N sosial SİyaSƏt uoT 330: 332. 364 (479. 24) sosial SİyaSƏT vƏ



Yüklə 161.57 Kb.
Pdf просмотр
tarix09.05.2017
ölçüsü161.57 Kb.
növüXülasə

67

1/2013



SOSİal SİyaSƏT



UoT 330:332.364 (479.24)

SOSİal SİyaSƏT vƏ

İQTİSaDİ İnKİşaF

Musayev Akif 

Fərhad oğlu

İqtisad elmləri doktoru, 

professor, 

AMEA-nın müxbir üzvü

Az1073, bakı ş. landau 16.

akif.musayev@taxes.gov.az

akif.musayev@gmail.com



qarayev İmran 

Əliyar oğlu

İqtisad elmləri üzrə fəlsəfə

doktoru, dosent, 

Az1073, bakı ş. landau 16.

imran.garayev@taxes.gov.az

igarayev@hotmail.com



Xülasə

Tədqiqatın məqsədi – iqtisadi inkişafın müasir

mərhələsində sosial siyasətin müxtəlif aspektlərinin

təhlili vasitəsilə onun stimullaşdırıcı rolunun təhlili

və davamlı inkişafa təsirinin araşdırılması.



Tədqiqatın metodologiyası – riyazi-iqtisadi mod-

elləşdirmə, statistik təhlil, sistemli yanaşma, müqa -

yisəli təhlil.

Tədqiqatın  nəticələri  – Azərbaycanda  sosial

siyasətin müxtəlif aspektləri araşdırılmış,  və sosial-

iqtisadi bərabərsizliklərin keçid modeli qurulmuş-

dur.


Tədqiqatın  məhdudiyyətləri  – sosial  kapitalın

qiymətləndirilməsi  və  onun  kəmiyyət  xarakteris-

tikalarının müəyyənləşdirilməsi praktiki baxımdan

çətin məsələ olduğundan keçid modelində iqtisadi

bərabərsizliklərdən istifadə edilməsi.

Tədqiqatın praktiki əhəmiyyəti – iqtisadiyyatın

inkişafının  müasir  mərhələsində  sosial  amillərin

rolu və onun qiymətləndirilməsi.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – sosial

kapitalın  iqtisadi  inkişafdakı  rolunun  müəyyən-

ləşdirilməsi  və  sosial-iqtisadi  bərabərsizliklərin

keçid modelinın  qurulması.



Açar sözlər: sosial siyasət, sosial kapital, de -

moq rafik keçid, sosial-iqtisadi bərabərsizliklər, kor-

porativ sosial məsuliyyət

səh. 67-86

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com


1. giriş

Bazar iqtisadiyyatı şəraitində dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin

səmərəliliyi,  cəmiyyətin  mövcud    sosial-iqtisadi  strukturundan,  onun  keyfiyyət

xarakteristikalarından əhəmiyyətli dərəcədə asılıdır. İnsan kapitalı səviyyəsi yüksək

olan  ölkələrdə  sosial-iqtisadi  islahatlar  daha  uğurla  həyata  keçirilir,  vergidən

yayınma meyilləri daha aşağı olur. İnsan fərdi və sosial varlıq olmaqla cəmiyyətin

ayrılmaz bir tərkib hissəsidir. Məhz insan kapitalının səviyyəsinin yüksək olması

səbəbinə görə iqtisadiyyatı ikinci Dünya müharibəsi illərində demək olar ki, məhv

edilmiş Almaniya və Yaponiya çox qısa bir müddət ərzində iqtisadiyyatının əvvəlki

vəziyyətini bərpa etməklə yüksək inkişaf templərinə nail oldular. Lakin heç bir

müharibə görməmiş yalnız iqtisadi sistemi transformasiya olunmuş bir çox ölkələr

(o cümlədən, bəzi keçmiş Sovetlər Birliyinə daxil olan ölkələr) iqtisadi inkişafın

iyirmi il bundan əvvəlki vəziyyətinə belə çata bilmirlər.

İnsan bir tərəfdən iqtisadi islahatları həyata keçirən subyekt, digər tərəfdən isə

həmin siyasətin hədəfidir. Məhz bu duallıq xüsusiyyəti, insan kapitalının fəaliyyət

göstərdiyi sosial-institusional mühitin, cəmiyyətin mövcud formal və qeyri-formal

institutlarının yaranması prinsiplərinin daha dərindən təhlil olunmasını tələb edir.

İqtisadi ədəbiyyatda bu problemlər kifayət qədər təhlil edilmişdir [1, 2, 8, 9, 10, 11].

İqtisadi inkişafın sosial amilləri onun iqtisadi komponentlərindən ayrılmazdır.

Bəzi iqtisadi nəzəriyyələrdə cəmiyyətin sosial problemləri iqtisadi problemlərindən

ayrı şəkildə baxılır. Əvvəl iqtisadi problemlər həll edilməli, sonra sosial problemlərlə

bağlı  məsələlərə  baxılmalıdır  fikri  nəinki  səhv,  hətta  təhlükəlidir.  Cəmiyyəti

düşündürən sosial problemlər, mövcud sosial-iqtisadi bərabərsizliklər, əhalinin müx-

təlif qrup və təbəqələri arasındakı əməkdaşlıq səviyyəsi, vətəndaş cəmiyyətinin for-

malaşması,  partnyorluq  prinsipinin  real  praktiki  fəaliyyətdə  həyata  keçirilməsi

davamlı iqtisadi inkişafın təmin edilməsinin əsas və həlledici amilləridir. Bütün bun-

ları nəzərə alaraq sosial siyasət və ona təsir edən amillərə, demoqrafik problemlərə

nəzər yetirək.



2. Cəmiyyət və onun strukturu

Cəmiyyət - insanların birgə yaşayışının vahid, tarixi və dayanıqlı bir formasıdır.

Cəmiyyətin bütövlüyü və dayanıqlığı onun daxili strukturu arasındakı funksional

asılılıqlarla müəyyən olunur. Tarixi inkişaf nəticəsində cəmiyyətdə daimi olaraq

inkişaf prosesi baş verir. Bu proseslər iqtisadi, siyasi, sosial və digər amillərin təsiri

nəticəsində dinamik xarakter daşımaqla müxtəlif təsirlərə malik olur. İqtisadi inkişaf

nəticəsində əhalinin gəlirlərinin artması cəmiyyətin strukturunda iqtisadi parametr-

lərinə (gəlirlərə, xərclərə, sosial transfertlərə və s.) görə dəyişmələrə gətirib çıxarır.

Bu isə öz növbəsində müxtəlif sosial-iqtisadi proseslərin baş verməsinə səbəb olur.

68

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

Belə  ki,  aztəminatlı  ailələr  orta  və  ya  yüksək  təminatlı  qruplara  keçir.  Bunun

nəticəsində sosial-iqtisadi bərabərsizliklər sahəsində yeni bir vəziyyət əmələ gəlir.

Vergi siyasətində vergi dərəcələrində olan dəyişikliklər analoji qaydada əhalinin

adambaşına düşən gəlirlərinə görə paylanmasındakı mövcud vəziyyəti dəyişdirir.

Bu dəyişmələr əhalinin bütün qrup və təbəqələrinə təsir göstərdiyindən meydana

gələn keçid proseslərinin qiymətləndirilməsi məsələsi qarşıya çıxır. Sosial-iqtisadi

inkişaf əhalinin təhsil səviyyəsində, səhiyyə xidmətlərindən istifadə edilməsində,

sosial transfertlərin paylanmasında yeni və daha əlverişli şərait yaradır. Demoqrafik

proseslərdə olan təsirlər bilavasitə əhalinin sayının dinamikasında və onun yaş-cins

strukturunda fərqlər əmələ gətirir ki, bu da bilavasitə cəmiyyətin demoqrafik para-

metrlərində olan struktur fərqlərin yaranmasına səbəb olur. Bu təsirlərin model-

ləşdirilməsinə gələcəkdə baxılacaqdır.

Cəmiyyət müxtəlif fərdlərdən ibarət olan bir sistem olmaqla, onun ümumi prin-

siplərini özündə cəmləşdirir. Cəmiyyətin strukturu, bir tərəfdən onun  vahid kimi

təşkilati əlaqələrini müəyyənləşdirir, digər tərəfdən isə cəmiyyətin həyati fəaliyyə-

tinin geniş təkrar istehsalını təmin edir. Cəmiyyətdə baş verən proseslərin elmi cəhət-

dən  araşdırılmasının  qarşısında  duran  məqsədlər  bir-birindən  fərqlidir.  İqtisadi

inkişaf baxımından hansı modelə üstünlük verilməsi cəmiyyətdə baş verən proses-

lərin səbəblərinin öyrənilməsini, cəmiyyət üzvlərinin maraqlarını, onların istehlak

davranışının  təhlilini,  motivlərinin  araşdırılmasını  tələb  edir.  İctimai  elmlər

qarşısında duran əsas məsələlərdən biri də insanların davamlı olaraq üzləşdiyi prob-

lemləri yaradan səbəblərin aşkar edilməsi və onlara təsir göstərə biləcək mexanizm-

lərin qurulmasından ibarətdir. Məhz cəmiyyətin sosial-iqtisadi strukturunun və onun

inkişaf dinamikasının düzgün müəyyənləşdirilməsi həyata keçirilən dövlət siyasə-

tinin səmərəli olmasının  əsas şərtlərindən biridir. Hər hansı bir ölkədə insanları

düşündürən, onları narahat edən və həlli imperativ xarakter daşıyan problemlər

cəmiyyətin struktur problemlərini müəyyənləşdirir. 

Məsələ ondan ibarətdir ki, cəmiyyət müxtəlif iqtisadi gəlirlərə, fərqli sosial-iqti-

sadi    motivlərə  malik  təbəqələrdən  ibarətdir.  Cəmiyyətin  problemlərinə  fərqli

yanaşma əhalinin dayanıqlı xüsusiyyətlərə malik müxtəlif qrup və təbəqələrinin

sosial-iqtisadi davranışının öyrənilməsini və təhlil edilməsini nəzərdə tutur. Əhalinin

eyni bir oxşar yaşayış tərzinə və ictimai vəziyyətə malik təbəqələri sosial qruplar

adlanır. Cəmiyyət müxtəlif sosial qruplardan ibarət olan bir sistemdir. Hər bir sosial

qrupun öz maraqları, gəlirlərinin formalaşması xüsusiyyətləri, istehlak davranışları

vardır. Bəzi hallarda müxtəlif sosial qruplar arasındakı maraqlar ziddiyyətli xarakter

daşıyır. Sosial qruplar birlikdə əhalinin sosial strukturunu təşkil edir. Sosial qruplar

iqtisadi, demoqrafik və digər göstəricilərə görə müxtəlif təbəqələrə bölünürlər. İqti-

sadi parametrlərinə görə aztəminatlı, orta təminatlı və yüksək təminatlı qruplara ayır-

maq olar. Demoqrafik parametrlərə görə əhali çox uşaqlı, azuşaqlı və s. qruplara

bölünür.


69

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

3. Sosial siyasət 

Son zamanlar müasir iqtisadi nəzəriyyədə iqtisadi inkişaf proseslərinin əhalinin

həyat səviyyəsini, onun maddi rifahını xarakterizə edən sosial parametrlər vasitəsilə

ifadə edilməsi geniş yer almış və qəbul edilmişdir [8, 9]. Sosial parametrlər əhalinin

ümumi həyat səviyyəsini xarakterizə edən inteqral göstəricilərə və müxtəlif sosial

qrupların maraqlarını ifadə edən differensiallaşdırılmış göstəricilərə bölünür. Ümumi

inteqral göstəricilər əhalinin orta həyat səviyyəsini göstərir və bu zaman müxtəlif

sosial qruplar arasında olan fərqlər  nəzərə alınmır. Praktika göstərir ki, dövlət

tərəfindən həyata keçirilən iqtisadi tənzimləmə mexanizmləri bu problemlərə dife -

rensiallaşdırılmış yəni müxtəlif sosial qrupların maraqları nəzərə alınmaqla tətbiq

edilməlidir.

Sosial  siyasət  – geniş  mənada  əhalinin  və  onun  müxtəlif  qruplarının  sosial

vəziyyətinin saxlanılması və dəyişdirilməsi istiqamətində  aparılan siyasətdir. Sosial

siyasətin əsas məqsədi sosial vəziyyətə təsir göstərilməsindən ibarətdir.

Sosial vəziyyət – əhalinin və onun müxtəlif təbəqələrinin həyat fəaliyyətinin kom-

pleks xarakteristikasıdır. Sosial qrupların və təbəqələrin həyat tərzi müxtəlif amillərin

təsiri nəticəsində baş verir. Sosial vəziyyəti müəyyənləşdirən ictimai şərtlərə aşağı-

dakılar aiddir:

• Cəmiyyətin əsaslandığı ictimai-iqtisadi quruluş (bazar iqtisadiyyatı, sosialist

istehsal üsulu, inzibatı amirlik prinsipi və s.);

 mülkiyyət münasibətləri;

 iqtisadi şərtlər;

 ekoloji təhlükəsizlik;

 sosial təhlükəsizlik və sosial müdafiə.

Sosial siyasətin mahiyyətinin dərk edilməsi sosial vəziyyətin parametrlərinin

müəyyən  edilməsi  zərurətini  meydana  çıxarır.  Sosial  vəziyyətin  parametrlərinə

əhalinin həyat səviyyəsi, maddi rifah, həyat tərzi və həyat keyfiyyəti göstəricilərini

aid etmək olar. Əhalinin həyat səviyyəsi göstəricilərinə əhalinin gəlirləri, sosial trans-

fertlər, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər və digərləri aiddir. Əhalinin

həyat tərzi və həyat keyfiyyəti göstəriciləri yalnız kəmiyyət xarakteristikaları olan

göstəricilərlə məhdudlaşmır. Əhalinin həyat keyfiyyəti sosial xidmətlərlə təmin

edilməsi, əhalinin təhsil səviyyəsi, səhiyyə xidmətləri ilə əhatə olunması dərəcəsi

ilə xarakterizə olunur. Əhalinin həyat tərzi onun sosial-istehlak davranışı, insanın

xoşbəxtliyi, ailənin rolu və digər kəmiyyət xarakteristikaları dəqiq müəyyən edilə

bilməyən göstəricilərlə ifadə olunur. Sosial siyasətin əsas tərkib hissələrindən biri

də demoqrafik siyasətdir. Demoqrafik problemlər bilavasitə əmək bazarına təsir

göstərir. Doğum səviyyəsinin aşağı düşməsi və əhalinin yaşlaşması, əmək bazarında

yaranan problemlər  büdcə-vergi siyasətində dəyişikliklərin meydana gəlməsinə

səbəb olur.



70

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

4. Sosial siyasətin subyektləri

Müxtəlif insanlar, sosial qruplar eyni bir cəmiyyətdə yaşayır və fəaliyyət göstərir-

lər. Bu sosial qruplar cəmiyyət daxilində bir-biri ilə qarşılıqlı münasibətə girirlər.

Bu cür münasibətlərin formaları olduqca müxtəlifdir. Sosial partnyorluq, kompro-

mislər,  konfliktlər,  vətəndaş  birliyi,  tətillər,  müharibələr  və  s.  buna  olan  nü-

munələrdir. Digər siyasətlərdə olduğu kimi sosial siyasətdə də müxtəlif qruplar üzrə

olan ictimai münasibətlər əsas rol oynadığından sosial siyasəti həyata keçirən tərəf

müəyyənləşdirilməlidir. Dünyanın aparıcı iqtisadçılarının qəbul etdiyi fikirlərdən

biri də ondan ibarətdir ki, bazar iqtisadiyyatının sosial mexanizmləri demək olar ki,

yox dərəcəsindədir. Bu isə sosial siyasətin həyata keçirilməsində dövlətin rolunun

əsas götürülməsini tələb edir [8, 9].

Sosial qruplar cəmiyyətdə tutduğu mövqeyindən asılı olaraq aktiv və ya passiv

rol oynaya bilər. Məsələn, vergi siyasətinin hansı istiqamətdə aparılmasında dövlət,

sahibkarlar və digər strukturlarda çalışan əhali aktiv, əmək qabiliyyətli yaşdan yuxarı

olan əhali passiv rol oynayır.

Sosial siyasətin subyektləri - real şəkildə mövcud sosial qruplar və onların mə-

nafeyini qoruyan təşkilatlar və institutlardır. Sosial qrupların özləri ilə yanaşı onların

yaratdıqları təşkilatlar da sosial siyasətin subyektlərinə aid edilir. Məsələn, yazıçılar,

neftçilər, alimlər müxtəlif sosial qruplardır. Yazıçılar İttifaqı, Elmlər Akademiyası,

Neftçilərin Həmkarlar İttifaqı həmin sosial qrupların mənafelərini qoruyan təşkilat-

lardır. Demokratik idarəetmənin əsas prinsiplərindən biri də vətəndaş cəmiyyətinin

formalaşmasından ibarətdir.

Vətəndaş cəmiyyəti - ictimai quruluşun real çoxsubyektli elə bir formasıdır ki,

cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi iştirakçılarını özündə cəmləşdirir. Vətən-

daş  cəmiyyətində  bir-birindən  asılı  olmayan  çoxlu  subyektlər  mövcuddur  və

qərarvermə prosesində onların iştirakı təmin edilir. Vətəndaş cəmiyyətində tərəflər

arasındakı münasibətlər qanunvericiliklə təmin olunur. Hər bir siyasətin (o cümlədən

vergi siyasətinin) mahiyyətinin dərk edilməsi və onun səmərəliliyinin təmin edilməsi

üçün həmin siyasətdə maraqlı olan və bilavasitə iştirak edən sosial qruplar arasında

olan münasibətlər müxtəlif aspektlər üzrə araşdırılmalıdır:

• sosial siyasətdə iştirak edən aktiv və passiv tərəflər (subyektlər) müəyyən-

ləşdirilməlidir;

• təsir dairəsi daha yüksək olan subyektlər fərqləndirilməlidir;

• subyektlərin  sosial vəziyyətinin parametrləri  təyin edilməlidir;

• sosial vəziyyətin dayanıqlı tendensiyaları və sosial inkişaf vektoru;

• cəmiyyətin sosial stabilliyi və ona təsir edən amillər.

Bütün bu amillər həyata keçirilən sosial siyasətə eyni dərəcədə təsir göstərmir.

Hansı amillərin daha çox təsir etməsinin düzgün müəyyənləşdirilməsi sosial siyasətin

effektivliyini əhəmiyyətli dərəcədə artırır.

71

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

5. Sosial kapital

Son zamanlar iqtisadi və sosial elmlərdə sosial kapitala həsr edilmiş elmi tədqiqat-

ların sayı artmışdır [7, 8, 9, 10, 11]. Sosial kapitalın elmi ictimaiyyət tərəfindən qəbul

edilmiş vahid bir tərifi yoxdur. “Sosial kapital” dedikdə, cəmiyyətin müxtəlif təbəqə -

ləri arasındakı əməkdaşlığın səviyyəsinin iqtisadi və ictimai faydalılığa təsiri dərəcəsi

başa düşülür. Sosial kapital cəmiyyətin müxtəlif qruplarını birləşdirən bir mühitdir.

Bu mühiti daha əhəmiyyətli olan ölkələr bir qayda olaraq iqtisadi inkişafda daha

yüksək nəticələrə malik olurlar. Sosial kapital fiziki kapital ilə insani kapitalının sin-

tezini gücləndirməklə iqtisadi inkişafın davamlı olmasına təsir göstərir. Bu termin

elmi ədəbiyyatda ilk dəfə 1916-cı ildə L.Hanifan tərəfindən icmalardakı əmək-

daşlığın səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə istifadə edilmişdir. O, qeyd

edirdi ki, əgər hər hansı bir icmada bir ailə öz qonşusu ilə yaxşı münasibətdədirsə

və o qonşu da bu münasibəti digərləri ilə yarada bilirsə, onda belə birgə fəaliyyətdən

bütün icma faydalanır və beləliklə sosial kapital formalaşmış olur. Bu nəzəriyyənin

əsrin əvvələrində yaranmasına baxmayaraq onun geniş tədqiqi XX əsrin 70-80-cı il-

lərindən başlanılmışdır. Bu illərdə Nobel mükafatı laureatı Amerika iqtisadçısı Harri

Stenli Bekker (1930) tərəfindən əvvəllər işlədilməyən və yeni termin olan insan kap-

italı termini işlədilməyə başlanıldı [8, 11]. İnsan kapitalı dedikdə, insanın sağlamlığı,

onun təhsil səviyyəsi, təcrübəsi, bacarığı və yeni dəyər yaratmaq qabiliyyəti başa

düşülür. İnsan kapitalının yüksək olması iqtisadi inkişaf baxımından sosial kapitalın

səviyyəsinin yüksək olmasını tələb edir. 

6. Sosial məsuliyyət və korporativ inkişaf

Qeyd edildiyi kimi, hər hansı bir siyasətin (dövlət və ya qeyri-dövlət) həyata keçi -

rilməsi  zamanı  maraqlı  tərəflərin  (aidiyyəti  olan  sosial  qrupların)  əməkdaşlıq

səviyyəsi nəzərə alınmalıdır. Sosial nöqteyi-nəzərdən məsuliyyət daşıyan müəssisə

anlayışı  əslində  maraqlı  tərəflər  nəzəriyyəsinin  bir  hissəsini  təşkil  edir.  Sosial

siyasətin  funksiyalarının bir hissəsinin müəssisələrə keçirilməsi onun effektivliyinin

artırılması ilə yanaşı dövlətin sosial yükünü də azaldır [10, 11].

Vaxtilə ABŞ-ın Ceneral Elektrik şirkəti maraqlı tərəflərin dörd əsas qrupunu

müəyyənləşdirmişdir [11]:

səhmdarlar;



işçilər;


müştərilər;

cəmiyyət.



Maraqlı tərəflər hər hansı şirkətdə, qurumda onun keçmiş, indiki və gələcək

fəaliyyətində müəyyən tələbləri, mülkiyyəti (sahib olduğu vəsait), hüquqları və

maraqları olan qruplardır. Maraqlı tərəflər iki qrupa bölünür:

72

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

əsas maraqlı tərəflər 

ikinci dərəcəli maraqlı tərəflər.



Əsas maraqlı tərəflərin şirkətin və ya qurumun fəaliyyətində bilavasitə və davamlı

iştirakı mütləqdir. Əks təqdirdə şirkət və ya qurum irəli gedə bilməz. Bu qrupa səhm -

darları,  investorları, işçiləri, müştəriləri, təchizatçıları, dövləti (hökuməti)  və qa-

nunları  aid  etmək  olar.  İkinci  dərəcəli  səhmdarlar  isə  şirkətin  fəaliyyətinə  təsir

göstərirlər, lakin ticarət əməliyyatlarında (əqdlərdə) onların bilavasitə iştirakı vacib

deyildir. Bu qrupa medianı və xüsusi maraqlı qrupları da aid etmək olar. Kanadada

70 nəhəng şirkət arasında aparılan araşdırmalar belə bir nəticəyə gəlməyə əsas ver-

mişdir ki, maraqlı tərəflərin məsələləri və sosial məsələlər deyilən iki qrup amil

mövcuddur. Şirkətlərin rəhbərləri yalnız maraqlı tərəflərlə olan münasibətlərini idarə

edirlər, cəmiyyətlə olan münasibətlərə isə fikir vermirlər. O şirkətlər ki, bu amili

nəzərə almışdı daha çox müvəffəqiyyətlər əldə etmişdir. “Maraqlı tərəf iqtisadiyyatı”

hər kəs üçün əlverişli olmalı, hər kəs üçün imkanlar təqdim etməlidır. Təkmilləşmə

əmək tələb edir və heç bir qrup və ya təbəqə bu hüquqdan kənarlaşdırılmamalı və

ya məhrum edilməməlidir. İnsanların bu cəmiyyətdə payı var və onlar bunun üçün

məsuliyyət hiss edir, bunu əldə etmək və uğur qazanmaq üçün əmək sərf etməyə və

işləməyə meyil göstərirlər.

Əslində sosial nöqteyi-nəzərdən məsuliyyətli olmaq o demək deyil ki, hər hansı

şirkət və ya qurum onun fəaliyyətində maraqlı olan bütün tərəflərin dediyinə əməl

etməli və onların diktəsi ilə fəaliyyətini istiqamətləndirməlidir. Sadəcə olaraq, onların

fikirlərini  nəzərə  almalı  və  onlarla  etik  normalara  uyğun  şəkildə  “sosial  mə-

suliyyətlilik” çərçivəsindən kənara çıxmamaqla münasibətdə olmalıdırlar.

Nə üçün bəzi şirkətlər çox tez iflasa uğrayır, məhv olub sıradan çıxırlar? 100 ildən

700 ilə qədər fəaliyyəti davam edən 27 şirkət arasında araşdırma aparılmışdır. Bu

şirkətlərin arasında DuPont, Kodak, Mitsui, Sumitomo və Siemens də vardı. Məlum

olmuşdur ki, bu şirkətlər öz fəaliyyətləri dövründə 4 əsas amili nəzərə almışlar:

maliyyədə konservativlik;



ətraf dünyaya həssaslıq;

fərqliliyi (orijinallığı) qorumaq;



yeni ideyalara münasibətdə tolerantlıq.

Bu şirkətlər öz kapitallarına deyil, insanlara dəyər vermişlər. İnsanlara dəyər ver-

məyən,  sosial  kapitalı  gücləndirməyən  yalnız  kapitalını  və  əmlakını  qorumağa

çalışan qurum özü-özünü intihara sürükləyir.

7. İnam, sosial kapital və korporativ sosial məsuliyyət (KSM)

XVIII  və  XIX  əsrlərdə  iki  tərəfin    razılaşması  onların  verdikləri  şərəf  sözü

əsasında bağlanırdı və müqavilənin imzalanması onların, sadəcə, əl sıxmasından

ibarət olurdu. Hətta Britaniyada XIX əsrə qədər böyük ticarət müqavilələri tərəflərin



73

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

əl sıxmaları ilə həyata keçirilirdi. Əgər biznes davranışında inam və etibar mövcud

deyilsə, onda ticarət əməliyyatının xərcləri gözlənildiyindən çox olur. Ona görə ki,

inam olduğu halda xərc tələb edən informasiya toplanmasına və müqavilələri işləmək

üçün bahalı hüquqşünaslara ehtiyac olmur. İnam və KSM bir-birilə sıx əlaqəlidir.

KSM prinsiplərini rəhbər tutan şirkət onun fəaliyyətində maraqlı olan tərəflərin in-

amını artırmaq üçün əlindən gələni edəcəkdir. 

Amerika filosofu, siyasi iqtisadçı Frensis Fukuyama (1952) öz əsərlərində inamı

sosial kapital anlayışı ilə əlaqələndirir. Onun fikrincə, əslində cəmiyyətdə inam ən

kiçik və ən vacib sosial vahidlərdən (fərd və ya ailə) başlayır və millət səviyyəsinə

qədər yüksəlir. 

Fərdi səviyyədə inam hər hansı bir kəsin lazımi əşyanı lazımi yerə qoyması ilə

formalaşır. Əgər bir şəxs əlində daşıdığı zibil paketini heç kimin görmədiyi bir yerdə

atmaq əvəzinə onu zibil qutularının olduğu yerə qədər daşıyırsa, bu şəxs sözsüz

olaraq etibar ediləcək şəxsdir. Əgər cəmiyyətin bütün fərdlərinə bu xırda məsələdə

etibar olunsaydı, onda bunun ardınca daha böyük məsələlərdə inam yaranar və

nəticədə cəmiyyətin sosial kapitalı artardı.

Eyni misalı şirkətlərin nümunəsində də demək olar. Dünya üzrə məşhur “Şell”

neft şirkətinin öz tullantılarını Atlantik Okeanına axıtma cəhdi çox böyük beynəlxalq

ajiotaja  səbəb oldu. 

“Şell”in illər ərzində yaratdığı inam və sosial kapital çox sürətlə məhv oldu və

bərpa olunması üçün illər tələb olundu. Eyni bir taleyi məşhur neft nəhəngi “Britiş

Petrolium” (bp) şirkəti də yaşadı. Sosial məsuliyyət daşıyan müəssisə hal-hazırkı

sosial kapitalını qorumaq, gələcəkdə isə daha da artırmaq üçün mübarizə aparmalıdır.

8. Etik qaydalar və KSM

XIX əsrin sonlarında Oksfordda bir tacir öz rəqiblərinin hər fürsətdə fırıldaq və

dələduzluqdan  istifadə  etdiklərini  müşahidə  edir.  Nə  üçün  özünün  də  belə  edə

bilmədiyi üçün hiddətlənir. 

Nəhayət, cəsarətini toplayıb Balliol kollecinin sahibi nəhəng Benjamin Kouetin

yanına gəlir və bu sualı ona verir. Aldığı cavab isə belə olur: “Bacardığın qədər fırıl-

dağa az əl at!” Bu əhvalatdan çıxan ibrətamiz fikir odur ki, əslində etik davranışın

heç də sərt və dözülməz qaydaları yoxdur.

Etik  davranış  fərdlərin,  qrupların  və  cəmiyyətin  necə  davranmalarına  təsir

göstərən dəyərləri və prinsipləri əhatə edir. Biznes etikası isə bu dəyər və prinsiplərin

biznesdə necə tətbiqi ilə əlaqədardır. 

Biznes etikası ilə sosial məsuliyyət arasında əlaqə nədən ibarətdir? KSM şirkətin

idarəetmə  strategiyasının  bir  hissəsidir,  buna  görə  də  biznes  etikası  sosial  mə-

suliyyətə aid edilir. Sosial məsuliyyət etik qaydaları həm şirkətin daxilində, həm də

şirkətdən kənarda  sosial məsələlərlə məşğul olmağa həvəsləndirir.

74

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

9. Demoqrafik siyasət

Əhalinin yaş və cins strukturu, doğum və ölüm səviyyələri, daxili və beynəlxalq

miqrasiya, əhalinin sıxlığı və onun regionlar üzrə paylanması, orta ömür müddəti,

ailənin reproduktiv fəaliyyəti, əhalinin təhsil səviyyəsi, onun maddi və mənəvi du-

rumu ölkənin davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır. Dünya

ölkələrinin  inkişaf  tarixi  sübut  edir  ki,  demoqrafik  inkişafı  olmayan  ölkələrin

gələcəyi bir çox çətin problemlərin həll edilməsini tələb edir. Əsaslandığı ictimai-

iqtisadi  quruluşundan  asılı  olmayaraq  hər  bir  ölkədə  demoqrafik  siyasətin

səmərəliliyi digər sosial-iqtisadi parametrlərlə yanaşı, dünyada baş verən demoqrafik

proseslərin dinamikasından  və inkişaf  xüsusiyyətindən asılıdır [3, 4, 5, 6].

Müasir dövrdə dünyada genişlənən qloballaşma prosesləri çərçivəsində Azərbay-

can  Respublikasının  sosial-iqtisadi  inkişafının  təmin  edilməsi  onun  strateji  is-

tiqamətlərinin  müəyyənləşdirilməsi  demoqrafik  proseslərin  təhlilini  və  onların

meydana gəlməsi səbəblərinin araşdırılmasını tələb edir. Demoqrafik proseslərin

inkişafı istiqamətləri bilavasitə dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi

siyasətə təsir göstərir. Bu, bir tərəfdən dövlət tərəfindən həyata keçirilən sosial-iqti-

sadi siyasətin effektivliyini artırır, digər tərəfdən isə demoqrafik inkişaf sahəsində

həyata keçirilən tədbirlərin səmərəliliyini gücləndirir.

Bu gün dünyada baş verən demoqrafik proseslər ziddiyyətli bir xarakter daşıyır.

Burada açıq şəkildə şimal və cənub divergensiyası mövcuddur. Bir tərəfdən, cənubda

iqtisadi cəhətdən zəif və yoxsulluğun geniş yayıldığı  ölkələrdə əhali sürətlə artır,

digər tərəfdən, yüksək iqtisadi göstəricilərə malik  şimal ölkələrində əhalinin azalma

meyilləri müşahidə olunur. Lakin qeyd etmək lazımdır ki, cəmiyyətdə baş verən

digər proseslərdən fərqli olaraq demoqrafik sistem homostatik xarakter daşıyır. Yəni

demoqrafik sistem ətalətli bir sistem olmaqla xarici təsirlərə çox zəif cavab verir.

Əgər demoqrafik inkişaf bilavasitə ölkənin iqtisadi vəziyyətindən asılı olsa idi, onda

inkişaf  etmiş  ölkələr  demoqrafik  problemlərlə  üzləşməzdi.  Müasir  qloballaşan

dünyada demoqrafik problemlərin əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bir

ölkədə  demoqrafik  problem  əhalinin  təbii  artımının  azalması,  digər  ölkədə  isə

əhalinin yüksək təbii artımı ilə bağlıdır. Təbii artımı aşağı olan və iqtisadi cəhətdən

inkişaf etmiş ölkələr bu problemi miqrasiya hesabına həll etməyə çalışırlar. Demoq -

rafik proseslərin xüsusiyyətləri hər bir ölkə üçün xarakterik olan cəhətlərin araşdırıl-

masını tələb edir. Bir ölkə üçün əhəmiyyətli olan  demoqrafik siyasət başqa ölkə

üçün əks təsir göstərir. 

Müasir demoqrafik  problemlər bu gün Azərbaycanda istər dövlət, istərsə də elmi

ictimaiyyət tərəfindən böyük maraq doğurur. Demoqrafik proseslərin cəmiyyətdə

baş verən digər proseslərdən fərqi ondan ibarətdir ki, onların həllinin inkar edilməsi

cari vəziyyətdə hiss olunmur. Lakin uzun illər onların nəzərə alınmaması gələcəkdə

çox mürəkkəb və bəzən həlli mümkün olmayan sosial-iqtisadi fəsadların və hətta

75

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

ölkənin müdafiə qabiliyyətinin azalmasına səbəb olan proseslərin meydana gəlmə -

sinə səbəb olur.



10. Demoqrafik keçid modelləri

Müasir  demoqrafiya  elminin  son  zamanlar  daha  geniş  tədqiq  olunan  is-

tiqamətlərindən biri əhalinin təkrar istehsalı prosesində baş verən kəmiyyət və key-

fiyyət dəyişikliklərini izah etməyə cəhd edən  demoqrafik keçid konsepsiyasıdır. İlk

dəfə demoqrafik keçid termini 1945-ci ildə Amerika demoqrafı Frenk Noutstayn

(1902-1983) tərəfindən təklif edilmişdir. Lakin demoqrafik keçid konsepsiyasının

nəzəri əsasları demoqrafik inqilab adı altında XX əsrin 20-30-cu illərində fransız

demoqrafı Adolf Landri (1874-1956) tərəfindən hazırlanmışdır. Elmi ədəbiyyatda

geniş istifadə olunan demoqrafik keçid, demoqrafik modernləşdirmə və demoqrafik

inqilab terminləri prinsip baxımından eyni məna kəsb edir. Demoqrafik keçidin üç

əsas modeli mövcuddur:

1.Yüksək doğum və yüksək ölüm fazası;

2.Yüksək doğum və aşağı ölüm fazası;

3. Aşağı doğum və aşağı ölüm fazası.

Demoqrafik inqilab (demoqrafik modernləşdirmə, demoqrafik keçid) yüksək

doğum və yüksək ölüm tarazlıq modelindən  demoqrafik proseslərin yeni sosial-iqti-

sadi şəraitə uyğunlaşması məqsədi ilə  aşağı doğum və aşağı ölüm tarazlıq modelinə

olan keçiddir. Demoqrafik inkişaf tarixində bir modeldən digər modelə keçid min

illər vaxt tələb edir. Uzun illər bəşər cəmiyyəti yüksək doğum və yüksək ölüm  mode -

li çərçivəsində fəaliyyət göstərmişdir. Lakin uzun illərdən sonra bütün dünyada ölüm

səviyyəsinin  aşağı  düşməsi  yeni  demoqrafik  modellərə  keçilməsi  ilə  müşahidə

ediləcəkdir  Demoqrafik  tarazlıq  bir  tərəfdən  sistem  daxilində  doğum  ilə  ölüm

arasında olan tarazlıq, digər tərəfdən isə demoqrafik sistemin cəmiyyətin digər sis-

temləri  ilə  mövcud  demoqrafik  və  qeyri-demoqrafik  proseslərin  qarşılıqlı  təsiri

şəraitində baş verən tarazlıqdır.

Uzun əsrlər boyu insan cəmiyyəti yüksək doğum və yüksək ölüm modeli əsasında

inkişaf etmişdir. Əgər biz bəşər cəmiyyətinin təşəkkülü və inkişafı tarixinə demoq -

rafik baxımdan yanaşsaq, onda nəzərə çarpan ilk əsas cəhət ondan ibarətdir ki, yalnız

XX əsrdə dünya əhalisinin sayı 4 dəfədən çox artmışdır. Belə bir demoqrafik part-

layış heç vaxt tarixdə müşahidə olunmamış və bir daha gələcəkdə baş verməyəcəkdir.

Şəkil 1-dən aydın göründüyü kimi dünya əhalisinin sayı 1950-ci ildən etibarən

görünməmiş sürətlə artmağa başlamışdır. Əgər 50 min illik demoqrafik inkişaf tari -

xində yalnız 1820-ci ildə Yer kürəsində əhalinin sayı 1 milyard olmuşdusa, ikinci

milyarda çatmaq üçün cəmi 100 il vaxt tələb olunmuşdur. Lakin sonrakı 3 milyarda

çatmaq üçün artıq 40 il, 4 milyard üçün 15 il, 5 milyarda çatmaq üçün 12 il, 6 mil-

yarda çatmaq üçün isə 12 il lazım gəlmişdir. Demoqrafik partlayışa səbəb tibbin



76

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

inkişafı epidemiyaların qarşısının alınması və  antibiotiklərin kəşfi olmuşdur.

Demoqrafik partlayış inkişaf etməkdə olan ölkələrdə ölümün səviyyəsinin aşağı

düşməsi, doğumun isə kifayət qədər yüksək səviyyədə olması ilə bağlı baş vermişdir.

Əhalinin artımı bir tarazlıq halından digərinə keçidlə müşahidə edilmişdir.

Bir tərəfdən iqtisadi cəhətdən güclü inkişaf edən böyük maliyyə potensialına və

resurslara malik olan Şimal, digər tərəfdən isə zəif, yoxsul əhalisi aclıqdan əziyyət

çəkən Cənub ölkələrindəki sosial-iqtisadi vəziyyət aşkar şəkildə dünyada qlobal-

laşma şəraitində baş verən ziddiyyətli prosesləri daha da dərinləşdirir və mürəkkəb

divergent vəziyyət yaradır.

şəkil 1. Dünya əhalisinin 2500 il ərzində artım dinamikası

Belə dərin qütbləşməyə baxmayaraq gələcəkdə də inkişaf etməkdə olan ölkələrin

əhalisinin sayının artması gözlənilir. Artıq bir çox Avropa ölkələrində Rusiyada

əhalinin de-populyasiyası baş verir. Şübhəsiz ki, bu proseslər Azərbaycandakı de-

moqrafik vəziyyətə də təsirini göstərmişdir.

1995-2011-ci illər ərzində orta ömür müddəti 69,1 ildən 73,8 yaşına çatmışdır.

Lakin bu artım cins qrupları üzrə eyni olmamışdır. Kişilərlə qadınlar arasında orta

ömür  müddəti  göstəricisi  üzrə  nəzərə  çarpacaq  fərqlərin  olmasına  baxmayaraq

kişilərin orta ömür müddəti daha sürətlə artmışdır.

Azərbaycanda tədqiqatçılar tərəfindən  demoqrafik keçid konsepsiyası demək

olar  ki,  təhlil  edilməmişdir.  Bütün  dünya  ölkələri  demoqrafik  keçid  periodunu

keçməlidirlər. 

Lakin Azərbaycanın demoqrafik keçidin hansı mərhələsində olması və ümu-

miyyətlə dünyada baş verən demoqrafik keçid prosesləri ilə nə dərəcədə bağlı olması

xüsusi əhəmiyyət kəsb edir. Bu demoqrafik proseslərlə yanaşı milli mənafelərin

qorunması, milli gücün artırılması ilə bağlı olan digər sosial sahələrdə baş verən

dəyişikliklərin araşdırılmasını onların qarşılıqlı əlaqəsinin öyrənilməsini tələb edir.

77

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

İllər

m

lr

d

. n

əf

ər

Əhalinin doğum səviyyəsi

Əhalinin  təbii  artımına  təsir  edən  əsas  göstəricilərdən  biri  əhalinin  hər  min

nəfərinə düşən doğulanların sayını göstərən  ümumi doğum əmsalı göstəricisidir.

Azərbaycanda ən yüksək doğum səviyyəsi 1960-cı ildə müşahidə edilmişdir. Bu ildə

doğumun ümumi əmsalı 42,6nəfər, o cümlədən şəhər yerlərində 34,9 nəfər, kənd

yerlərində isə 49,8 nəfər olmuşdur. Hazırda DSK-nın hesablamalarına görə, əhalinin

hər min nəfərinə düşən doğulanların sayı 18,5 nəfər, o cümlədən şəhər yerlərində

17,2 nəfər, kənd yerlərində isə 20 nəfər təşkil etmişdir. 

Ümumi nəsilvermə əmsalında da son 50 il ərzində ciddi dəyişikliklər baş vermiş -

dir. 1960-cı ildə Azərbaycanda bu əmsal 5,2 nəfər olduğu halda, 2010-cu ildə cəmi

2,3 nəfər olmuşdur. Hət ta 2001-ci ildə ilk dəfə bu göstərici 2-dən kiçik olaraq, 1,8

təşkil etmiş dir. Lakin 2003-cü ildən etibarən bu göstəricidə yenidən artım müşahidə

edil məyə başlanmışdır. Ümumi nəsilvermə əmsalı 2011-ci ildə 2,4 nəfər olmuşdur.

Əhalinin ölüm səviyyəsi

Əhalinin təbii artımına təsir göstərən digər göstərici  əhalinin hər min nəfərinə

düşən  ölənlərin  sayını  göstərən  ümumi  ölüm  əmsalı  göstəricisidir. Azərbaycan

müstəqilliyini bərpa etdiyi 1991-ci ildə ölüm səviyyəsi 6,3 nəfər, o cümlədən şəhər

yerlərində 6,1nəfər, kənd yerlərində 6,4 nəfər təşkil etmişdir. Hazırda Azərbaycanda

ölüm  əmsalı  əhalinin  hər  1000  nəfərinə  6  nəfər  təşkil  edir.  Demoqrafik  siyasət

baxımından ölüm səviyyəsinin aşağı salınmasının təbii məhdudiyyətlər səviyyəsi

mövcuddur. Lakin Azərbaycanda mövcud yaş və cins strukturu ölüm səviyyəsinin

aşağı salınması üçün mövcud imkanlardan səmərəli istifadə edilməsini tələb edir.

Əhalinin yaş və cins strukturu

Əhalinin cins strukturu ölkədə baş verən siyasi və iqtisadi proseslərdən asılı olaraq

dəyişir. Azərbaycanda 1939-cu ildə həyata keçirilən əhalinin siyahıya alınmasının

nəticələrinə görə, əhalinin 52.4%-ni kişilər, 49,6 %-ni qadınlar təşkil edirdi. Lakin

ölkədə baş verən müharibələr bu struktura təsir göstərmışdir. DSK-nın hesabla-

malarına görə, 2011-ci ildə əhalinin 50,4%-ni qadınlar 49,6%-ni kişilər təşkil et-

mişdir. Təbii artım prosesində baş verən dəyişikliklər əhalinin yaş strukturuna da

ciddi şəkildə təsir göstərmişdir. Belə ki, 60 yaşdan yuxarı yaşda olan əhalinin sayı

1990-cı ildəki 4,8%-dən 2011-ci ildə 6,5%-ə qədər yüksəlmişdir.

11. İnsan inkişafı konsepsiyası

XX əsrin son onilliyində meydana gəlmiş davamlı insan inkişafı konsepsiyası

müasir dövrdə bilavasitə insan inkişafına doğru istiqamətlənmiş ən müasir inkişaf

modellərindən biridir. Bu konsepsiya inkişafın bütün aspektlərini - iqtisadi artım,

investisiya, texnologiyalar, infrastruktur, beynəlxalq ticarət, sosial müdafiə, məşğul-

luq və insan inkişafi ilə bağlı digər sahələri özündə  cəmləşdirir. Davamlı İnsan

İnkişafı Konsepsiyasının əsas məqsədi insanlara mövcud olduqları insan kapitalının

78

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

imkanlarının tam şəkildə həyata keçirilməsi, cəmiyyətdə sərbəst seçim prosesləri

üçün bərabər şəraitin yaradılmasının təmin edilməsindən ibarətdir. Davamlı İnsan

İnkişafı Strategiyasında elə bir inkişaf prosesi nəzərdə tutulur ki, bu bir tərəfdən mü-

vafiq sosial iqtisadi siyasətlə tənzimlənməli, digər tərəfdən isə gələcək nəslin inkişafı

üçün zəmin yaratmalıdır. Davamlı İnsan İnkişafı Konsepsiyası öz qarşısına insan

inkişafını əsas məqsəd kimi qoymaqla ona nail olmaq yollarını araşdırır. 

Son dövrlərdə dünya iqtisadiyyatında baş verən qloballaşma prosesləri, ölkələr

arasında inteqrasiya meyillərinin güclənməsi, iqtisadi inkişafda sosial faktorların

rolu nun artması davamlı insan inkişafı konsepsiyasının hər bir ölkənin regional və

mil li xüsusiyyətləri nəzərə alınmaqla  yaradılması zərurətini meydana çıxartmışdır.

Artıq iqtisadi inkişaf yalnız adambaşına düşən ÜDM-in miqdarı ilə deyil, kəmiyyət

xarakteristikaları dəqiq təyin edilə bilməyən sosial faktorlarla da müəyyənləşdirilir.

Dünya iqtisadiyyatında baş verən sosial-iqtisadi inkişaf proseslərinin analizi sübut

edir ki, heç də həmişə ölkədə baş verən iqtisadi yüksəliş insan inkişafina adekvat

təsir göstərmir. Onun həyata keçirilməsi üçün iqtisadi artımla yanaşı bilavasitə insan

inkişafına xidmət edə bilən, cəmiyyətin bütün qrup və təbəqələrinin xüsusiyyətlərini

əhatə edən, ölkədə baş verən sosial-iqtisadi prosesləri insan inkişafına yönəldə bilən

institusional  mühitin  formalaşması  zəruridir.  Azərbaycanda  fəaliyyət  göstərən

hökumət və qeyri-hökumət təşkilatları o cümlədən BMT və Böyük Britaniyanın Oks-

fam  humanitar  təşkilatı  və  s.  tərəfindən  həyata  keçirilən  layihələr  (yoxsulluğun



azaldılması ilə mübarizə, ekoloji proqramlar, gender problemləri üzrə tədqiqatlar,

tədris və səhiyyə sahəsindəki islahatlar) insan inkişafina doğru istiqamətlənmişdir.

1995-ci ildən başlayaraq hər il İnsan inkişafı haqqında milli hesabatlar dərc olun-

mağa başlanmışdır. İnsan İnkişafı İndeksi (İİİ) ölkədəki  insan kapitalının keyfiyyə-

tini xarakterizə edən əsas sintetik göstəricidir. Bu indeks özündə əsas üç göstəricini

əks etdirir:

əhalinin sağlamlıq səviyyəsini xarakterizə edən orta ömür müddəti indeksi;



əhalinin təhsil səviyyəsi indeksi;

adambaşına düşən ÜDM-i  xarakterizə edən indeks.



Davamlı  insan  inkişafı  strategiyasında  elə  inkişaf  modeli  nəzərdə  tutulur  ki,

əhalinin bütün təbəqələrinin maraqları, cəmiyyətin müasir və prioritet inkişaf is-

tiqamətləri, ətraf mühitin  gələcək nəsillər üçün qorunması təmin edilmiş olsun.

Davamlı insan inkişafı paradiqmasının əsasını aşağıdakı prinsiplər təşkil edir:

davamlılıq;



ədalətlilik;

insanların inkişafı və maddi rifah.



Davamlı İnsan İnkişafı konsepsiyasının son məqsədi özündə cəmləşdirməklə

insan inkişafını  təmin edə bilən iqtisadiyyatın bütün sahələrini - səhiyyəni, təhsili,

mədəniyyəti və s  əhatə edir. 2011-ci ildə Azərbaycanda insan inkişafı indeksi 0,781-

ə bərabər olmuşdur. Bu dünya ölkələri arasında 76-cı nəticədir.



79

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

12. İqtisadi bərabərsizliklərin keçid modeli

İqtisadi inkişaf  nəticəsində əhalinin maddi rifahının yüksəlməsi müxtəlif sosial-

iqtisadi  qruplar  arasında  keçid  proseslərinin  baş  verməsinə  səbəb  olur.  İqtisadi

bərabərsizliklər əhalinin gəlirlərində baş verən dəyişikliklər nəticəsində əmələ gəlir.

Bu vergi dərəcələrində olan dəyişikliklər hesabına da əmələ gələ bilər. Əgər iqtisadi

inkişaf, vergi dərəcələrinin aşağı salınması  əhalinin gəlirlərinin artması ilə müşahidə

olunursa, onda əhalinin bir hissəsi gəlirləri aşağı olan qrupdan gəlirləri daha yuxarı

olan qruplara keçir. Bu isə öz növbəsində həmin keçid  proseslərinin kəmiyyət xarak-

teristikalarının model səviyyəsində öyrənilməsi zərurətini meydana çıxarır.

Ümumiyyətlə, əhalinin həyat səviyyəsinin tədqiqi üçün bir çox ölkələrdə o cüm-

lədən, Azərbaycanda da ev təsərrüfatlarının müayinəsi həyata keçirilir. Ev təsərrü-

fatlarının tədqiqi  əhalinin müxtəlif sosial-iqtisadi qruplarını əhatə edir və rotasiya

üsulu vasitəsi ilə həyata keçirilir. Bu informasiya eyni zamanda əhalinin gəlirlərə

görə paylanması və sosial-iqtisadi bərabərsizliyi də təyin etməyə imkan yaradır.

Sosial-iqtisadi bərabərsizlikləri qiymətləndirmək üçün Lorens əyrisindən, Cini, desil

əmsallarından və s. indekslərdən geniş istifadə olunur. Lakin qeyd etmək lazımdır

ki, bu riyazi-iqtisadi metodlar mövcud vəziyyəti əks etdirir. Əgər biz müxtəlif illər

üçün bu əmsallardan hər hansı birinin məsələn, desil əmsalını hesablasaq, onda bu

dinamik sıra vasitəsi ilə yalnız sosial bərabərsizliyin artıb və azalması barədə fikir

söyləyə bilərik. Lakin bu zaman əhalinin müxtəlif sosial-iqtisadi qrupları arasında

hansı proseslərin baş verdiyini və nə qədər ev təsərrüfatının aşağı qruplardan yuxarı

qruplara  keçməsini,  başqa  sözlə,  daxildə  baş  verən  struktur  dəyişikliklərinin

kəmiyyət xarakteristikaları barədə nəticə söyləməyə imkan vermir. Təklif olunan

keçid modelində məhz bu çatışmamazlıq aradan götürülməklə əhalinin gəlirlərinin

artması nəticəsində əhalinin müxtəlif sosial-iqtisadi qrupları arasında hansı struktur

dəyişikliklərinin baş verdiyinin tədqiq edilməsinə cəhd edilmişdir. Hər bir riyazi-

iqtisadi modeldə  olduğu kimi burada da müəyyən fərziyyələr irəli sürülmüşdür.

Tutaq ki, hər hansı bir baza ilində əhalinin adambaşına düşən gəlirlərinə görə

paylanması g

o

i

olmuşdur. Sonra isə əhalinin gəlirlərinin  artması ilə əlaqədar olaraq

paylanma  g

i

, olmuşdur. Burada i=1...m,  m-əhalinin gəlirlərə görə paylanması qru-

plarının sayıdır. Azərbaycanda son illər aparılan büdcə tədqiqatlarında əhalinin gəlir-

lərə görə paylanmasında 10 iqtisadi qrup qəbul edilmişdir.  f



i

və g



i

paylanmasını

almaq üçün də seçmə üsulu ilə aparılan tədqiqatlar nəticəsində alınan paylanmalar

müxtəlif modellər vasitəsi ilə (məsələn: loqorifmik normal model) toplu yığıma şamil

edilməlidir. Bu paylanmalar Dövlət Statistika Komitəsi tərəfindən hesablanaraq dərc

olunur. F



k

və G



k

paylanmasının kumulyativ sıraları aşağıdakı düstur vasitəsi ilə

hesablanır: 

80

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

(1)


(2)

Təbii ki, əhalinin gəlirləri artırsa, onda biz qəbul edə bilərik ki,

İxtiyari üçün əhalinin i-ci qrupunun ümumi sayda payını göstərdiyindən aşağı-

dakı bərabərliyi yaza bilərik:

(4) bərabərliyinin iqtisadi mahiyyəti ondan ibarətdir ki, əhalinin gəlirlərinin art-

ması nəticəsində əhali aşağı qruplardan gəliri daha yüksək olan yuxarı qruplara

məsələn, 1-dən 2-yə, 1-dən 3-ə, 1-dən 5-ə, 1-dən 6-ya, 2-dən 3-ə, 2-dən 4-ə, ... və s.

keçid baş verir. Aydın məsələdir ki, iqtisadi artım nəticəsində əhalinin 1-ci qrupdan

2-ci qrupa keçmə ehtimalı, 1-dən 3-ə keçmə ehtimalından daha çoxdur. Biz fərz

edirik ki, iqtisadi inkişaf nəticəsində əhali gəlirləri az olan qruplardan gəlirləri daha

çox olan yüksək qruplara keçir. Onda bu keçid prosesini xarakterizə edən H matrisi

üçbucaqlı matris olmalıdır.

Burada matrisa aşağıdakı şəkildə olmalıdır:



matrisi, eyni zamanda, aşağıdakı sərhəd şərtlərini ödəməlidir.

matrisinə keçid matrisi deyilir. Keçid matrisi faktiki olaraq müxtəlif paylanmalar

arasında hansı struktur dəyişikliklərinin baş verdiyini söyləməyə imkan verir. Bu

modelin əsas fərziyyəsi ondan ibarətdir ki, iqtisadi inkişaf nəticəsində sosial-iqtisadi

qruplar gəlirləri aşağı olan təbəqələrdən gəlirləri daha yüksək olan  yuxarı təbəqələrə

keçirlər. H  matrisini sütunlar üzrə quraq. Matris üçbucaq matris olduğundan birinci

sütun üçün trivial olaraq aşağıdakını alırıq:



81

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

(3)


(4)

(5)


(6)

(7)


(8)

Mütənasib  paylanma  üsulundan  istifadə  edərək  ikinci  sütun  üçün  aşağıdakı

qiymətləri alırıq:

Asanlıqla müəyyən etmək olar ki,

İkinci sütunun qalan elementləri üçün

(1)-(2) düsturlarından istifadə edərək   və  -ni aşağıdakı şəkildə ifadə edə bilərik:

Analoji olaraq üçüncü sətrin elementləri üçün aşağıdakı düsturları ala bilərik:

Burada

matrisinin j-matrisinin elementlərini tapmaq üçün yeni   matrisini daxil edək:



matrisi üçbucaq olduğundan,

82

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

Xüsusi halda i=1 və  j=3 olduqda (9) düsturunu alırıq.

Analoji qaydada   matrisindən istifadə edərək ilkin paylanmadan iqtisadi artım

olduqdan sonra yaranmış paylanmaya olan keçid matrisini aşağıdakı şəkildə ifadə

edə bilərik.

matrisinin (11) düsturu vasitəsi ilə ümumi şəkildə hesablamaq mümkündür.

Mütənasib paylanma üsulunun iqtisadi mahiyyətini izah edək. Bu üsul iqtisadi artım

nəticəsində əhalinin gəlirlərinin artması ilə əlaqədar olaraq əhalinin aşağı qruplardan

daha yüksək qruplara keçidin daha ehtimallı yollarını təsvir edir. Belə ki, əhalinin

gəlirlərinin artması, əməkhaqqının, sosial transferlərin və digər mənbələrin hesabına

baş verir. Əhalinin gəlirlərinin artması aşağı qrupdan daha yuxarı qrupa keçməsini

zəruriləşdirir. Riyazi induksiya üsulundan istifadə etməklə asanlıqla isbat etmək olar

ki,        matrisi (1)-(2) bərabərliyini ödəyir [13]. Keçid matrisi yalnız iqtisadi siyasətin

əsaslandırılması ilə yanaşı bir çox sosial proseslərin təhlili zamanı da istifadə edilə

bilər.


13. nəticə

Aparılan araşdırmalar yekun olaraq aşağıdakı nəticələrin irəli sürülməsinə imkan

verir:



dövlət  tərəfindən  həyata  keçirilən  iqtisadi  siyasətin  səmərəliliyinin  təmin



edilməsi  prosesində  cəmiyyətdəki  mövcud  sosial-iqtisadi  bərabərsizliklər

qiymətləndirilməli və sosial parametrlərin dinamikası əsas götürülməlidir;

iqtisadi  inkişaf  prosesində  sosial  kapital  əhəmiyyətli  və  bir  çox  hallarda



həlledici  rol  oynayır.  Sosial  kapitalın  kəmiyyət  xarakteristikalarının  təyin

edilməsi sahəsində mövcud problemlər onun riyazi-iqtisadi modelləşdirmə

prosesində tətbiqini çətinləşdirir və yeni prinsipial üsulların işlənilməsi zərurə-

tini meydana çıxarır;

demoqrafik  inkişaf,  əhalinin  yaş  və  cins  strukturunun  dinamikası,  əmək



bazarının göstərcilərinin təhlili prosesində demoqrafik keçid modellərinin xü-

susiyyətləri nəzərə alınmalıdır;

bazar iqtisadiyyatının sosial mexanizmlərinin  zəif olması bu sahədə dövlətin



rolunu və funksiyalarını artırır. Azərbaycanda fəaliyyət göstərən transmilli

şirkətlərin korporativ sosial məsuluyyəti artırılmalı və dövlətin sosial yükünün

bir hissəsi şirkətlər arasında paylanılmalıdır;

vergi siyasəti və xüsusi ilə gəlir vergisində baş verən dəyişikliklər bilavasıtə



əhalinin gəlirlərə görə diferensiasiyasında müxtəlif dəyişikliklər baş verir.

Məhz bu dəyişikliklərin qiymətləndirilməsi zamanı keçid modellərindən isti-

fadə etmək olar.

83

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

Ədəbiyyat siyahısı

1. Musayev A.F. (2012). “Modernləşdirmə və aktiv vergi siyasəti”. “Azərbay-

canın vergi jurnalı”,  № 6.

2. Musayev A.F. (2004). “Vergi siyasətinin iqtisadi problemləri”. Bakı, “Elm”

nəşriyyatı, 786 s.

3. Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası. (1999). Bakı,

Azərbaycan Respublikası Qanunları Külliyyatı,  № 12, səh. 6. 

4. Azərbaycan  Respublikasında  demoqrafiya  və  əhali  sakinliyinin  inkişafı

sahəsində Dövlət Proqramı. (2004). Bakı, Azərbaycan Respublikası Qanunları

Külliyyatı, № 11, səh. 28. 

5. Azərbaycanda səhiyyə, sosial təminat və ətraf mühit. (2011). Bakı, Azərbaycan

Dövlət Statistika Komitəsi, 283 s.

6. The new demografik regime / Population Challenges and Policy Responses/

United Nations. New York and Geneva, 2005. (Yeni demoqrafik rejim/ Əhali



problemləri və siyasi cavablar/ BMT, Nyu-York və Cenevrə, 2005).

7. Караев И.А. (1989) “Методы оценивания функций спроса и предложения

в неравновесной экономики”. Мoсква, изд. ЦЭМИ, 24 стр. (Qarayev İ.Ə.

(1989) Qeyri-taraz iqtisadiyyatda tələb və təklifin funksiyasının qiymətlən -

dirilməsi metodları. Moskva, Rusiya Elmlər Akademiyasının Mərkəzi İqti-

sadiyyat və Riyaziyyat İnstitutu, 24 səh.).

8. Социальная политика. (2010) Под. общ.ред. Волгина Н.А. Мoсква, изд.

“Экзамен”, 734 с. (Sosial siyasət. (2010) N.A.Volqinin ümumi redaktəsilə.

Moskva, “Ekzamen” nəşriyyatı, 734 səh.).

9. Social Quality: A Vision for Europe. (2002). Edited  by W.Beck, L.Maeson

London, Boston,  (Sosial keyfiyyət: Avropaya baxış. (2002). V.Bek, L.Meysonun

redaktəsilə. London, Boston).

10. Michael Howard. (2001). Public Sector Economics / University of the West

Indies Press/ . (M.Hovard. (2001). Dövlət sektorunun iqtisadiyyatı/ Şərqi İnd

Universitetinin nəşriyyatı).

11. Michael Hopkins. (2009). Corporate Social Responsibility/ Geneva. (M.Hop-

kins. (2009). Korporativ Sosial Məsuliyyət. Cenevrə )

12. www.azstat.org - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin

rəsmi internet səhifəsi.

13. Аскеров Р.Ш. (2012). Моделирование влияния миграционных процессов

на социально-экономическую дифференциацию. Ученые записки Орлов-

ского Государственного Университета. № 1(45). (Əsgərov R.Ş. (2012).



Miqrasiya  proseslərinin  sosial-iqtisadi  diferensiasiyaya  təsirinin  model-

ləşdirilməsi. Orlov Dövlət Universitetinin elmi qeydləri.  № 1(45))

84

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

Мусаев Акиф Фархад оглы

Доктор экономических наук, профессор, член-корреспондент НАНА



Гараев Имран Алияр оглы

Доктор философии по экономике, доцент



Социальная политика и экономическое развитие

Аннотация

Цель исследования – анализ различных аспектов социальной политики на

современном этапе экономического развития, обоснование ее стимулирующей

роли, а также исследование ее воздействия на устойчивое развитие. 

Методология исследования – экономико-математическое моделирование,

статистический анализ, системный подход, сравнительный анализ.



Результаты исследования – определение воздействия социальных, демо-

графических путей в Азербайджане а также построение переходных моделей

социального экономического неравенства.

Ограничения исследования – оценка социального капитала и определение

количественных характеристик с практической точки зрения.



Практическая значимость исследования – роль социальных факторов на

современном этапе экономического развития и ее оценка.



Оригинальность и научная новизна исследования – определение роли соци-

ального капитала в экономическом развитии, а также переходных моделей со-

циально-экономического неравенства.

Ключевые слова: социальная политика, социальный капитал, демографи-

ческий переход, социально-экономическое неравенство.

85

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013

Musayev Akif  farhad oglu

Doctor of Economics, Professor, Correspondent member of ANAS



garayev ımran Aliyar oglu

Ph.Doctor of Economics, Docent



Social policy and economic growth

Abstract

Purpose – the substantiation of stimulating role of social policy through the analy-

sis of its various aspects in the present phase of the economic growth and study of

its impact on sustainable development.

Methodology – mathematical and economic modeling, statistical analysis, sys-

tematic approach, the comparative analysis.



Findings – identification of impact of social, demographic evolution process on

economic relations and developing of transition model of socio-economic inequal-

ities in Azerbaijan.

Research limitations – assessment of social capital and usage of economic in-

equalities in transition model for the reason of practical complication of identification

of quantitative characteristics of social capital.

Practical implication – the role of social factors in the present phase of economic

growth and their assessment.



Originality – identification of role of social policy in economic growth and in-

vestigation of transition model of socio-economic inequa lities.



Keywords: social policy, social capital, demographic transition, socio-economic

inequalities.

JEl Classification Codes: A13, H43, Z13.

Məqalə redaksiyaya daxil olmuşdur: 16.12.12.

Çapa qəbul olunmuşdur: 24.01.13.

86

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə