XVIII və XIX əsrlərdə iki tərəfin razılaşması onların verdikləri şərəf sözü
ibarət olurdu. Hətta Britaniyada XIX əsrə qədər böyük ticarət müqavilələri tərəflərin
əl sıxmaları ilə həyata keçirilirdi. Əgər biznes davranışında inam və etibar mövcud
deyilsə, onda ticarət əməliyyatının xərcləri gözlənildiyindən çox olur. Ona görə ki,
inam olduğu halda xərc tələb edən informasiya toplanmasına və müqavilələri işləmək
üçün bahalı hüquqşünaslara ehtiyac olmur. İnam və KSM bir-birilə sıx əlaqəlidir.
KSM prinsiplərini rəhbər tutan şirkət onun fəaliyyətində maraqlı olan tərəflərin in-
amını artırmaq üçün əlindən gələni edəcəkdir.
Amerika filosofu, siyasi iqtisadçı Frensis Fukuyama (1952) öz əsərlərində inamı
sosial kapital anlayışı ilə əlaqələndirir. Onun fikrincə, əslində cəmiyyətdə inam ən
kiçik və ən vacib sosial vahidlərdən (fərd və ya ailə) başlayır və millət səviyyəsinə
qədər yüksəlir.
Fərdi səviyyədə inam hər hansı bir kəsin lazımi əşyanı lazımi yerə qoyması ilə
formalaşır. Əgər bir şəxs əlində daşıdığı zibil paketini heç kimin görmədiyi bir yerdə
atmaq əvəzinə onu zibil qutularının olduğu yerə qədər daşıyırsa, bu şəxs sözsüz
olaraq etibar ediləcək şəxsdir. Əgər cəmiyyətin bütün fərdlərinə bu xırda məsələdə
etibar olunsaydı, onda bunun ardınca daha böyük məsələlərdə inam yaranar və
nəticədə cəmiyyətin sosial kapitalı artardı.
Eyni misalı şirkətlərin nümunəsində də demək olar. Dünya üzrə məşhur “Şell”
neft şirkətinin öz tullantılarını Atlantik Okeanına axıtma cəhdi çox böyük beynəlxalq
ajiotaja səbəb oldu.
“Şell”in illər ərzində yaratdığı inam və sosial kapital çox sürətlə məhv oldu və
bərpa olunması üçün illər tələb olundu. Eyni bir taleyi məşhur neft nəhəngi “Britiş
Petrolium” (bp) şirkəti də yaşadı. Sosial məsuliyyət daşıyan müəssisə hal-hazırkı
sosial kapitalını qorumaq, gələcəkdə isə daha da artırmaq üçün mübarizə aparmalıdır.
Dostları ilə paylaş: