Sual 1: Mexaniki hesablayici qurğular



Yüklə 219,47 Kb.
səhifə7/9
tarix31.10.2022
ölçüsü219,47 Kb.
#66897
1   2   3   4   5   6   7   8   9
suallar

Sistem interfeysi mərkəzi və periferiya hissəsi arasında aralıq rolunu oynayır, periferik hissədən gələn siqnalların mərkəzi hissəyə ötürülməsini təmin edir.


Sual 6: Verilən, informasiya, bilik və onlarin əsas xassələri

İnformatika elminin predmeti informasiyadır. İnformasiya latın mənşəli söz olub (informatio) məlumat, xəbər, fakt sözləri ilə eyniləşdirilir. Başqa sözlə, informasiya dedikdə ətraf aləmdən aldığımız biliklər, kitabdan, qəzetdən aldığımız məlumatlar, televiziyadan, radiodan eşitdiyimiz xəbərlər və s. nəzərdə tutulur. İnformasiya sözünü bəzən verilən, bilik kimi sözlərlə də eyniləşdirirlər. Onlar bir-birilə sıx bağlı olsa da, aralarında cüzi fərqləri nəzərə almaq lazımdır.


Verilənlər (ing. data) -texniki vasitələrlə saxlanılması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır.
İnformasiya- verilənlərin faydalı məzmunudur. Qavranılma şkalası ilə verilənlər və bilik arasında aralıq mövqe tutur.
Bilik - dərkolunma vasitəsilə alınan informasiyadır. Bilik elə informasiyadır ki, onun əsasında məntiqi mühakimələr yolu ilə müəyyən çıxarışlar və təkliflər alına bilər. Yəni, biliklər bizə yeni çıxarışlar etməyə, yeni təkliflər almağa imkan verir.
İnformasiya mübadiləsi siqnalların hesabına həyata keçirilir.
İnformasiya mübadiləsi zamanı əsas iştirakçı subyektlər informasiya mənbələri və informasiya qəbulediciləri hesab olunurlar.
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt "verilənlər" sözü ilə ifadə olunur. Verilən (ing. Data, latınca "datum" - fakt) dedikdə qeydə alınmış siqnallar nəzərdə tutulur. Verilənlər bəzən həqiqətdə mövcud olmayan anlayışları da ifadə edə bilər. İnformasiya isə qəbul edilmiş siqnallardır. Bir verilən o vaxt informasiyaya çevrilə bilər ki, o hökmən hər hansı bir mənanı ifadə etməlidir. Bilik isə qərar qəbul etməyə imkan verən sistemləşdirilmiş informasiyadır.
Verilənlərin ümumi halda ad qiymət, tip və struktur xarakteristikaları vardır. Tipinə görə verilənləri əsasən 4 qrupa ayırırlar:

  1. Hesabi (və ya rəqəm tipli) – Bu verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur. (Məs., kütləsi-4kq)

  2. Mətn (və ya simvol tipli) – Bu verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (Məs., rəng-qara)

  3. Məntiqi tipli – Bu verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur (Məs., 18 ədədinin tək ədəd olması doğru deyil)

  4. Göstərici tipli – bu verilənlərdən proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur.



Sual 7: İnformasiyanin adekvatliq formalari.

Məlumat və ya informasiyanın daşıyıcısı bir qayda olaraq, siqnal (lat. Signum - işarə) adlanır. Siqnal məlumatı ötürən və müəyyən istiqamətlərdə yaymağı əks etdirən fiziki prosesdir. Siqnalların işıq, səs, istilik, mexaniki, elektrik və s. kimi növləri vardır.


Məlumatı - informasiyanı ötürməyi təmin edən hər hansı fiziki kəmiyyətin zamana görə dəyişməsinə signal deyilir. İnformasiya parametrlərinin strukturundan asılı olaraq siqnallar diskret və kəsilməz formada ola bilərlər. Diskret formada ötürülən siqnallar rəqəmli (rəqəmsal), kəsilməz formada qəbul edilən siqnallar isə analoq növlü siqnallara aid edilirlər. Bizi əhatə edən aləmdə gördüyümüz təsvirlər, obyektlər, müəyyən zaman ərzində eşitdiyimiz səslər analoq tipli informasiyaya aid edilir.
Xüsusi kodlarla qurğulara verilən dəyişən siqnallar analog, diskret olaraq dəyişən ədədi qiymətlər çoxluğundan ibarət informasiya isə rəqəmli (rəqəmsal) tipli informasiyaya aid edilir.
Məsələn, kağız üzərində əks olunan mətn və ya şəkillər, mikrofondan daxil olunan siqnallar analoq tipli informasiyaya, kompüterlərdə əks olunan mətn və şəkillər, eşidilən səslər və ya müşahidə edilən hərəkətlər isə rəqəmsal tipli informasiyaya aidir.
İnformasiya simvollar yığımıdır. İnformasiyanın adekvat formaları:

  1. Sintaksis

  2. Semantika

  3. Praqmantika


Yüklə 219,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin