahlığa, ya da şərə aparır. Tərbiyənin
yaxşı və ya pis olması tədris olunan fənnlərin məqsədindən, məzmunundan, tətbiq olunan
prinsip və metodlardan asılıdır. O, təlim və tərbiyə prosesində tətbiqi, zəruri olan aşağıdakı
metodları fəqrqləndirirdi: 1.Yaş xüsusiyyətlərinin nəzərə alınması; 2.Əyanilik; 3.Uşaqların
meyil və qabiliyyətlərinin nəzərə alınması; 4.Metodun uşağın təbiətinə uyğunluğu;
5.Mərhəmət və xeyirxahlıq. R.Ouenin məktəblə bağlı tələbləri qəti və olduqca ciddi idi. O,
deyirdi ki, məktəbdə: 1.Uşaqları təhqir etməməli və cəzalandırmamalı; 2.Uşaqlara hərbi
hazırlığ verməli; 3.Uşaqların sualına dəqiq və aydın cavab verməli; 4.Məşğələlər uşaqları
yormamalı; 5.Müsahibə, sual-cavab yolu ilə ancaq dəyərli şeylər öyrədilməli; O xarakterin
düzgün təşəkkülü üçün 5 amili irəli sürmüşdür: 1.İnsan orqanizmi ilə xarici şəraitin qarşılıqlı
təsiri; 2.Öz iradəsindən asılı olmayaraq hiss və etiqadlarını xarici aləmdən alması; 3.Bu hiss
və etiqadların iradə adlandırılması; 4.Nə fitri, nə də sonrakı tərbiyə vasitəsi ilə iki fərdi tam
eyniləşdirməyin mümkün olmaması; 5.Üzvi xəstəliklər müstəsna olmaqla, hər bir uşağın
yaşadığı mühitin təsiri ilə ən aşağı və ən ali vücudun təşəkkülü mümkümdür. Ouenin tələbi
əsasında İngiltərədə Müəllimlər Seminariyası açılmağa başlamışdır. O ümumi, pulsuz, icbari
təhsil olmasını tələb edirdi. O, yalnız öz təhsil tərbiyə müəssisələri üçün deyil, həm də bütün
İngiltərə üçün müəllim hazırlığı işinə müsbət təsir göstərmişdir.
|