Sual 1: Mexaniki hesablayici qurğular



Yüklə 219,47 Kb.
səhifə9/9
tarix31.10.2022
ölçüsü219,47 Kb.
#66897
1   2   3   4   5   6   7   8   9
suallar

İnformasiya sistemi — tətbiq sahəsinə aid informasiyanın toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir.Bu xüsusiyyəti onun istismarını, analizini, mühafizəsini asanlaşdırır.[1]
İnformasiya sistemi əsas iki tələbatı ödəməlidir:

  • tətbiq sahəsinin sərhədlərinin təyin olunması və informasiya modelinin tam əhatəli və dəqiq əks etdirilməsi. Bu halda birinci halda baxılan tətbiq sahəsi çərçivəsində informasiya sisteminin istifadəçiləri lazımi informasiyayla təmin edilməlidir.

  • istifadəçilərin sorğularına tam və dəqiq cavab verə bilən informasiya sisteminin yaradılması. Bu halda isə sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli şəkildə verilənlər təşkil olunmalı və sorğulara cavab verilməlidir. Sorğular aydın və obyektiv olmalı, sorğulara cavablar isə hesabat və ya forma şəklində verilməlidir.

İnformasiya sistemində gedən proses nədir? Verilənin kompüterə daxil edilməsi, xüsusi metod tətbiq etməklə onun emal olunması, emal nəticəsində alınan bu yeni verilənləri müəyyən xassələrə malik olduqları üçün informasiya kimi adlandırırlar. Onları da mütəxəssislərə, ya təşkilata və ya başqa bir informasiya sisteminə ötürürlər. Burda yeni anlayış daxil edilir: Verilənlərin daxil edilməsi, emal edilməsi, saxlanması, ötürülməsi və əks əlaqə.
İnformasiya sisteminin tərkibində nə var? İnsanlar, texniki vasitə, proqram vasitəsi verilənlərin toplanması, emal edilməsi, saxlanması və ötürülməsinə xidmət edir.
İnformasiya sisteminin xassələri. İnformasiya sisteminin 5 xassəsi var.

  1. Sistem qurularkən onun strukturu elə yaradılmalıdır ki, o struktur analiz etmək mümkün olsun.

  2. Sistem öz strukturuna görə dinamik və inkişaf edən olmalıdır.

  3. Sistem yaradarkən sistemli yanaşmadan istifadə edilməlidir.

  4. İxtiyari informasiya sisteminin çıxışında informasiya məhsulu alınır ki, onun əsasında mütəxəssislər idarəedici qərarlar qəbul edirlər.

  5. İnformasiya sistemini insan kompüter sistemi kimi qəbul edib informasiyanın emalının aparılması həyata keçirilir.

Yüklə 219,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin