Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə31/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   27   28   29   30   31   32   33   34   ...   54
muhazire

Əcnəbi tələbələr 
  
Universitetləri əcnəbi tələbə kontingentinə görə dünyada öncül yerlərdən birini tutur. Təbii 
ki, bunun əsas səbəbi ölkədə yüksək təhsilin və məşhur universitetlərin olmasıdır. Oksford və 
Kembric kimi tanınmış universitetlərin Britaniyada yerləşməsi də ölkə təhsilinə əlavə nüfuz 
gətirir. 
Bakalavr təhsili almaq istəyən əcnəbi tələbələr Böyük Britaniyada Baza (Foundation) 
proqramını keçməlidirlər. Baza proqramı, bakalavr təhsili almaq istəyənlər üçün dünyada tanınan 
və çox üstünlük verilən universitetə hazırlıq proqramıdır. Əgər tələbənin TOEFL və IELTS 
imtahanından keçmək barədə sertifikatı yoxdursa, o zaman bu proqram vasitəsilə xaricdə təhsil 
almağa nail ola bilər. Amma bəzi məşhur universitetlər Baza proqramına qəbul apararkən TOEFL 
və ya IELTS imtahanlarının nəticəsini də tələb edir. Bu baxımdan Baza proqramını iki qrupa 
bölmək olar: 
- Universitetlərin nəzdində fəaliyyət göstərən Baza proqramları; 
- Universitetdən kənar fəaliyyət göstərən Baza proqramları. 
Universitet nəzdində fəaliyyət göstərən proqramlar, adətən TOEFL və ya IELTS 
imtahanlarının nəticəsini tələb edir. Universitetdən kənar fəaliyyət göstərən proqramlar isə belə 
bir tələb irəli sürmür. 
Əcnəbi tələbələrin təhsil haqqının müəyyənləşdirilməsində bir sıra meyarlar nəzərə alınır. 
Bu məbləğ universitet, ixtisas və tədris olunan fənlərdən asılı olaraq illik 5000-20000 ingilis funtu 
arasında dəyişə bilər. 
Təhsilin idarə olunması 
İngiltərədə təhsil üzrə dövlət katibi məktəb və məktəbdənsonrakı təhsilə nəzarət edir. 
Şotlandiya, Uels və Şimali İrlandiyanın müvafiq dövlət katibləri də öz ölkələrində eyni səlahiyyətə 
malikdirlər. 
Dövlət tərəfindən maliyyələşdirilən məktəblərin bir çoxu yerli təhsil orqanlarının 
tabeliyindədir. Yerli təhsil orqanları müəllimlərin maaşının verilməsini təmin edir, məktəblərin 
maddi-texniki təchizatı işini yerinə yetirir. Özünüidarəetmə sisteminə malik dövlət məktəblərində 
isə bu işlə idarəedici orqanlar məşğul olur. 
İngiltərə, Şotlandiya və Uelsdə təhsil xidmətlərinin bir qismi bilavasitə mərkəzi hökumət 
tərəfindən maliyyələşdirilir. Vəsaitin böyük bir hissəsi ali təhsilə ayrılır və müxtəlif fond şuraları 
tərəfindən təyinatı üzrə sərf olunur. Hökumət, eyni zamanda özünüidarəetmə sisteminə malik 
dövlət məktəblərinin də xərclərini ödəyir. 
Yerli təhsil orqanları tərəfindən həyata keçirilən, xüsusi əhəmiyyət kəsb edən layihələrin 
xərclərini dəstəkləmək məqsədilə mərkəzi hökumət dotasiya ayırır. Bu vəsaitlər dövlət tədris 
planı, məktəblərin yerli özünüidarəetməsi, müəllimlərin təkmilləşdirilməsi, məktəblərdə texniki 
biliklərin və tibbi təhsilin dəstəklənməsi üçün xərclənir. Yerli hökumət orqanları dövlət tərəfindən 
edilən yardımın bölüşdürülməsində sərbəstdirlər. 
Şimali İrlandiyada təhsil xərcləri, əsasən Təhsil Nazirliyi tərəfindən ödənilir. Əmək, Ticarət 
və Sənaye departamentləri də təhsil proqramlarına maliyyə yardımı göstərirlər. 


75 
İngiltərə, Şotlandiya və Uelsdə universitetlərə və digər ali təhsil müəssisələrinə hökumət 
yardımı bu ölkələrdəki Ali Təhsilə Yardım şuraları tərəfindən həyata keçirilir. Şimali İrlandiyada 
isə universitetlərə yardım Şimali İrlandiya Ali Təhsilə Yardım Şurasının tövsiyəsi ilə birbaşa 
Təhsil Nazirliyi tərəfindən edilir. 
Ali təhsil müəssisələri kommersiya qurumları üçün tədqiqatlar aparmaq, məsləhətlər vermək 
xidmətlərindən də müəyyən qədər yararlanırlar. Hökumət ali təhsil müəssisələrinin bu 
mənbələrdən gəlir götürməsinə geniş imkanlar yaradır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin