4. Sosial siyasətin subyektləri
Müxtəlif insanlar, sosial qruplar eyni bir cəmiyyətdə yaşayır və fəaliyyət göstərir-
lər. Bu sosial qruplar cəmiyyət daxilində bir-biri ilə qarşılıqlı münasibətə girirlər.
Bu cür münasibətlərin formaları olduqca müxtəlifdir. Sosial partnyorluq, kompro-
mislər, konfliktlər, vətəndaş birliyi, tətillər, müharibələr və s. buna olan nü-
munələrdir. Digər siyasətlərdə olduğu kimi sosial siyasətdə də müxtəlif qruplar üzrə
olan ictimai münasibətlər əsas rol oynadığından sosial siyasəti həyata keçirən tərəf
müəyyənləşdirilməlidir. Dünyanın aparıcı iqtisadçılarının qəbul etdiyi fikirlərdən
biri də ondan ibarətdir ki, bazar iqtisadiyyatının sosial mexanizmləri demək olar ki,
yox dərəcəsindədir. Bu isə sosial siyasətin həyata keçirilməsində dövlətin rolunun
əsas götürülməsini tələb edir [8, 9].
Sosial qruplar cəmiyyətdə tutduğu mövqeyindən asılı olaraq aktiv və ya passiv
rol oynaya bilər. Məsələn, vergi siyasətinin hansı istiqamətdə aparılmasında dövlət,
sahibkarlar və digər strukturlarda çalışan əhali aktiv, əmək qabiliyyətli yaşdan yuxarı
olan əhali passiv rol oynayır.
Sosial siyasətin subyektləri - real şəkildə mövcud sosial qruplar və onların mə-
nafeyini qoruyan təşkilatlar və institutlardır. Sosial qrupların özləri ilə yanaşı onların
yaratdıqları təşkilatlar da sosial siyasətin subyektlərinə aid edilir. Məsələn, yazıçılar,
neftçilər, alimlər müxtəlif sosial qruplardır. Yazıçılar İttifaqı, Elmlər Akademiyası,
Neftçilərin Həmkarlar İttifaqı həmin sosial qrupların mənafelərini qoruyan təşkilat-
lardır. Demokratik idarəetmənin əsas prinsiplərindən biri də vətəndaş cəmiyyətinin
formalaşmasından ibarətdir.
Vətəndaş cəmiyyəti - ictimai quruluşun real çoxsubyektli elə bir formasıdır ki,
cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi iştirakçılarını özündə cəmləşdirir. Vətən-
daş cəmiyyətində bir-birindən asılı olmayan çoxlu subyektlər mövcuddur və
qərarvermə prosesində onların iştirakı təmin edilir. Vətəndaş cəmiyyətində tərəflər
arasındakı münasibətlər qanunvericiliklə təmin olunur. Hər bir siyasətin (o cümlədən
vergi siyasətinin) mahiyyətinin dərk edilməsi və onun səmərəliliyinin təmin edilməsi
üçün həmin siyasətdə maraqlı olan və bilavasitə iştirak edən sosial qruplar arasında
olan münasibətlər müxtəlif aspektlər üzrə araşdırılmalıdır:
• sosial siyasətdə iştirak edən aktiv və passiv tərəflər (subyektlər) müəyyən-
ləşdirilməlidir;
• təsir dairəsi daha yüksək olan subyektlər fərqləndirilməlidir;
• subyektlərin sosial vəziyyətinin parametrləri təyin edilməlidir;
• sosial vəziyyətin dayanıqlı tendensiyaları və sosial inkişaf vektoru;
• cəmiyyətin sosial stabilliyi və ona təsir edən amillər.
Bütün bu amillər həyata keçirilən sosial siyasətə eyni dərəcədə təsir göstərmir.
Hansı amillərin daha çox təsir etməsinin düzgün müəyyənləşdirilməsi sosial siyasətin
effektivliyini əhəmiyyətli dərəcədə artırır.
Dostları ilə paylaş: