71
tədricən aradan qaldırıldı və bütün şagirdlərə ümumtəhsil məktəblərində təhsil almaq imkanı
verildi.
İngiltərədə, Uelsdə və Şotlandiyada hər bir uşaq 5-16, Şimali İrlandiyada isə 4-16 yaş
arasında icbari təhsilə cəlb olunur. Ölkədə qarışıq məktəblərlə yanaşı, oğlan və ya qızlar üçün
ayrıca təhsil ocaqları da mövcuddur. İngiltərə, Uels və Şimali İrlandiyadan fərqli olaraq
Şotlandiyada 7 illik ibtidai və 4 illik icbari orta təhsildən sonra şagirdlərdən Təhsil Şəhadətnaməsi
almaq üçün imtahan götürülür. Bu şəhadətnamə Birləşmiş Krallıq daxilində tanınır
və Ümumi
Təhsil üzrə Şəhadətnamənin A səviyyəsi ilə eyni qüvvəyə malik olaraq universitetə qəbul imkanı
verir.
Birləşmiş Krallıqda dövlət məktəbləri 3 qrupa bölünür:
- yerli təhsil orqanları tərəfindən idarə olunan və maliyyələşdirilən ərazi məktəbləri;
- əsasən dini təriqətlər tərəfindən açılmış könüllü məktəblər;
- özünü idarə edən və qrantlar hesabına maliyyələşdirilən məktəblər.
Hər bir ərazi və könüllü məktəbin özünüidarəetmə orqanı var. Bu qurum yerli təhsil orqanları
tərəfindən seçilmiş sədr, müəllim, valideyn və yerli icma nümayəndələrindən ibarət olur. Könüllü
məktəblərin özünüidarəetmə orqanında kilsə nümayəndəsi də iştirak edir. Şimali İrlandiya və
İngiltərədə ümumtəhsil məktəblərində dini təhsil bütün mərhələlərdə icbaridir. Belə məktəblərə
ictimai fondlardan da pul vəsaiti ayrılır və onun xərclənməsinə nəzarət olunur. Müstəqil şəkildə
özünü idarə etməyən dövlət məktəblərini isə yerli təhsil idarələri maliyyələşdirir.
Birləşmiş Krallıqda müəyyən peşəyə, ixtisasa yiyələnmək
istəyənlər peşə liseylərində,
altıillik kolleclərdə və ya müvafiq kurslarda təhsil ala bilərlər. Ali məktəbə qəbul üçün hazırlıq
kurslarından geniş istifadə olunur. Ali təhsil pilləsi bakalavriat, magistratura
və doktorantura
mərhələlərinə bölünür.
Hazırda Birləşmiş Krallığın ali məktəblərində 2 milyona yaxın tələbə təhsil alır. Gənclərin
təxminən üçdə biri 18 yaşında ali təhsil müəssisələrinə (Şotlandiyada 50 faizi) üz tutur. Yaşlıların
təhsili isə bütün pillələr üzrə təmin olunur, onların ümumi təhsil və ya peşə ixtisası əldə etməsinə
hər cür şərait yaradılır.
Birləşmiş Krallıqda dərs ili sentyabrda başlanır, iyula kimi davam edir və bir qayda olaraq,
3 semestrə bölünür.
Dostları ilə paylaş: