5. Sosial kapital
Son zamanlar iqtisadi və sosial elmlərdə sosial kapitala həsr edilmiş elmi tədqiqat-
ların sayı artmışdır [7, 8, 9, 10, 11]. Sosial kapitalın elmi ictimaiyyət tərəfindən qəbul
edilmiş vahid bir tərifi yoxdur. “Sosial kapital” dedikdə, cəmiyyətin müxtəlif təbəqə -
ləri arasındakı əməkdaşlığın səviyyəsinin iqtisadi və ictimai faydalılığa təsiri dərəcəsi
başa düşülür. Sosial kapital cəmiyyətin müxtəlif qruplarını birləşdirən bir mühitdir.
Bu mühiti daha əhəmiyyətli olan ölkələr bir qayda olaraq iqtisadi inkişafda daha
yüksək nəticələrə malik olurlar. Sosial kapital fiziki kapital ilə insani kapitalının sin-
tezini gücləndirməklə iqtisadi inkişafın davamlı olmasına təsir göstərir. Bu termin
elmi ədəbiyyatda ilk dəfə 1916-cı ildə L.Hanifan tərəfindən icmalardakı əmək-
daşlığın səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə istifadə edilmişdir. O, qeyd
edirdi ki, əgər hər hansı bir icmada bir ailə öz qonşusu ilə yaxşı münasibətdədirsə
və o qonşu da bu münasibəti digərləri ilə yarada bilirsə, onda belə birgə fəaliyyətdən
bütün icma faydalanır və beləliklə sosial kapital formalaşmış olur. Bu nəzəriyyənin
əsrin əvvələrində yaranmasına baxmayaraq onun geniş tədqiqi XX əsrin 70-80-cı il-
lərindən başlanılmışdır. Bu illərdə Nobel mükafatı laureatı Amerika iqtisadçısı Harri
Stenli Bekker (1930) tərəfindən əvvəllər işlədilməyən və yeni termin olan insan kap-
italı termini işlədilməyə başlanıldı [8, 11]. İnsan kapitalı dedikdə, insanın sağlamlığı,
onun təhsil səviyyəsi, təcrübəsi, bacarığı və yeni dəyər yaratmaq qabiliyyəti başa
düşülür. İnsan kapitalının yüksək olması iqtisadi inkişaf baxımından sosial kapitalın
səviyyəsinin yüksək olmasını tələb edir.
Dostları ilə paylaş: