Sual 1: Mexaniki hesablayici qurğular
Kompüter sözü ilk dəfə, 1897-ci ildə ingilis dilində çap olunmuş məşhur Oksford lüğətində izah edilmişdir. O zamanlar kompüter dedikdə müxaniki hesablama qurğuları başa düşülürdü. 1946-cı ildə Oksford lüğətinə rəqəmli, analoq və elektron kompüter sözləri də əlavə edilir.
Həmin anlayışlar belə təqdim olunur: computer = hesab aparmaq üçün qurğu (bir çox hallarda: elektron hesablama maşını):
Analog computer = analoq hesablama maşını;
Digital computer = rəqəmli hesablama maşını;
Electronic brain = elektron hesablama maşını.
Leonardo da Vinçinin (da Vinci Leonardo: 1452-1519) qurğusu 13 mərtəbəli onluq ədədləri toplamaq üçün istifadə edilirdi. Qurğunun eskizi rəssam tərəfindən 1492-ci ildə çəkilmişdi. Eskiz 1967-ci ildə İspaniyanın Madrid şəhərində Leonardo da Vinçinin arxivindən tapılmışdır.
1617-ci ildə Con Neper (John Neper: 1550-1617) ömrünün son günlərində loqarifmik üsüldan istifadə etmədən ədədlərin bir-birinə vurulması üsulunu təklif edir. Nazik plastinkalardan (bloklardan) hazırlanmış lövhələrin üzərinə düzülüşü riyazi və həndəsi proqres əmələ gətirən ədədlər həkk olunmuşdu. Lövhələri fırlatmaqla böyük rəqəmləri vurmaq və bölmək, kvadrat və kub kökdən azad etmək mümkün idi. Lövhələr Neperin çubuqları adlanırdı. 1672-ci ildə Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz: 1646-1716) ilk arifmometri ixtira edir. Arifmometr toplama və çıxma əməliyyatları ilə yanaşı vurma və bölmə əməliyyatlarını da yerinə yetirə bilirdi.
1673-cü ildə Leybnis düzəldiyi hesablama maşınını London şəhərindəki Kral elmi cəmiyyətində nümayiş etdirir. Hesablama maşını 3 mərtəbəli ədədlər üzərində əməliyyatı yerinə yetirirdi. 1694-cü ildə Leybnis hesablama maşınını təkmilləşdirir. Maşının təkmilləşdirilməsi təsadüfi deyildi, çünki Leybnis universal məntiqə əsaslanan alqoritmin qurulma ideyasını vermişdi və buna uyğun olaraq yeni hesablama maşınları yaratmaq arzusunda idi.
1673-cü ildə Fransiz kralı XIV Luinin saatsazı və mexaniki Rene Qriy de Roven (Rene Grillet de Roven) çox da böyük həcmdə olmayan kitab çap etdirir. Kitabda riyazı hesablama maşını düzəltdiyi barədə məlumat verir. Renenin fikirincə hesablama maşını toplama ilə yanaşı vurma əməliyyatını da yerinə yetirməli idi.
1673÷1681-ci illərdə Rene Qriy hazırladığı hesablama maşınını Fransada və Hollandiyada nümayiş etdirir.
1709-cu ildə italiyalı riyaziyyatçı və astronom Covanni Poleni (Giovanni Poleni: 1683-1761) detalları taxtadan olan hesablama maşınını düzəldir. 1727-ci ildə Vyana sarayının sifarişi ilə Antonius Braun hesablama maşını düzəldir. Hesablama maşını üç-dörd mərtəbəli ədədlər üzərində toplama və vurma əməllərini yerinə yetirirdi. A.Braunun hazırladığı hesablama maşını 1736-cı ildə saray əhli qarşısında nümayiş edilir. Mənbələrdə qeydlər vardır ki, hazırlanmış hesablayıcı maşının təsviri Y.Leopold tərəfindən verilsə də, onun hazırlanıb nümayiş olunması A.Brauna məxsusdur. Müəyyən riyazı əməlləri icra etməsi isə Vayrinj tərəfindən yerinə yetirilmişdir. Odur ki, hesablayıcı maşını tarixdə “Leopold-Braun-Vayrinj” hesablama maşını adlandırılır. 1770-ci ildə Filipp Xan hesablama maşınının konstruksiyasını hazırlayır. Hesablama maşınları 11 və 12 mərtəbəli ədədlər üzərində hesablama əməllərini dəqiqliklə yerinə yetirirdilər.Bir çox mütəxəsslər F.Xanın düzəldiyi hesablama maşınlarını hesablama maşınları içərisində birinci yerdə dayanan maşınlar hesab edirlər. 1801-ci ildə fransız Jozef Mari perfokartın köməyilə proqramla idarə edilən ilk tikiş dəzgahını qurur. 1820-ci ildə fransız mühəndisi Şarl Tomas (Charles Xavier Tomas: 1785-1870) yaratdığı hesablama maşınına patent alır. 1850-ci ildə isə maşının kütləvi istehsalına başlanılır. Cəmi 1500 maşın istehsal olunur. Həmin vaxtdan başlayaraq istehsal olunan hesablama maşınlarını arifmometr adlandırırlar.
26 dekabr 1791-ci ildə Londonda, bank işçisinin ailəsində, proqramla işləyən ilk hesablama maşınının yaradıcısı Çarlz Bebbic (Charles Babbage: 1791-1817) anadan olur. 1814-cü ildə bakalavr dərəcəsini alan Bebbic sonrakı illərdə hesablama maşınının yaradılması ilə ciddi məşğul olur. Onun yaratdığı hesablama maşını astronomik və riyazı cədvəllərin, həmçinin loqarifmik və triqonometrik cədvəllərin hesablanmasında istifadə edilirdi. Hesablama maşınının işləməsi sonlu fərqlər üsuluna əsaslanırdı. Ç.Bebbicin hazırladığı hesablama maşını dişli çarxlardan və linglərdən ibarət idi. Müəllif hazırladığı mexaniki maşına “Balaca” adını vermişdi. Mexaniki qurğuda hesablamanı aparmaq üçün onluq say sistemindn istifadə edilir, 18 mərtəbəli ədədlər üzərində hesablama isə vergüldən sonra 8 işarə dəqiqliklə yerinə yetirilirdi. Təəssüflər olsun ki, Bebbicin hesablama maşınında yaddaş qurğusu yox idi. Odur ki, onda böyük ədədlər üzərində riyazi əməlləri yerinə yetirmək mümkün olmurdu. Bebbic böyük ədədlər üzərində hesablama apara biləcək hesablama fərq maşınını düzəltmək ideyasından əl çəkmir. Luidje Menabrea fransız dilində analitik maşın haqqında məqalə çap etdirir (sonralar L.Menabrea İtaliyanın baş naziri olmuşdu). A.Lavleys məqaləni izahlarla verməklə ingilis dilinə tərcümə edir. Məqaləni dərindən öyrənən A.Lavleys ilk dəfə olaraq altproqram, altproqram kitabxanası, əmrlərin modifikasiyası, indeks registri, işçi yuva, dövr anlayışlarını hesablama texnikası sahəsinə gətirir. Bununla yanaşı A.Lavleys Ç.Bebbicə yazdığı məktubda Bernulli ədədlərinin hesablanması üçün proqram tərtib etdiyini bildirmişdir. 1813-cü ildə saatsaz Abraham Ştern Varşavada üzərində 8 il çalışaraq ixtira etdiyi hesablayıcı maşını nümayiş etdirir. O dövrün qəzətlərində belə bir qeyd var idi: “Paskalın, Polenusun və Leybnisin edə bilmədiklərini Şternin yaratdığı maşın yerinə yetirə bildi”.
Sual 2: Elektromexaniki hesablayici qurğular
Hazırda beynəlxalq termin kimi işlədilən "kompüter" ingilis sözü (computer) olub hesablayıcı (maşın mənasında) deməkdir. Bu söz dilimizə gəlməzdan əvvəl onun yerinə "rəqəmsal hesablama maşını-RHM", "elektron hesablama maşını - EHM" və ya "hesablama maşını - HM" söz birləşmələ rindən istifadə olunurdu.Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan (1946-cı il) başlanır. Bundan xeyli avval isa hesab əməllərinin yerinə yetirilməsi üçün mexaniki və elektromexaniki qurğular yaradılmışdır. İlk dəfə olaraq məşhur fransız alimi Blez Paskal cəmləyici maşın hazırlamışdır (1642-ci il). 1673-cü ildə Vilhelm Leybnis hesab amallarini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. XIX asrdan başlayaraq arifmometrlərdən geniş istifadə olunmağa başlandı.1830-cu ilda ingilis riyaziyyatçısı Çarlz Bebic proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərdi. Maşına proqramın perfokartlardan daxil edilmasi, verilənlərin və nəticələrin isə "anbarda" (yaddaşda) saxlanması nazarda tutulurdu. Lakin o vaxtkı texnikanın səviyyəsi bu cür mürəkkəb maşını yaratmağa imkan vermədi. Bebicin fikirlari sonradan universal kompüterlərin yaradılmasının asasını qoydu. Yaddaşlı va proqramla idarə olunan universal kompüterlərin yaradılmasının nazari asasları 1930-cu ildə A.Türinq (Ingiltərə) və E.Post(ABS) tarafindan inkişaf etdirildi. Raqam hesablama maşınlarının yaradılmasının əsas prinsiplari Amerika alimlari Con Fon Neyman, Q.Qoldsteyn va A.Beris tarafindan verilmişdir. Bu nəzəri əsasların praktiki reallaşdırılması isə ilk dəfə olaraq 1946-cı ildə ABŞ-da elektron lampal elementlərdə qurulan ENIAK adh universal kompüterin yaradılması ilə hoyata keçirildi. Bu vaxtdan başlayaraq kompüter texnikası yüksək sürətlə inkişaf etmaya başladı. Kompüter texnikasının yarandığı vaxtdan indiyə qədər keçdiyi inkişaf tarixini har biri müayyan xüsusiyyətlərlə səciyyələnən mərhələlərə (nəsillərə) bölmək olar.
Dostları ilə paylaş: |