Sual 1: Mexaniki hesablayici qurğular


Sual 5: EHM-lərin strukturu və arxiteturası



Yüklə 219,47 Kb.
səhifə4/9
tarix31.10.2022
ölçüsü219,47 Kb.
#66897
1   2   3   4   5   6   7   8   9
suallar

Sual 5: EHM-lərin strukturu və arxiteturası

Kompüter arxitekturası aparat-proqram vasitələrinin ümumi prinsipləri və müəyyən sinif məsələlərin həlli üçün onların funksional imkanlarını təyin edən xarakteristikalarıdır. Kompüterin arxitekturası və strukturu anlayışı bəzən bir birinə bənzədilsə də onlar arasında kəskin fərq vardır. Belə ki, kompüterin strukturu dedikdə onun tərkib hissələri(əsas və əlavə qurğular, yaddaş qurğuları və s.) və onlar arasındakı əlaqələr nəzərdə tutulur. Arxitektura dedikdə isə bu tərkib hissələrinin öz aralarında necə əlaqələndirilməsi başa düşülür.


V nəslin bəzi nümayəndələrini çıxmaqla bütün nəsil kompüterlərin arxitekturasında məşhur amerikan alimi Con Fon Neymanın 40-cı illərdə təklif etdiyi prinsiplər əsas götürülür. Neyman arxitekturasının əsas prinsipləri aşağıdakılardır:

  1. Kompüter proqramla idarə olunan avtomatdır, yəni kompüterin işləməsi üçün proqram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir, digər tərəfdən isə qoyulmuş məsələni həll edir.

  2. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş birölçülü və xəttidir, yəni sözlər vektoru şəklindədir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır.

  3. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparmaq olar.

  4. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya simvollar sətri olmasını proqram müəyyənləşdirir.

Kompüter texnikasının inkişaf mərhələlərində Neyman arxitekturası xeyli təkmilləşdirilmiş və kompüterə qoyulan tələblərin böyük hissəsi proqram vasitələrinə istiqamətləndirilmişdir. Kompüterin aparat vasitələri ilə proqram vasitələri arasında qarşılıqlı əlaqələrin yeni səviyyəsi aşağıda göstərilən arxitekturaya gətirib çıxardı.
Kompüter arxitekturası

Yüklə 219,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin