2. Cəmiyyət və onun strukturu
Cəmiyyət - insanların birgə yaşayışının vahid, tarixi və dayanıqlı bir formasıdır.
Cəmiyyətin bütövlüyü və dayanıqlığı onun daxili strukturu arasındakı funksional
asılılıqlarla müəyyən olunur. Tarixi inkişaf nəticəsində cəmiyyətdə daimi olaraq
inkişaf prosesi baş verir. Bu proseslər iqtisadi, siyasi, sosial və digər amillərin təsiri
nəticəsində dinamik xarakter daşımaqla müxtəlif təsirlərə malik olur. İqtisadi inkişaf
nəticəsində əhalinin gəlirlərinin artması cəmiyyətin strukturunda iqtisadi parametr-
lərinə (gəlirlərə, xərclərə, sosial transfertlərə və s.) görə dəyişmələrə gətirib çıxarır.
Bu isə öz növbəsində müxtəlif sosial-iqtisadi proseslərin baş verməsinə səbəb olur.
Dostları ilə paylaş: |