N sosial SİyaSƏt uoT 330: 332. 364 (479. 24) sosial SİyaSƏT vƏ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17192
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
74

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013


9. Demoqrafik siyasət

Əhalinin yaş və cins strukturu, doğum və ölüm səviyyələri, daxili və beynəlxalq

miqrasiya, əhalinin sıxlığı və onun regionlar üzrə paylanması, orta ömür müddəti,

ailənin reproduktiv fəaliyyəti, əhalinin təhsil səviyyəsi, onun maddi və mənəvi du-

rumu ölkənin davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır. Dünya

ölkələrinin  inkişaf  tarixi  sübut  edir  ki,  demoqrafik  inkişafı  olmayan  ölkələrin

gələcəyi bir çox çətin problemlərin həll edilməsini tələb edir. Əsaslandığı ictimai-

iqtisadi  quruluşundan  asılı  olmayaraq  hər  bir  ölkədə  demoqrafik  siyasətin

səmərəliliyi digər sosial-iqtisadi parametrlərlə yanaşı, dünyada baş verən demoqrafik

proseslərin dinamikasından  və inkişaf  xüsusiyyətindən asılıdır [3, 4, 5, 6].

Müasir dövrdə dünyada genişlənən qloballaşma prosesləri çərçivəsində Azərbay-

can  Respublikasının  sosial-iqtisadi  inkişafının  təmin  edilməsi  onun  strateji  is-

tiqamətlərinin  müəyyənləşdirilməsi  demoqrafik  proseslərin  təhlilini  və  onların

meydana gəlməsi səbəblərinin araşdırılmasını tələb edir. Demoqrafik proseslərin

inkişafı istiqamətləri bilavasitə dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi

siyasətə təsir göstərir. Bu, bir tərəfdən dövlət tərəfindən həyata keçirilən sosial-iqti-

sadi siyasətin effektivliyini artırır, digər tərəfdən isə demoqrafik inkişaf sahəsində

həyata keçirilən tədbirlərin səmərəliliyini gücləndirir.

Bu gün dünyada baş verən demoqrafik proseslər ziddiyyətli bir xarakter daşıyır.

Burada açıq şəkildə şimal və cənub divergensiyası mövcuddur. Bir tərəfdən, cənubda

iqtisadi cəhətdən zəif və yoxsulluğun geniş yayıldığı  ölkələrdə əhali sürətlə artır,

digər tərəfdən, yüksək iqtisadi göstəricilərə malik  şimal ölkələrində əhalinin azalma

meyilləri müşahidə olunur. Lakin qeyd etmək lazımdır ki, cəmiyyətdə baş verən

digər proseslərdən fərqli olaraq demoqrafik sistem homostatik xarakter daşıyır. Yəni

demoqrafik sistem ətalətli bir sistem olmaqla xarici təsirlərə çox zəif cavab verir.

Əgər demoqrafik inkişaf bilavasitə ölkənin iqtisadi vəziyyətindən asılı olsa idi, onda

inkişaf  etmiş  ölkələr  demoqrafik  problemlərlə  üzləşməzdi.  Müasir  qloballaşan

dünyada demoqrafik problemlərin əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bir

ölkədə  demoqrafik  problem  əhalinin  təbii  artımının  azalması,  digər  ölkədə  isə

əhalinin yüksək təbii artımı ilə bağlıdır. Təbii artımı aşağı olan və iqtisadi cəhətdən

inkişaf etmiş ölkələr bu problemi miqrasiya hesabına həll etməyə çalışırlar. Demoq -

rafik proseslərin xüsusiyyətləri hər bir ölkə üçün xarakterik olan cəhətlərin araşdırıl-

masını tələb edir. Bir ölkə üçün əhəmiyyətli olan  demoqrafik siyasət başqa ölkə

üçün əks təsir göstərir. 

Müasir demoqrafik  problemlər bu gün Azərbaycanda istər dövlət, istərsə də elmi

ictimaiyyət tərəfindən böyük maraq doğurur. Demoqrafik proseslərin cəmiyyətdə

baş verən digər proseslərdən fərqi ondan ibarətdir ki, onların həllinin inkar edilməsi

cari vəziyyətdə hiss olunmur. Lakin uzun illər onların nəzərə alınmaması gələcəkdə

çox mürəkkəb və bəzən həlli mümkün olmayan sosial-iqtisadi fəsadların və hətta


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin