Sual 3: Birinci, ikinci və üçüncü nəsil EHM –lər
I nəsil (1950-1959-cu illər) kompüterləri elektron lampalı elementlərdə qurulduğundan iş etibarlığı az, yaddaş tutumu və işləmə sürəti kiçik idi. Giriş-çıxış qurğularının və xarici yaddaşın funksional məhdudluğu mətni (simvol tipli) informasiyanın emalını çətinləşdirirdi. Odur ki, kompüterlərin tətbiq sahəsi məhdud idi. Onlar əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Keçmiş SSRI-do istehsal olunan I nəsil kompüterlǝrǝ misal olaraq "MESM", "BESM", "Strela", "M-3", "Minsk-1", "Ural-2", "M-20" və s. göstərmək olar.
II nəsil (1960-1969) kompüterlərin element bazası əsasən yarımkeçiricilardən ibarət idi, yaddaş tutumu, işləmə sürəti və avadanlığın iş etibarlığı nisbətən böyük idi. Giriş-çıxış qurğuları təkmilləşdirilmiş, böyük tutumlu xarici yaddaş (maqnit lentində) qoşulmuş və mətni informasiyanın emalı mümkün olmuşdur. Xarici qurğularla əsas qurğuların paralel işləməsi məsələsi qismən həll edilmişdir. Alqoritmik dillərdən istifadə etməklə proqramlaşdırma işi xeyli asanlaşmışdır. Kompüterlərin tətbiq sahələri xeyli genişlənmişdir. Sovet Ittifaqında istehsal olunan II nəsil kompüterlərə misal olaraq "BESM-4", "BESM-6", "M-220", "Minsk-2". "Minsk-22", "Minsk-32", "Ural-14" və s. göstərmək olar.
III nəsil (1970-1985) kompüterlərin yaradılması üçün zəmin yeni element bazasının mikroelektronikanın və inteqral sxemlərin yaranması oldu. Onlardan istifadə nəticəsində kompüterlərin qabarit ölçüləri kiçildi və iş etibarlığı daha da artdı. Qurğuların paralel işləməsi prinsipi daha da təkmilləşdirildi. Nəticədə asinxron dəyişdirilə bilən quruluşdan istifadə etməyə imkan yarandı və eyni vaxtda bir neçə proqramın yerinə yetirilməsi (multiproqram rejimi) mümkün oldu. Əsas qurğularla xarici qurğular arasında informasiya mübadiləsinin dinamik prinsiplə təşkili kompüterə müxtəlif sayda müxtəlif tipli xarici qurğuların qoşulmasına imkan verdi. Böyük yaddaş tutumu ilə yanaşı, yüksək yazma-oxuma sürətinə malik olan maqnit disklərindən xarici yaddaş kimi istifadə olunması ilk dəfə 111 nəsil kompüterlərində həyata keçirilmişdir. III nəsil kompüterlərin əsas səciyyəvi cəhətlərindən biri hesablama prosesinin təşkilində aparat və proqram vasitələrindən birgə istifadə olunmasıdır. Informasiya emalını və proqramlaşdırmanı sadələşdirmək və səmərəliyini artırmaq üçün əməliyyat sistemlərindən istifadə olunmağa başlandı. Nəticədə proqram vasitələrinin rolu xeyli artdı. III nəsil kompüterlərin əsasını ABŞ-ın IBM firmasının yaratdığı IBM 360 və IBM 370 kompüterləri təşkil edir. Bu kompüterlərin əsasında sonra dan SSRI-da "EС ЭВМ" tipli kompüterlər yaradıldı. Kompüterlərdən istifadə edənlərin müxtəlif tələblərini ödəmək məqsədi ilə bu nəsil kompüterlərin bir neçə modeli yaradılmışdır. Hər bir modelin tərkibini məqsədəuyğun şəkildə dəyişdirmək mümkün idi. Bu cür imkan III nəsil kompüterlərin modul prinsipi ilə qurulması əsasında əldə edilirdi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, maşında konstruktiv və funksional cəhətdən müxtəlif olan qurğular bir-birilə universal xarici əlaqələrlə birləşdirilir. Qurğular bloklardan təşkil olunur. Blokların tipini və sayını dəyişdirməklə qurğunun texniki xarakteristikalarını dəyişdirmək olar.Başda SSRI olmaqla sosialist ölkələrinin birgə iştirakı ilə III nəsil "EC" kompüterləri iki sıra ilə istehsal olunurdu: I sıra: EC-1010, EC-1020, EC-1030, EC-1040, EC-1050, EC-1060,
II sıra: EC-1015, EC-1025, EC-1035, EC-1045, EC-1055, EC-1065, EC-1066; Bu modellər bir-birindən məhsuldarlıqlarına, texniki xarakteristikalarına və komplektləşdirilmələrinə görə fərqlənir. Lakin maşın kodları səviyyəsində onlar arasında proqram uyğunluğu mövcuddur. III nəsil kompüterlərin bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan və ABŞ-ın DEC firması tərəfindən istehsal olunan PDP Və VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan "CM"maşınlarıdır. CM-1, CM-2, CM-3, CM-4, CM-1420 və s. Bu kompüterlər əsasən idarəetmə sistemlərində tətbiq üçün nəzərdə tutulur.
Sual 4: Dördüncü və beşinci nəsil EHM – lər
Dostları ilə paylaş: |